Icma.az
close
up
RU
İrəvan və Naxçıvanın işğalına Avropa şahidliyi

İrəvan və Naxçıvanın işğalına Avropa şahidliyi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

176 il əvvəlin “Danimarka Kral Sarayı və Dövlət Təqvimi” nədən xəbər verir?

Tarixin izləri, adətən, böyük müharibələrin gurultusunda, imperator fərmanlarının möhüründə, sərkərdələrin qanla yazılan zəfərlərində axtarılır. Biz də öyrəşmişik ki, taleyimizi müqavilələrin çoxsəhifəli maddələrində, diplomatik danışıqların pərdəarxasında, arxivlərin qalın dəftərlərində axtaraq. Bəzən tarix ən gözlənilməz yerdə – bir dövlətin sadə təqvimində, səssiz statistika sətrində heç kimin diqqət etmədiyi rəsmi qeyd şəklində qarşımıza çıxır.

Bu baxımdan, 1849-cu ildə Kopenhagendə nəfis tərtibatla çap edilən, Danimarkanın rəsmi illiyi olan “Danimarka Kral Sarayı və Dövlət Təqvimi” vərəqlənərkən, sanki, Cənubi Qafqazdan gələn uzaq bir səs eşidilir: “İrəvan və Naxçıvan 1828 və Axaltsix 1829. Bir cümlə, iki tarix, üç toponim… Bu qısa sətir, əslində, Naxçıvanın beynəlxalq siyasi xəritədə rəsmiləşdiyi tarixi anı Avropanın bir dövlətinin dili ilə təsdiqləyir.

“Danimarka Kral Sarayı və Dövlət Təqvimi” 1734-2014-cü illər arasında ildə bir dəfə nəşr olunub, yəni 280 il davam edən ardıcıl illik nəşr ənənəsidir. İlk dövrlərdə daha çox saray və mərkəzi idarəetmə haqqında məlumatlar (dövlət orqanları, kral ordenləri, medallar, fəxri nişan sahiblərinin siyahıları və s.) versə də, zamanla bütün dövlət aparatını və bir sıra yarırəsmi qurumları, eləcə də Danimarkanın diplomatik münasibətləri (ölkənin diplomatik nümayəndəlikləri, xarici ölkələrin Danimarkadakı səfirlik və konsulluqları, beynəlxalq və transmilli təşkilatlarla bağlı əsas məlumatlar), habelə, xarici dövlətlər barədə əsas siyasi-statistik məlumatları özündə cəmləşdirən rəsmi istinad kitabına çevrilib.

Onun 1849-cu il buraxılışında Rusiya imperiyasının sahəsi və ərazisinin formalaşma mərhələləri sadalanarkən strateji Qafqaz nöqtələri xüsusi tarixlə vurğulanır: “Erivan og Nachitschewan 1828”, “Achalzit 1829”.

Bu, sadəcə, coğrafi adların sadalanması deyil. Bu, Danimarka dövlət təfəkküründə Rusiyanın Cənubi Qafqazda sərhədlərini nə vaxt və harada sabitləşdirdiyinin rəsmi xronoloji işarəsidir.

Məlumdur ki, 1828-ci il tarixli Türkmənçay müqaviləsi (3-cü və 4-cü maddələr) ilə İrəvan və Naxçıvan rəsmi şəkildə Rusiyaya verildi və sərhəd Araz çayı boyunca çəkildi.

1829-cu ildə imzalanan Ədirnə müqaviləsi isə Osmanlının Cənubi Qafqazdan geri çəkilməsini rəsmiləşdirdi. Osmanlı imperiyası Rusiyanın Gürcüstanı ilhaq etməsini (İmeretiya, Minqreliya və Quriya ilə birlikdə), Türkmənçay sülhü ilə Naxçıvan və İrəvanı özünə birləşdirməsini və Rusiyanın İranla əldə etdiyi yeni sərhədləri, faktiki olaraq, rəsmən tanıdı. Məhz bu səbəbdəndir ki, Danimarkanın rəsmi illiyində bu iki hadisə yan-yana və dəqiq tarixləri ilə birlikdə verilir: “İrəvan və Nachitschewan 1828 və Achalzit 1829”. Bu, Rusiyanın Qafqaz sərhəd daşlarının qoyulduğu son iki həlledici mərhələ kimi təqdim olunur.

Danimarka mətni bizə nə deyir? Bu qısa sətir üç mühüm ismarış verir:

1. İrəvan və Naxçıvan “hadisə” kimi qeyd olunur. Danimarka üçün geosiyasi əhəmiyyət daşıyan bu bölgələr, sadəcə, adi şəhərlər deyil, Rusiya imperiyasının ərazi qazancı kimi tarixə düşən siyasi faktdır. Bu, onun regionda strateji əhəmiyyətinin dolayısı ilə etirafıdır;

2. Neytral şahidlik obyektiv faktları ortaya qoyur. Danimarka nə Rusiyanın müttəfiqi, nə Osmanlının düşməni, nə də Qacar–Rusiya qarşıdurmasının tərəfi idi. Buna görə də həmin qeyd təbliğat iddia deyil, neytral Avropa müşahidəsidir;

3. Bu sətir göstərir ki, XIX əsrin ortalarında Naxçıvan artıq Avropanın rəsmi dövlət statistikasında “Rusiya sərhədinin bir hissəsi” kimi oturuşmuşdu. Deməli, Avropa siyasi şüurunda Naxçıvan xüsusi əhəmiyyət kəsb edirdi.

Toponimin dili: “Nachitschewan” nə deməkdir?

Danimarka nəşrində işlənən “Nachitschewan” forması Naxçıvan adının XIX əsr Avropa transkripsiyasının klassik nümunəsidir. Eyni dövrdə almanca və fransızca mənbələrdə “Nachitschewan”, “Nachichevan”, sonralar isə “Nakhchivan” forması geniş yayılır. Bu, Naxçıvan toponiminin Avropa elmi və siyasi dilinə daxil olmasının canlı sübutudur.

Bu bir cümlənin elmi dəyəri çoxqatlıdır:

1. Beynəlxalq tanınma xətti İrəvan və Naxçıvanın 1828-ci ildə Rusiyaya keçməsi təkcə region dövlətlərinin deyil, Avropa dövlətlərinin rəsmi sənədlərində də fakt kimi çıxış edir.

2. Hüquqi statusun Avropa təsdiqi. Türkmənçay və Ədirnə müqavilələri yalnız Şərq diplomatiyasının sənədləri deyil, Avropada da “qəbul edilmiş reallıq” kimi statistika kitablarına düşür.

3. Bu, həm də Azərbaycan tarixşünaslığı üçün yeni mənbə tipi hesab edilə bilər. İrəvan və Naxçıvanın taleyi adətən Rusiya, İran, Osmanlı mənbələri ilə izah olunur. Halbuki Danimarka saray təqvimi kimi üçüncü tərəf Avropa dövlətinin rəsmi nəşri bu hadisəni kənardan, soyuq statistik dillə təsdiqləyir. Bu isə tarixə əlavə obyektivlik qatır.

Beləliklə, bir dövlət təqviminin sətri bizi üç yüz ilə yaxın zamanın dərinliklərinə aparır və göstərir ki, İrəvanın və Naxçıvanın hüquqi-siyasi taleyi təkcə Rusiya–İran–Osmanlı üçbucağında həll olunan lokal məsələ olmayıb. Bu taleyin Avropa paytaxtında, Danimarka Kral Sarayının rəsmi statistik yaddaşında əks olunması onu artıq beynəlxalq reallıq səviyyəsinə qaldırıb. Bir cümlə bizə sübut edir ki, İrəvan və Naxçıvan təkcə regional tarix obyekti deyil, həm də Avropa siyasi şüurunun xəritəsinə daxil olmuş qlobal faktordur.

Bircə sətirlik cümlə Azərbaycan tarixşünaslığı üçün yeni müstəvi açır: tarixi faktlar yalnız Şərq mənbələrinin işığında və ya Avropa dövlət arxivlərində deyil, sadə birillik təqvim kitabçalarında da axtarılmalıdır.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universitetinin ümumi hüquq kafedrasının müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri