Icma.az
close
up
RU
İrəvan Kremllə anlaşmağı bacarmadı: Rusiya Ermənistanın iqtisadi nəfəsliyini kəsir

İrəvan Kremllə anlaşmağı bacarmadı: Rusiya Ermənistanın iqtisadi nəfəsliyini kəsir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Bəzi məlumatlara görə, Ukrayna savaşının dayandırılması prosesi üzrə danışıqlardan istifadə edən Rusiya Cənubi Qafqaz ilə bağlı da ABŞ-la razılığa gəlməyə çalışır... Əgər, Kreml buna nail olarsa, Rusiyadan asılı olan Ermənistan üçün real təhlükə doğra biləcək situasiyanın yaranması qaçılmaz olacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz ətrafında qarşıdurma vəziyyəti dərinləşmədə davam edir. Belə ki, son vaxtlara qədər Ermənistan üzərindən bu regiona yerləşməyə can atan Qərb siyasi dairələrinin mövqeyində olduqca ciddi ziddiyyətli məqamlar müşahidə olunur. Hər halda, hazırda ABŞ Bayden adminstrasiyası dönəmindən fərqli olaraq, Cənubi Qafqaza xüsusi önəm vermir. Xüsusilə də, Ağ Evin Cənubi Qafqaz siyasətində Ermənistan əsas tərəfdaş statusunu demək olar ki, tamamilə itirib. Və məhz bu önəmli məqam rəsmi İrəvanın Qərbə inteqrasiya planlarında tərəddüdləri daha ön plana çıxarıb.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Qərbə inteqrasiya prosesindən edib, Rusiyanın orbitinə geri dönmək barədə prinsipial siyasi qərarın qəbuluna hələlik risk etmir. Eyni zamanda, rəsmi İrəvan ABŞ və Qərbin Ermənistanı əvvəlki səviyyədə dəstəkləndiyini də anlayır. Ona görə də, Rusiya ilə münasibətlərin normallaşdırılması ilə bağlı problemin həllində gecikə biləcəyini də nəzərə alır. Halbuki, rəsmi İrəvanın istənilən halda, bu məsələ ilə bağlı müstəqil qərar qəbul etmək şansı demək olar ki, mövcud deyil.

Məsələ ondadır ki, rəsmi İrəvan Ermənistanı artıq çoxdan ABŞ, Avropa Birliyi və Fransanın geopolitik müstəmləkəsinə çevirib. İndi ABŞ Ermənistanın "xidmətlər"inə ehtiyac duymadığını biruzə versə də, Avropa Birliyi və Fransa eyni mesajları təkrar etməyə tələsmir. Yəni, Avropa Birliyi və Fransa Cənubi Qafqazla bağlı gələcək hədəflərini aktual saxlamaq üçün Ermənistan üzərində nəzarəti qorumağa üstünlük verirlər. Və Ermənistan üçün ən ciddi təhlükə də məhz bu məqamla bağlıdır.

Avropa Birliyi və Fransa, ABŞ-ın birbaşa iştirakı olmadan Cənubi Qafqazda geopolitik hədəflər müəyyən etmək imkanından uzaqdırlar. Son vaxtlar Ağ Evin Cənubi Qafqaza laqeydliyi Avropa Birliyi və Fransanın Ermənistana dəstəyini də zəiflədib. Bundan narahat olan rəsmi İrəvan isə tədricən Rusiya ilə qarşıdurma mühitini yumşaltmaq üçün planlar qurmağa başlamışdı. Ancaq Avropadan verilən israrlı təlimatlardan sonra rəsmi İrəvan Rusiya ilə neqativ münasibətləri dəyişməz saxlamaq məcburiyyətində qaldı.

Nəticədə Paşinyan hakimiyyəti Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı "arxivə vermək" niyyətində olduğu sənədi parlamentdə təsdiqləmək məcburiyyətində qaldı. Halbuki, rəsmi İrəvan bu addımın Ermənistan üçün böyük risk yaratdığını da tam dəqiqliyi ilə bilməmiş deyil. Çünki hazırda rəsmi İrəvana verilən təlimatların Qərbdən dəstək qarşılığı əvvəlki səviyyədə deyil. Və yaxın vaxtlarda bu dəstək ümumiyyətlə, kəsilərsə, Ermənistan Paşinyan hakimiyyətinin Qərbin təlimatı ilə indi verdiyi qərarların həm geopolitik, həm də geoiqtisadi cəzasını çəkmək məcburiyyətində də qala bilər.

Ermənistanın siyasi elitası tam dəqiqliyi ilə anlayır ki, Ukrayna savaşı başa çatdıqdan sonra Rusiyanın Cənubi Qafqazda daha aktiv fəaliyyət göstərmək üçün əli-qolu açılmış olacaq. Yəni, Rusiya Cənubi Qafqaza, o cümlədən də Ermənistana daha çox diqqət ayırmaq imkanı qazanacaq. Hər halda, Kremldə Ermənistanı “yarı itirilmiş aktiv” kimi görürlər və Rusiya onu tamamilə itirmək istəmir. Və bu baxımdan, Kreml Ermənistanı yenidən Rusiyanın regional forpostuna çevirmək üçün sahib olduğu bütün mexanizmləri işı sala bilər.

Bəzi məlumatlara görə, Ukrayna savaşının dayandırılması prosesi üzrə danışıqlardan istifadə edən Rusiya Cənubi Qafqaz ilə bağlı da ABŞ-la razılığa gəlməyə çalışır. Əgər, Kreml bu məsələdə Ağ Ev ilə anlaşmağı bacararsa, ABŞ Rusiyanın Cənubi Qafqazda fəaliyyətinə böyük ehtimalla əngəl törətməyəcək. Və Ermənistan üçün real təhlükə doğra biləcək situasiyanın da məhz həmin mərhələdə yaranacağı qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti də daxil olmaqla, erməni siyasi dairələri Ermənistanın Avropa Birliyinə nə vaxtda üzv olmaq şansının olmadığını anlamamış deyillər. Yəni, hər kəsə tam dəqiqliyi ilə aydındır ki, Ermənistan Avropa Birliyinə nə 20, nə də 30, nə 50, nə də heç 100 ildən sonra da üzv ola bilməyəcək. Belə olan təqdirdə, rəsmi İrəvanın heç vaxt reallığa çevrilməyəcək utopik bir hədəf üçün belə böyük riskə keçməsi Ermənistan üçün fəlakətə də çevrilə bilər.

Digər tərəfdən, Avropa İttifaqının Ermənistana iqtisadi baxımdan, təklif edə biləcəyi heç nəyi yoxdur. Yəni, rəsmi İrəvan istəsə də, istəməsə də, Ermənistan Rusiya ilə münasibətlərdən həmişə asılı qalmağa məhkumdur. Rusiyadan belə ağır iqtisadi asılılıqdan qurtulmaq üçün rəsmi İrəvan mütləq optimal çıxış yolları axtarmaq məcburiyyətindədir. Belə ki, əgər, Ermənistan öz ticarət coğrafiyasını Asiya, Afrika, Cənub-Şərqi Asiya, Hindistan, Yaxın Şərq kimi bölgələrdə genişləndirməyə və Rusiya ilə iqtisadi münasibətlərə alternativ ola biləcək yeni bazarlara yönəltməyi bacarsa, onda, bu asılılıqdan xilas olmaq şansı qazana bilər.

Ancaq Ermənistan hazırda belə iqtisadi-ticari potensiala malik deyil. Yəni, rəsmi İrəvan Ermənistan iqtisadiyyatının sərbəst ticarət qaynağına çevrilmək imkanlarına qətiyyən güvənə bilməz. Çünki Ermənistan həmişə Rusiya kimi nəhəng dövlətlərin himayəsi altında əldə etdiyi güzəştlərlə mövcud olmaq barədə düşünmək məcburiyyətindədir.

Avropa Birliyinə üzvlük barədə sənədin təsdiqlənməsi isə siyasi xarakter daşıyan addım olduğundan Kremli ciddi şəkildə qıcıqlandırıb. Rusiya Ermənistandan heç vaxt üzv ola bilməyəcəyi Avropa Birliyi və geniş şəkildə faydalandığı Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyi tələb edir. Və Kreml Ermənistanı Aİİ-dən kənara atarsa, rəsmi İrəvanın əzici "iqtisadi kallaps" altında qalacağı qətiyyən şübhə doğurmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Aprel 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri