Icma.az
close
up
RU
İrəvan seçimini etməlidir

İrəvan seçimini etməlidir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, eyni vaxtda iki stulda əyləşmək mümkün deyil

Ermənistan prezidenti Vaaqn Xaçaturyan aprelin 4-də ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanunu imzalayıb. Bununla da Hayastanın Avroatlantik məkana inteqrasiyası istiqamətində daha bir addım atılıb.

Qeyd edək ki, 2025-ci il martın 26-da ölkə parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Milli Assambleyada qanun layihəsinin lehinə hakim “Mülki müqavilə” fraksiyası yekdilliklə səs verib. Fraksiyanı təmsil edən 64 deputatın hamısı eyni mövqedən çıxış edib. Müxalifətçi “Şərəfim var” fraksiyası layihənin əleyhinə çıxıb. Qarabağ klanının rəhbərlik etdiyi “Hayastan” fraksiyası isə səsvermədə iştirak etməyib.

Bundan öncə baş nazir Nikol Paşinyan bildirmişdi ki, hökumət bu qanunun qəbuluna etiraz etmir: “Amma mən bu məsələnin mahiyyətini və kontekstini düzgün başa düşməyin vacibliyini vurğulamaq istəyirəm. Bu, sözün hərfi mənasında, Ermənistanın Avropa İttifaqına üzvlüyü demək deyil. Çünki həmin məsələ ilə bağlı yekun rəy qanun və ya hökumətin qərarı səviyyəsində verilə bilməz. Bu, yalnız referendum yolu ilə qəbul edilə bilər. Başqa variant yoxdur”.

N.Paşinyanın sözlərinə görə, istənilən halda yalnız referendum təyin edildikdə və referendum iştirakçılarından ölkə konstitusiyasında nəzərdə tutulmuş qaydada müəyyən olunmuş “lehinə” səs faizi alındıqda Ermənistan Aİ-yə üzv ola bilər. “Amma onu da qeyd etmək lazımdır ki, bu qanunun qəbulu zamanı potensial olaraq referendum keçirib-keçirməmək həddinə qədər görüləcək tədbirlər barədə müəyyən anlayışımız olmalıdır. Mənim başa düşdüyüm budur ki, bu qanunun qəbulundan sonra biz Aİ ilə onların nəzərdə tutduğu və bizim nəzərdə tutduğumuz yol xəritəsini müzakirə etməliyik. Biz birlikdə yol xəritəsi hazırlamalıyıq”, – deyən Paşinyan Ermənistan və Aİ arasında münasibətlərdə son illərdə “çox ciddi” inkişafın qeydə alındığını vurğulamışdı.

Ölkənin xarici işlər nazirinin müavini, bir neçə gün öncə Ermənistanın BMT-də daimi nümayəndəsi təyin olunmuş Paruyr Ovannisyan da Avropaya inteqrasiya üzrə parlament komissiyasının iclasında oxşar məzmunda açıqlama verərək bildirmişdi ki, Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsi quruma üzvlüklə bağlı müraciət deyil: “Əgər biz üzv olmaq üçün müraciət etsəydik, belə reallıqlar mümkün olardı. Qanun üzvlük üçün müraciət deyil. Biz geosiyasi dəyişikliklər kontekstini görmürük. Bu cür ciddi dəyişikliklər digər prosedurlar zamanı baş verəcək”. Onun sözlərinə görə, qanun konkret addımları nəzərdə tutmur, bu, daha çox hakimiyyətin Aİ ilə münasibətləri gücləndirmək istəyinə cavab verən siyasi mesajdır.

Aydındır ki, İrəvanın Aİ-yə qoşulmaq istəyinə Moskvanın münasibəti, yumşaq desək, müsbət olmayacaq. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bir neçə gün öncə TASS-a açıqlamasında bildirib ki, Ermənistan eyni anda iki stulda otura bilməz və Avrasiya İqtisadi İttifaqı və Aİ arasında seçim etməlidir: “Mən qəbul edilən qanunun mətni ilə tanış oldum. Məzmun istisnasız olaraq ümumi sözlərdən ibarətdir. Bu, Ermənistan üçün daxili siyasi məsələdir. Biz başa düşürük ki, həm Aİİ-nin, həm də Aİ-nin özünün gündəliyi var. Deməli, Ermənistan seçim etməlidir, çünki eyni anda iki stulda oturmaq mümkün deyil”.

Overçukun sözlərinə görə, onlar Ermənistanın Aİİ-də fəal işləməkdə davam etdiyini və Avrasiya inteqrasiyasına öz müsbət töhfəsini verdiyini görürlər: “Biz bu prosesləri diqqətlə izləyirik və izləyəcəyik. Başa düşürük ki, Ermənistan Avropaya doğru hərəkət edərsə, o zaman müvafiq olaraq, ölkə ilə bütün iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazım gələcək. Təəssüf ki, bu, Ermənistanda insanların həyat səviyyəsində öz əksini tapacaq və bu, əlbəttə ki, bizim xoşumuza gəlməyəcək”, – deyə Rusiya Baş nazirinin müavini fikrini yekunlaşdırıb.

A.Overçuk xatırladıb ki, Rusiya Federasiyası ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə 50 faizdən çox artaraq 12,7 milyard dollar təşkil edib: “Ermənistanın Avropa İttifaqı ilə iqtisadi əlaqələrinə baxsanız, görərsiniz ki, ticarət dövriyyəsinin həcmi təxminən 2 milyard dollardan bir qədər çoxdur. Digər tərəfdən Ermənistanla Aİ arasında ticarət dövriyyəsinin həcmi 12 faiz azalıb. Yəni, bu rəqəmlər Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə ticarətinin nə qədər sərfəli olduğunu aydın şəkildə nümayiş etdirir. Ermənilər, əlbəttə ki, seçim etməlidirlər”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib: “Avropa İttifaqına üzv olmaq istəyi və Aİİ-yə üzvlük qarşılıqlı məqbul məsələlər deyil”.

Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması istiqamətində işlərə ölkənin media resursları tərəfindən də geniş diqqət ayrılır. “Hraparak” qəzeti hökumətdəki mənbələrinə istinadən yazır ki, bu sənəd lazımınca həyata keçiriləcək: “Eyni zamanda, hökumətdə qərara alınıb ki, Avropaya istiqamətlənmə ilə bağlı şantaj yolu ilə Rusiyadan nəsə qoparacağımıza nail olan vaxta qədər bu məsələdə fəal təşəbbüs göstərməsinlər. Hökumət rusiyalı tərəfdaşlarımızı inandırmağa çalışacaq ki, qanunun qəbulu ilə bağlı petisiya toplamış 60 min Ermənistan vətəndaşının imzasına məhəl qoymamaq mümkün deyildi”.

Ölkənin analitik məqalələr üzrə ixtisaslaşmış saytı olan “Armenian Report” isə yazır: “Təəssüflər olsun ki, regionumuzda Ermənistan dövlətçiliyinin təhlükəsizliyini təhdid edən proseslər sürətlə davam edir. Eyni zamanda, bizim üçün faydalı olan, start götürmüş proseslər isə tısbağa kimi sürünür. Rusiyada bəzi şəxslərin necə həyəcanlandığını gördünüzmü? Çünki biz Aİ-yə daxil olmaq qərarına gəlmişik. Ümumiyyətlə, mən Rusiya rəsmiləri ilə razıyam. Aİ və Aİİ arasında, həqiqətən, abreviaturalardan birini seçmək lazımdır. Və mənim fikrimcə, biz daha qısa olanı seçməliyik. Əks təqdirdə biz faydalı qazıntılar hasil edən, ərik və pomidor yetişdirən ölkə olaraq qalacağıq. Aİ-yə gedən yol asan olmayacaq, lakin perspektivli olacaq. Avropa İttifaqı indi ağır günlər yaşayır. Kim bilir, bəlkə də biz tezliklə orada bəzi ölkələri, məsələn, Macarıstanı görməyəcəyik. Amma bu həm də o deməkdir ki, Avropa qitəsində birliyi dəstəkləyən qüvvələr arasında, sözün yaxşı mənasında, bizə sərfəli olan ekspansionist əhval-ruhiyyə yarana bilər. Balkan ölkələrini, Ermənistanı və hətta Gürcüstanı da qəbul edə bilərlər”.

Yazıda Aİ-yə üzv olmağın üstünlükləri belə sadalanır: “Uzunmüddətli perspektivdə Avropa strukturlarına inteqrasiya bizə yeni texnologiyalar gətirəcək, istehsal zəncirlərinə inteqrasiya edəcəyik, təhsilimizi müasir və tələbatlı edəcək. Ona görə də buna nail olmaq üçün çalışmalıyıq. Rusiya ilə mübahisəyə ehtiyac yoxdur; lazım gəlsə, Moskvaya Qələbə paradlarına gedin. Çünki bu həm də bizim əcdadlarımızın qələbəsidir. Onları müstəqillik günü və digər bayramlarda təbrik edin, amma inteqrasiya layihələrinə qarşı nəzakətli soyuqluq nümayiş etdirin. Beləliklə, parlamentimiz “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında” qanun layihəsini ikinci və yekun oxunuşda təsdiq etməklə hər şeyi düzgün etdi. Biz ona minnətdarıq”.

Aİ-nin iqtisadi təşkilat olmasına baxmayaraq, yazıda birliyin Ermənistanın təhlükəsizliyini təmin edəcəyinə inam ifadə edilib: “Ümidvericidir ki, NATO-ya skeptik yanaşan, özlərinin sırf Avropa silahlı qüvvələrini yaratmaq istəyənlərin səsi Aİ-də getdikcə daha çox səslənir. Bəli, qoca Avropa öz təhlükəsizliyini düşünməlidir. Amerika lideri Tramp Putinlə nəinki səmimi söhbət edir, həm də Qrenlandiyanı “könüllü-məcburi” şəkildə ilhaq etməyi planlaşdırır. Avropalılar üç ildən çoxdur davam edən müharibədən tükənmiş Ukraynanı tərk etmək fikrində deyillər. Əksinə, Avropa ölkələri Ukraynaya qoşun yeritmək üçün bir neçə variantı, o cümlədən Dnepr çayı boyunca ssenarisini nəzərdən keçirirlər. Bunu müdafiə edən siyasətçilərdən biri də Ermənistanın böyük dostu Fransa prezidenti Emmanuel Makrondur. Bütün bunlar, əlbəttə ki, bizə nikbinlik üçün əsas verir. Çünki Avropa İttifaqı mahiyyət etibarilə müstəqil hərbi bloka çevrilir və praktiki fəaliyyət göstərməyə başlayır. Avropa İttifaqında olma ehtimalımız var, ən azı oraya doğru gedirik. Bu isə o deməkdir ki, bizim istiqamətimiz təhlükəsizliyimizi təmin edən bloka doğrudur”.

Bununla belə qeyd etmək lazımdır ki, Hayastan rəsmilərinin özlərinin də bildirdikləri kimi, “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında” qanun layihəsi Aİ-yə üzvlüklə bağlı müraciət deyil. Ehtimal etmək olar ki, Ermənistan hökuməti bununla Avropaya bağlılığını göstərməyə, son nəticədə “qoca qitə”nin böyük dövlətlərindən və müxtəlif maliyyə institutlarından yardım almağı hədəfləyir. Eyni zamanda, Paşinyan hökuməti bu addımı atmaqla Brüsseldən siyasi dəstək almağa çalışır.

Digər tərəfdən Ermənistan uzun illərdir üzvü olduğu Avrasiya İqtisadi İttifaqından və Gömrük İttifaqından da uzaqlaşmaq fikrində deyil. Çünki bu təşkilatlara üzvlük Ermənistana iqtisadi baxımdan böyük fayda verir. Beləliklə, qeyd etdiyimiz kimi, əgər rəsmi İrəvan Aİ-yə üzv olmaqla bağlı qanun layihəsi qəbul etdirməklə Avropadan siyasi dəstək almağı nəzərdə tutursa, Aİİ-yə üzvlükdən də iqtisadi baxımdan mənfəət əldə edir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see233

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see198

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see148

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see128

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see126

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see126

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see124

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see124

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see122

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see121

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri