Icma.az
close
up
RU
İrəvan Zəngəzurda nəyi “sadələşdirir”?

İrəvan Zəngəzurda nəyi “sadələşdirir”?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erməni nazirin manipulyasiyaya, ikiüzlülüyə köklənən “pozitiv” açıqlaması

“Dünyanın istənilən sərhədində olduğu kimi, Azərbaycandan Ermənistandan keçərək Naxçıvana daşınacaq yüklərə nəzarət ediləcək. Əgər söhbət blokadanın aradan qaldırılmasından, sərhədlərin açılmasından gedirsə, o zaman, sadəcə olaraq, müxtəlif ssenarilərə hazır olmalıyıq. Bizim istənilən ssenariyə uyğunlaşmağa və gömrük fəaliyyətimizi həyata keçirməyə imkan verəcək müasir avadanlıq və alətlərimiz var”. Bu barədə yerli KİV-ə açıqlamasında Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Eduard Akopyan deyib. Amma bu zaman, o, Ermənistanın təklif etdiyi Azərbaycanın qərb rayonlarından Naxçıvana yüklərin “sadələşdirilmiş” tranzitinin təfərrüatlarını açıqlamayıb. Onun sözlərinə görə, artıq baş nazir və baş nazirin müavini ictimaiyyətə açıqlana biləcək bütün detallar barədə məlumat veriblər.

Bu yerdə kiçik bir haşiyə çıxmağa ehtiyac var. Ermənistan baş naziri Nikol Paşinyan sifətində səmimiliyi şübhə doğurmayan ifadə ilə özünü təkzib etməyi bacaran siyasətçinin parlaq nümunəsidir. Müvəqqəti işğal olunmuş Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” - deyə qışqıran da o idi, indi mütəmadi olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam tanıdığını bəyan edən də.

2020-ci il noyabrınm 20-də imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılır, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Bu isə o deməkdir ki, Ermənistanın bu gün reallaşmasına cidd-cəhdlə mane olduğu Zəngəzur dəhlizini işlək vəziyyətə gətirməli və ona zəmanət verməlidir. Amma Nikol Paşinyan iqtidarı vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməkdə davam edir. Onun havaya pərvazlanaraq, “şahin” və ya “sülh göyərçini” maskasında ifa etdiyi melodiyanı necə asanlıqla dəyişdirdiyinə dair başqa nümunələr də var. Deməli, onun sözlərinə son həqiqət kimi istinad etmək, yumşaq desək, əsassız, riskli və gülüncdür. Xüsusən, baş nazirin erməni kilsəsi ilə qarşıdurmaya girdiyi və bütün ermənilərin katolikosu II Qaregini mütəmadi olaraq tənqid etdiyi indiki məqamda. Dini inancını yüksək tutan Nikol Vovayeviçin dediyinə görə, Qaregin subaylıq andını pozub, övladı var. Öz işləridir, aydınlaşdırsınlar, dəqiqləşdirsinlər. Bizə isə Ermənistan DGK-nın rəhbərinin yadına bəzi məqamları salmaq düşər.

***

Ondan başlayaq ki, regionda kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin bərpası kontekstində bu cür yanaşmalar sülhə doğru addım kimi deyil, təxribat kimi səslənir. Və bu, heç də az deyil! Axı söhbət, ilk növbədə, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən marşrutlardan gedir.

Görünür, İrəvan isteblişmenti bunları “unudub”. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, İrəvan Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yüklərin və vətəndaşların maneəsiz daşınmasını təmin etməyi öhdəsinə götürüb. Bu sənəddə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədrinin istinad etdiyi həmin Paşinyanın imzası var, onun nəticələri faktiki olaraq rəsmi İrəvanın konstruktiv yanaşmadan imtina etdiyini nümayiş etdirir.

“Azərbaycanla Azərbaycan arasında heç bir yoxlama və maneə olmadan rahat və sərbəst keçid olmalıdır”. Bunu altı ay bundan əvvəl yerli telekanallara müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib. Dövlətimizin başçısı bunun bizim tələbimiz olduğunu İrəvanın nəzərinə çatdırıb: “Əgər nəzərə alsaq ki, 1920-ci ilin noyabrında sovet hakimiyyəti bizdən Qərbi Zəngəzuru aldı və Azərbaycan xalqına qarşı cinayət törətdi. Bu, nə birinci, nə də sonuncu cinayət idi. Əgər ardıcıllıqla getsək, ikinci cinayət Azərbaycan ərazisində qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması oldu. Bundan əvvəlki cinayət çar Rusiyasının erməniləri Azərbaycan ərazisinə köçürməsi idi. Ondan əvvəlki cinayət isə Qarabağ xanının, ona verilmiş hakimiyyət zəmanətinə baxmayaraq, qətlə yetirilməsi idi. XX əsrdə törədilmiş digər cinayətlər isə bizim gözlərimizin önündə baş verdi – Xocalı soyqırımı, 20 Yanvar faciəsi və 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğalı. Yəni, biz bunu unutmadıq, Azərbaycan xalqı bunu unutmadı. Biz Zəngəzuru da unutmadıq və unutmayacağıq. Bir daha deyirəm: bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz öhdəliklərini yerinə yetirməli, Azərbaycanla Azərbaycan arasında maneəsiz keçid təmin etməlidir.”

Bu, həqiqətən də, proqram xarakterli bəyanat idi. Prezident İlham Əliyev bütün dünyanın diqqətinə bir daha çatdırdı ki, bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur. Bunun üzərində manipulyasiya etmək, siyasi fırıldaqçılıqla məşğul olmaq və xüsusən də Zəngəzur dəhlizi məsələsində sərhədlərin dəyişdirilməsinə cəhd göstərmək lazım deyil. Azərbaycan istər regional, istərsə də beynəlxalq arenada tanınmış sərhədlərə hörmətlə yanaşmanın tərəfdarı olub və bu gün həmin kursu davam etdirir. Oxucuların yadına başqa bir məqamı da salmaq istərdik. 1991-ci ildə Alma-Atı görüşü zamanı keçmiş SSRİ respublikalarının mövcud sərhədlər çərçivəsində tanınması təklif edilmişdi. Bu qərarın, ilk növbədə, Azərbaycan üçün nə qədər ədalətli olduğu məlumdur. Amma o vaxt ola bilsin ki, bu, ən az ziyan verən seçim idi. 34 il bundan əvvəl keçmiş SSRİ respublikalarına sərhəd münaqişələri və müharibələr olmadan öz gələcəklərini qurmaq üçün tarixi şans verilmişdi. Fəqət bu şans qaçırıldı. Kimin günahı ucbatından? Əlbəttə, Ermənistanın! İndi gah nala, gah da mıxa vuran İrəvan prinsipial olaraq başa düşməlidir ki, Ermənistanın Azərbaycan yüklərinə gömrük nəzarəti təklifi, sadəcə, bürokratik detal deyil. Burada söhbət bir suveren dövlət daxilində tranzit daşımalardan getdiyi halda, Azərbaycandan Azərbaycana marşruta beynəlxalq sərhəd statusu verilməsi yolverilmzdir. Bu yanaşma hüquqi, siyasi və ya praktiki baxımdan qəbuledilməzdir. Gömrük nəzarəti məlumatların toplanması, mümkün yoxlama, gecikmələr və ən əsası, müəyyən yurisdiksiyanın tanınması deməkdir. Ermənistanın bununla Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təməl prinsiplərini pozaraq, marşrutdan təzyiq rıçaqı, siyasi, iqtisadi dividendlər qazanmaq üsulu kimi yararlanmağa çalışdığı göz qabağındadır.

***

Nazir E.Akopyanın “müxtəlif ssenarilərə hazır olmalıyıq” ifadəsi onu təsdiqləyir ki, İrəvan öz öhdəliklərini yerinə yetirmək niyyətində deyil, əksinə, sərhədlərin açılmasını Azərbaycana yeni şərtlər təqdim etmək imkanı kimi dəyərləndirir. Yəni bu ritorika danışıqlarda gərginliyi azaltmağa deyil, təxribata yönəlib. Ermənistan regionda sülhün və inteqrasiyanın halqasına çevrilmək əvəzinə, yenidən eskalasiyanı artıran mənbəyə çevrilmək riski ilə üzləşir. Azərbaycan dəfələrlə beynəlxalq monitorinq mexanizmlərindən istifadə etməklə Naxçıvanla ölkənin qalan hissəsi arasında daşımaların təhlükəsizliyini və şəffaflığını təmin etməyə hazır olduğunu bəyan edib. Bu, Bakının siyasi spekulyasiyanı istisna edən, sabitliyə yönəlik balanslı yanaşmasıdır. Amma, gördüyümüz kimi, rəsmi İrəvan ikiüzlülüyünün başqa bir nümunəsini ortaya qoyur. Bu, Nikol Paşinyanın Azərbaycanı Qurban bayramı münasibətilə şəxsən təbrikinin, “ölkəmizə və xalqımıza sülh və firavanlıq arzularını” bildirməsinin ardınca nazirin dili ilə İrəvanın növbəti ikiüzlülüyünün nümayişidir. Əlbəttə ki, sonuncu deyil. Bütün bunlar bir daha sübut edir ki, rəsmi İrəvanın sözünə etibar etmək olmaz.

Sonda boynuna görtürdüyü öhdəliyi yerinə yetirməyə tələsməyən Paşinyan hakimiyyətinə bəzi tarixi reallıqları xatırlatmaq istərdik. Əgər Ermənistan Qars və Moskva müqavilələrinə əsasən Türkiyə ilə sərhədlərini tanımaqdan imtina edirsə, o zaman qayıdış Sevr müqaviləsinə deyil, Aleksandropol müqaviləsinə olacaq. Bu halda Ermənistan Gümrünü Türkiyəyə qaytaracaq və oradakı Rusiya hərbi bazasının taleyini artıq İrəvan yox, başqaları həll edəcək. İkinci reallıq ondan ibarətdir ki, əgər Ermənistan Alma-Atı Bəyannaməsinə əsasən Azərbaycanla sərhədləri tanımaqdan imtina edirsə, bu, heç də sərhədlərin yenidən “çəkilməsi” anlamına gəlmir. Əksinə, Versal Sülh Konfransında müəyyən edilmiş sərhədlərə qayıdış gündəmə gələcək. O zaman isə Qərbi Zəngəzur və Göyçə mahalı Azərbaycanın tərkib hissəsi kimi tanınırdı. Yəni, İrəvanda bu incə məqamları başa düşmək istəməsələr belə, bu, heç nəyi dəyişmir.

Fikrət Sadıxov,
Qərbi Kaspi Univürsitetinin professoru, politoloq

– İrəvan Azərbaycandan Naxçıvana yüklərin daşınması qaydası barədə ona görə bəyanat verir ki, bəlkə, bu, Bakının ürəyincə olar. Yaxud da dünya ictimaiyyətinə göstərmək istəyir ki, Azərbaycana güzəştə gedir, bununla bağlı “pozitiv” mesajlar verir. Yəni, bunun ictimai rəyə qəbul etdirməyə çalışırlar. Ermənistan rəhbərliyi, guya, Bakı onların təklifini qəbul etdikdən sonra məsələyə daha geniş şəkildə aydınlıq gətirməyi planlaşdırır. Amma bizə Zəngəzur dəhlizinin hissə-hissə, qram-qram açılması lazım deyil. Ya Ermənistan hakimiyyəti imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əməl etməli, ya da Bakı ona zəruri təzyiqi göstərməlidir ki, “bağlı paketləri” tamamilə açıqlasın.

Belə çıxır ki, İrəvan hələlik yüklərin daşınmasından danışır. Amma sabah deyə bilər ki, yük daşımaları dayandırılsın, sərnişn daşımalarına yol verilsin. Azərbaycanın dəhlizin bu formada açılmasına ehtiyacı yoxdur. Bakının məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidi təmin edəcək Zəngəzur dəhlizinin qeyd-şərtsiz açılmasıdır. Ermənistan rəhbərliyi bunu yaxşı dərk edir. Ona görə bütün vasitələrdən istifadə etməyə çalışır ki, dəhliz işə düşməsin. Sadəcə, razılıq görüntüsü yaradan bəyanatlar verməklə məşğul olur. Bunları baş nazirin, spikerin, eləcə də ayrı-ayrı nazirlərin dilindən tez-tez eşidirik.

Azərbaycana Ermənistanın “güzəştləri” lazım deyil. Zəngəzur dəhlizi mütləq açılacaq. Əgər rəsmi İrəvan ikitərəfli münasibətlərin normallaşmasında maraqlıdırsa, sadəcə, dörd il yeddi ay bundan əvvəl imza atdığı sənədin şərtlərinə əməl etsin, vəssalam.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri