Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

İrəvan üçün seçim anı yaxınlaşır

İrəvan üçün seçim anı yaxınlaşır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Paşinyanın bəyanatı ölkənin yeni geosiyasi kurs seçdiyinin göstəricisi sayıla bilər

Ermənistan Baş naziri Nikol Paşinyanın bugünlərdə keçirdiyi mətbuat konfransında ölkənin xarici siyasət kursu ilə bağlı iki tarixi bəyanatla çıxış etdiyini desək, yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Bu bəyanatların birində o qeyd edib ki, Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) eyni vaxtda üzvlük mümkün deyil və İrəvan gec-tez yekun seçimini etməli olacaq. O, dolayısı ilə ölkəsinin Aİİ-dən çıxa biləcəyini istisna etməyib: “Biz başa düşürük ki, Avropa İttifaqı və Aİİ-yə eyni vaxtda üzv olmaq mümkün deyil. Son seçim anı gələndə müvafiq qərar verəcəyik”.

Digər bəyanatında isə Paşinyan Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatının qüvvədən düşdüyünü bildirib. Bildirib ki, üçtərəfli Bəyanata qayıtmağa ehtiyac yoxdur. Çünki həmin sənəd keçmişdə qalıb: “10 noyabr 10 noyabrda qaldı”.

Əslində, hayların baş naziri çoxdan məlum olan həqiqəti açıq etiraf edib: Ermənistan öz gələcək taleyini müəyyən edəcək seçim qarşısındadır. İrəvan istənilən halda tədricən Rusiya təsirindən qurtulmağa üstünlük verir. Bu, nəinki, sadəcə, gözlənilən, həm də tamamilə məntiqlidir. Çünki dövlət müstəqilliyini bərpa etdikdən sonrakı onilliklər ərzində Ermənistan Moskvadan ciddi asılılıq şəraitində yaşayıb. Bir sıra amillər bunu təsdiq etməkdədir. Əvvəla, ölkə ərazisində – ikinci böyük şəhər olan Gümrüdə hələ də Rusiya hərbi bazası var. 102 saylı baza Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyindədir. Onun şəxsi heyətinin sayı bir neçə min nəfərdən ibarətdir.

Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi də Rusiya sərhədçiləri tərəfindən qorunur ki, bu, müstəqil, suveren dövlətə yaraşmayan haldır. Cəmi bir il öncəyədək “Zvartnots” beynəlxalq hava limanında da rusiyalı sərhədçilər xidmət edirdilər. 2024-cü il iyulun 31-də 1992-ci ildən limanın nəzarət-buraxılış məntəqəsində işləyən rus sərhədçiləri Ermənistan Respublikası Sərhəd Qoşunlarının əməkdaşları ilə əvəz olunublar. Yeri gəlmişkən, bu hadisədən bir il əvvəl rus sərhədçilərin Ermənistan tərəfinə xəbər vermədən Rusiya vətəndaşını saxlayıb, sonra deportasiya etdikləri məlum olmuşdu.

Aİİ-yə üzvlük isə siyasi təzyiq və şantajın nəticəsi idi: Serj Sarkisyan Avropaya inteqrasiya yolundan imtina etməyə və Kremlin ultimatumlarına təslim olmağa məcbur olmuşdu. Zənnimizcə, bu prosesin necə baş verdiyinə dair “ArmenianReport” saytının analitiki Samvel Ohanesyanın qeydlərini xatırlatmaq yerinə düşər. Ohanesyan bugünlərdə saytda yerləşdirilmiş “3 sentyabr”+“10 noyabr”=“8 avqust” sərlövhəli məqaləsində yazır: “Yaxşı, əziz oxucular, payız yaxınlaşır. Şufutinskinin oxuduğu kimi “...və tezliklə 3 sentyabr”. Ümid edirəm ki, bu tarixi xatırlayırsınız – 2013-cü il sentyabrın 3-də Serj Sarkisyan bizi fakt qarşısında qoydu. Əvvəlcədən bizə verdiyi vədə xilaf çıxaraq, Avropaya yox, Aİİ-yə gedəcəyimizi bildirdi. Aİİ-yə üzvlük Ermənistan üçün heç vaxt strateji seçim deyildi. 2013-cü il sentyabrın 3-də Sarkisyan fakt qarşısında qalaraq Avropa ilə yaxınlaşma perspektivindən imtina etdi və Rusiya rəhbərliyinin təzyiqlərinə boyun əydi. Həmin qərar Ermənistanın Aİ ilə assosiasiya sazişi imzalamaq imkanlarını birdəfəlik puç etdi. Bununla da Ermənistan Moskvanın iqtisadi orbitinə tam bağlandı, lakin bundan ciddi iqtisadi dividendlər əldə edə bilmədi. Əksinə, ölkənin inkişaf imkanları məhdudlaşdı, sərbəst xarici siyasət kursu yürütmək qabiliyyəti zəiflədildi. Və budur, biz o vaxtdan indiyədək hər cür Çolpon-Atada dolaşırıq”.

Məlumat üçün bildirək ki, 2013-cü il sentyabrın 3-də Rusiya və Ermənistan prezidentləri arasında yüksək səviyyəli danışıqlardan sonra S.Sarkisyan ölkəsinin Aİİ-nin Gömrük İttifaqına qoşulmaq qərarını açıqlayıb. Müəllif “Çolpon-Atada dolaşırıq” deyərkən 2013-cü ildə, hələ 2014- cü ildə Aİİ-nin yaradılması haqqında saziş faktiki imzalanmazdan əvvəl Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində mühüm görüşlərin keçirildiyini nəzərdə tutur. Xüsusilə, 2013-cü il sentyabrın 18- də orada Rusiya, Qazaxıstan və Belarus liderlərinin görüşü keçirilib, Aİİ-nin formalaşdırılması məsələləri, o cümlədən vahid iqtisadi məkanın yaradılması və malların, xidmətlərin, kapitalın və əməyin sərbəst dövriyyəsi qarşısındakı maneələrin aradan qaldırılması müzakirə edilib.

***

Beləliklə, Ermənistan faktiki olaraq müstəqil dövlətin bir çox atributlarından məhrum, Moskvanın vassalı mövqeyində qalmışdı. Bir neçə il öncəyədək bəzi rusiyalı siyasətçilər kifayət qədər açıq şəkildə Ermənistanı “Rusiyanın Cənubi Qafqazdakı forpostu” adlandırırdılar. Əslində, onlar haqlı idilər. İndi isə vəziyyət dəyişir. Paşinyanın son bəyanatları Ermənistanın qarşısında dayanan strateji seçimləri açıq şəkildə ortaya qoydu. Əslində, bu bəyanatlar uzun illərdir hamıya məlum olan reallığın etirafıdır: Ermənistan həm Aİ, həm də Aİİ çərçivəsində paralel siyasət yürüdə bilməz. Yekun seçim anı yaxınlaşır və bütün əlamətlər onu göstərir ki, İrəvan Rusiya orbitindən uzaqlaşmaq xəttini tutub. Bu da təsadüfi deyil. Çünki qeyd etdiyimiz kimi, son 30 ildə Ermənistanın Rusiya ilə münasibətləri, sadəcə, müttəfiqlik çərçivəsində qalmayıb, faktiki olaraq asılılıq xarakteri daşıyıb.

Bu gün Paşinyanın Aİİ-dən çıxma ehtimalını açıq şəkildə dilə gətirməsi, faktiki olaraq, Ermənistan üçün tarixi dönüş nöqtəsi ola bilər. Çünki Rusiya ilə münasibətlər artıq əvvəlki illərdəki “qardaşlıq, strateji müttəfiqlik” ritorikasından uzaqdır. Moskva regionda öz nüfuzunu itirdikcə İrəvan daha çox Aİ-yə və ABŞ-a meyl edir.

Bu uzaqlaşmanın Ermənistan üçün faydalarına gəldikdə isə qeyd etmək lazımdır ki, əvvəla, ölkə öz suveren qərarvermə hüququnu bərpa edə bilər. Çünki Rusiya ilə hərbi-siyasi asılılıqdan çıxmaq İrəvanın beynəlxalq münasibətlərdə balanslı siyasət yürütməsinə imkan verəcək. İkincisi, Aİ ilə yaxınlaşma demokratik institutların güclənməsi, korrupsiya ilə mübarizə və iqtisadi inteqrasiya imkanlarını artıracaq. Ermənistan uzun müddət iqtisadiyyatında xarici sərmayənin azlığından əziyyət çəkib. Aİ ilə dərinləşən əməkdaşlıq isə yeni investisiya axınına və bazarların genişlənməsinə şərait yarada bilər.

Ancaq bu prosesin çətinlikləri də az deyil. Hamıya məlumdur ki, Aİ-yə üzvlük yolu uzun və çətindir. Ermənistan postsovet siyasi və iqtisadi strukturlarına həddən artıq köklənib və onun daxili institusional zəifliyi Avropaya inteqrasiyada sürətli irəliləyişlərə ümid etməyə imkan vermir. Digər tərəfdən Rusiya Ermənistanın orbitindən uzaqlaşmasını sakit qarşılamayacaq. Moskva, ən azı, üç istiqamətdə təzyiq mexanizmlərindən istifadə edə bilər. Bunlardan birincisi enerji asılılığıdır. Ermənistanın qaz və neft məhsullarına olan ehtiyacının böyük hissəsi Rusiya vasitəsilə təmin edilir. İkincisi hərbi sahədir. Ermənistan ordusu hələ də rus silahlarından asılıdır, baxmayaraq ki, son dövrdə bu silahların səmərəsizliyi və gecikmiş çatdırılması barədə çoxsaylı şikayətlər eşitməkdəyik. Üçüncüsü, informasiya müstəvisidir. Rusiya mediası və oradakı erməni diasporu vasitəsilə Ermənistan daxilində hökumət əleyhinə kampaniyaları gücləndirmək mümkündür. Üstəlik, Moskvanın təsirini yalnız təzyiq mexanizmləri ilə məhdudlaşdırmaq doğru olmazdı. Rusiya hələ də Ermənistanın böyük iqtisadi tərəfdaşıdır, ölkədə fəaliyyət göstərən bank və iri şirkətlər vasitəsilə maliyyə sisteminə ciddi təsir imkanlarına malikdir.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirdi ki, Ermənistanın hazırkı siyasi kursu ölkənin gələcək onilliklərini müəyyən edəcək strateji dönüş mərhələsidir. Onun sözlərinə görə, Paşinyanın son bəyanatları göstərir ki, İrəvan artıq seçimdən qaça bilmir: “Ölkə ya Rusiyanın təsir dairəsində qalmalı, ya da Avropa ilə dərinləşən əməkdaşlığa yönəlməlidir. Ənənəvi olaraq Moskvanın hərbi-siyasi orbitində olan Ermənistan indi öz suverenliyini tam bərpa etmək istəyindədir. Bunun nümunəsi kimi sərhədlərin rus hərbçilərindən alınması və Aİİ-dən çıxmaq ehtimalının açıq müzakirəsi göstərilə bilər. Bu kursun Ermənistan üçün həm yaratdığı imkanlar, həm də ciddi risklər var. İmkanlardan biri ölkənin Avropa strukturlarına inteqrasiyası və bununla həm iqtisadi, həm də siyasi islahatlara təkan verilməsidir. Xarici sərmayə, yeni texnologiyalar və müasir idarəçilik mexanizmlərinin qurulması Ermənistan üçün cəlbedici perspektivlərdir. Eyni zamanda, Avropa ilə yaxınlaşma İrəvanın regionda daha balanslı siyasət yürütməsinə şərait yarada bilər”.

Politoloq qeyd etdi ki, lakin prosesin mənfi tərəfləri də nəzərə alınmalıdır. Rusiya bir sıra mühüm sahələrdə hələ də İrəvana təzyiq rıçaqlarına malikdir: “Bundan başqa, Ermənistan daxilindəki müxtəlif dairələr Moskva ilə bağlılığın davam etməsinin tərəfdarıdır. Bu, Paşinyan hökumətinin qərar qəbulunu çətinləşdirə bilər. Ən mühümü isə, Ermənistanın balansı qoruyaraq mərhələli şəkildə addımlaması vacibdir. Çünki tələsik və emosional qərarlar ölkəni yeni böhranlara sürükləyə bilər. Beləliklə, Ermənistan üçün əsas çağırış Rusiyadan uzaqlaşmaqla paralel şəkildə Qərblə əməkdaşlığı rasional çərçivədə qurmaqdır. Əgər bu siyasət ardıcıl və düşünülmüş şəkildə aparılsa, Ermənistan tarixi asılılıqdan qurtularaq regionda daha müstəqil aktora çevrilə bilər”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see344

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see297

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see219

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see209

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see169

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see168

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see164

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see164

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see162

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see159

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see157

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see154

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see153

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see153

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see153

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see151

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see150

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see150

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri