Icma.az
close
up
RU
İrəvan Qərb dəstəyini itirir: Ermənistanın Rusiyaya qarşı müqaviməti zəifləyəcək

İrəvan Qərb dəstəyini itirir: Ermənistanın Rusiyaya qarşı müqaviməti zəifləyəcək

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 9-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirakı naməlum olaraq qalır.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Baş nazirin dəftərxanası Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyini açıqlamaqdan yayınır. Yalnız parlamentin sədri Alen Simonyan Paşinyanın iştirakının düzgün olacağı fikrini bildirib. Məlumata görə, ləngimə hakim “Vətəndaş Müqaviləsi” Partiyası daxilindəki fikir ayrılıqları ilə bağlıdır. Partiyanın “sorosçu qanad”ı Moskvaya getməyə qarşıdır. Məsələ həmçinin paradda iştirakın nəticəsiz qalmayacağını bəyan edən xarici tərəfdaşların (Avropa İttifaqının) təhdidləri ilə bağlıdır.

Hindistan, Macarıstan və Slovakiya baş nazirlərinin iştiraklarını ləğv etməsindən sonra Paşinyanın vəziyyəti daha da mürəkkəbləşib. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasın təhdidləri əslində öz nəticəsini verib. Bununla belə, Paşinyan fors-major hal baş verməsə, getməyə meyllidir”, - erməni nəşri bildirir.

Rusiyanın Ermənistandan bir hərbi bölmənin parada göndərmək təklifinə gəlincə, “Hraparak” yazır ki, İrəvan Azərbaycandan fərqli olaraq Moskvaya hərbçilər göndərməyəcək.


Politoloq Asif Nərimanlı Sherg.az-a deyib ki, Nikol Paşinyan mövcud vəziyyətdə Moskvaya getməkdə maraqlıdır:


"Bunun əsas səbəbi Ukrayna cəbhəsində Rusiya və ABŞ danışıqlarının aparılmasıdır. İndiyə qədər müharibənin davam etməsi və Rusiyanın Qərblə daha açıq qarşıdurmada olması Ermənistan hakimiyyətinə imkan verirdi ki, antiRusiya siyasətini həyata keçirsin. Çünki Rusiya bütün diqqətinin Ukraynada olduğu bir vaxtda İrəvana qarşı sərt addımlardan yayınırdı. Moskva antiRusiya siyasətinin aparılmasında Paşinyanın əlinə əsas vermək istəmədiyi üçün Ermənistanla daha lokal münasibətlər qurmağa çalışırdı. Digər tərəfdən Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında əsas platforma rolunu oynayırdı. İki ölkə arasındakı ticarət dövriyyəsinin fantastik dərəcədə artmasının səbəblərindən biri bu idi. Lakin indiki halda artıq situasiya dəyişib. Vaşinqton və Moskvanın danışıqlar aparması o deməkdir ki, Rusiyaya qarşı qlobal müstəvidə təcrid olunma məsələsi tədricən aradan qalxır. Vasitəçi perspektivlər göstərir ki, ABŞ və Rusiya Ukrayna məsələsi daxil olmaqla, bir çox geosiyasi mövzuda anlaşa bilərlər. Eyni zamanda Rusiya yenidən postsovet məkanında, Cənubi Qafqazda, xüsusilə də Ermənistanda itirdiyi mövqelərini geri qaytarmaq istiqamətində daha aktiv fəaliyyət göstərəcək. Artıq məlumatlar var ki, Sergey Lavrov gələn ay Ermənistana səfər edəcək. Üstəlik, Ermənistan hakimiyyəti ABŞ-dən aldığı dəstəyini də itirəcək. Çünki Trampın komandası Bayden administrasiyası qədər İrəvana yardım etməyəcək. Bu mənada Ermənistanın Rusiyaya qarşı müqaviməti zəifləyəcək".


Analitik əlavə edib ki, Paşinyanın Moskvaya səfəri indiyə qədər Kremlə qarşı sərgilədiyi sərt mövqeyini yumşalda, konpensasiya edə bilər:

"Odur ki, Ermənistan Baş nazirinin böyük ehtimalla tədbirdə iştirakı reallaşacaq. Ümumiyyətlə mövcud şərtlər fonunda İrəvanın Moskva ilə münasibətlərinin kəskinləşməsi Ermənistanın əleyhinədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri