Icma.az
close
up
RU
İrəvan müharibə hazırlığına başladı: “Bu silahlar Azərbaycana qarşı tuşlanıb” KONKRET

İrəvan müharibə hazırlığına başladı: “Bu silahlar Azərbaycana qarşı tuşlanıb” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib. Ermənistan parlamentinin spikeri Alen Simonyanın səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmayıb. Belə ki, Simonyanın timsalında Ermənistan bir tərəfdən sülhdən danışır, amma o digər yandan sərhədə qoşun yığır, silahlanır, atəşkəsi pozur və təxribatlara əl atır. Bəs görəsən, Ermənistanın məqsədi nədir? İrəvan sülh imzalamaq, yoxsa yeni müharibəyə başlamaq istəyir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistan tərəfi hazırda ikili oynayır:

“İrəvan bir tərəfdən sülhə hazır olması haqda bəyanatlar verərək Bakını və dünyanı aldatmağa çalışır, digər tərəfdən isə sərhədə qoşun yığır. Bu müddət ərzində Ermənistan Fransa və Hindistan vasitəsilə çox güclü şəkildə silahlanıb. Hazırda həmin silahlar sərhəddəki təxribatların törədilməsində istifadə olunur. Yəni həmin silahlar Azərbaycana qarşı tuşlanıb. Bir müddətdir ki, təxribatlar həyata keçirilir. Hərçənd Ermənistan tərəfi bildirirdi ki, bu təxribatlar onların işi deyil. Hətta baş nazir Nikol Paşinyan sərhəddə atəşkəsi pozmamaq haqda tapşırıq da verdiyini açıqlayıb. Bu zaman, Paşinyan niyə öz müdafiə nazirinə atəşkəsi pozmamaq əmri verir?. Bu, ziddiyyətdir və bir daha İrəvanın mahiyyətini ortaya qoyur. Onlar Azərbaycanı provakasiyaya çəkərək müharibəni alovlandırmaqla məşğuldurlar. Əgər bölgədə yeni bir müharibə baş versə, bu, Ermənistan üçün fəlakətlə nəticələnəcək. Azərbaycan öz gücünü ortaya qoyacaq və düşməni məhv edəcək. Hər halda Simonyanın fikirləri kifayət qədər düşündürücüdür. O, açıq-aşkar şəkildə Ermənistanın ikiüzlülüyünü, simasızlığını nümayiş etdirir. Bir tərəfdən müharibə istədiyini açıq büruzə verən dövlət, digər yandan sülhlə bağlı bəyanat səsləndirir. Bu da Ermənistanın yalançı mahiyyətini ortaya qoyur. Təəssüf ki, Paşinyan öz sələflərinin siyasətini davam etdirir və xarici havadarlarından dəstək alaraq onların sifarişlərini yerinə yetirir. Bu, narahatedici məqamdır və Ermənistana yaxşı heç nə vəd etmir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri