Icma.az
close
up
RU
Tehran tələb etdi, İrəvan Kostanyanı göndərdi Zəngəzurda xəbərdarlıq

Tehran tələb etdi, İrəvan Kostanyanı göndərdi Zəngəzurda xəbərdarlıq

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın Xarici İşlər Nazirliyi avqustun 11-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar və Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı İrəvanla yüksək səviyyəli danışıqların aparılacağını açıqladı. XİN avqustun 12-də Ermənistan rəsmiləri ilə müzakirələrin keçiriləcəyini bildirdi.

Məlumata görə, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bu gün Tehrana səfər edəcək və İslam Respublikasının dəhlizlə bağlı narahatlıqları müzakirə olunacaq. İran rəsmiləri ötən günlərdə də “Tramp yolu”na etiraz edəcəklərini və buna mane olacaqlarını bildirdilər.

Tehran dəhlizin açılmasına mane olmaq üçün hansı yollara əl ata bilər? İrəvanın razılaşmanı pozması mümkündürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Bakı və İrəvan arasında imzalanan yeni bəyannamə İran və Rusiyanı narahat edir:

Həmçinin oxuyun:

Türkiyəni qarışdıran SSRİ təklifi: 70 illik mübahisə Bakıya yönəldi – İrəvandan yeni tələb

“Moskva Tehranı qabağa verərək, razılaşmaya etirazını nümayiş etdirməyə çalışır. Lakin beynəlxalq hüquqa əsasən iki ölkənin də bu etirazlara heç bir hüquqi əsası yoxdur. Məsələ Zəngəzur dəhlizi ilə bağlıdır və layihənin əsas hissəsi Ermənistan ərazisindən keçir. Bu səbəbdən, həmin ərazilərdə hansı infrastrukturun qurulması və nəzarətin kimdə olması ilə bağlı qərarları da İrəvan verir. İran kimi ölkələrin bu məsələdəki etirazları siyasi məntiqdən və beynəlxalq hüquqdan uzaqdır, başa düşülən deyil.


Əli Mustafayev

Siyasi baxımdan da aydındır ki, ABŞ region dövləti deyil, lakin qlobal güc olaraq dünyanın hər yerində maraqları var və Ermənistanda təsir imkanlarına sahibdir. İrəvandakı mövcud hakimiyyət faktiki olaraq rəsmi Vaşinqtonun nəzarəti altındadır. Hansısa kənar ölkə əldə edilmiş razılaşmanı pozmaq və ya Zəngəzur dəhlizinin açılmasına mane olmaq imkanına malik deyil. Təbii ki, ABŞ və müttəfiqləri başqa siyasi mexanizmlərdən istifadə edə bilərlər. Məsələn, Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirib özlərinə yaxın şəxsləri rəhbərliyə gətirmək cəhdləri ola bilər. Amma indiki hakimiyyətin buna imkan verəcəyini düşünmürəm.

Ona görə də Zəngəzur dəhlizinin açılması gözləniləndir. Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin inkişafı üçün vacib addımdır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri