Icma.az
close
up
RU
İrəvana olmayan inam Şamaxıda İncilə əl basan imansız keşiş

İrəvana olmayan inam Şamaxıda İncilə əl basan imansız keşiş

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Ermənistan rəsmiləri sülh sazişinin imzalanması ilə bağlı məsələ üzərində manipulyasiya edirlər. Onlar elə təəssürat yaradır ki, guya rəsmi İrəvan bütün şərtləri yerinə yetirir, təkliflərə razılıq verir. Ermənistan bununla beynəlxalq, o cümlədən yerli ictimai rəyi Azərbaycana qarşı formalaşdırmağa səy göstərir.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib ki, ölkəsi Azərbaycanla sülh yaratmağa çalışır, hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.

Onun iddiasına əsasən, rəsmi İrəvan sülhün bərqərar olması məqsədilə var gücü ilə çalışır. Ermənistan prezidenti vurğulayıb ki, masada hazır sənəd var.

Vaaqn Xaçaturyandan 10 gün öncə ölkənin xarici işlər naziri Ararat Mirzoyan isə məntiqsiz və əsassız olaraq Azərbaycanı "konstruktiv olmamaqda" ittiham edib. Azərbaycana qarşı bir sıra cinayətlərdə təqsirli bilinənlərin "sərbəst buraxılmasını", "silahlara nəzarət edilməsini" istəməklə saxtakarlığa yol verib.

Ermənistan Azərbaycanda silahlanmaya nəzarət edəcək axırıncı ölkə ola bilər. Çünki bu ölkənin işğalçı və təcavüzkar adı üstündədir. O, vaxtı ilə torpaqlarını işğal etdiyi Azərbaycanın hərbi potensialını müzakirə etməyə heç bir halda hüququ yoxdur. Müqayisə müəyyən mənada qüsurlu da olsa, İkinci dünya müharibəsindən sonra Şərqi Almaniyanın SSRİ-nin silahlanması üzərində nəzarəti nə dərəcədə məntiqidirsə, Mirzoyanın da bu iddiası o qədər ağlabatandır.

Onun Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, dövlətçiliyinə qarşı cinayətlərdə ittiham olunanların sərbəst buraxılmasını istəməsi "humanist məsələdən" çox terrorçuluqda, başqa cinayətlərdə təqsirli bilinənləri müdafiə, məhkəmə prosesinə müdaxilə etmək cəhdidir.

Azərbaycanın şərtləri və istəkləri konkret, aydın, yerinə yetirilə bilən, məntiqi və əsaslıdır - Ermənistanın təcavüzkar konstitusiyasının dəyişdirilməsi, vətəndaşlıq hüququ zorla əlindən alınmış 300 minə yaxın qərbi azərbaycanlının tapdanmış, pozulmuş haqqının bərpası.

Bu şərtlərin reallaşması üçün yeni konstitusiya ilə bağlı referendum, repatriasiya haqqında qanuna 300 min azərbaycanlının vətəndaşlıq hüququnun təsbit edilməsi tərəflər arasında etimad mühitinin yaranmasına şərait yaradır.

Ermənistan indiyədək vaxtı ilə işğal altında saxladığı torpaqlarda basdırdığı minaların xəritəsini Azərbaycana təqdim edilməsi, habelə Zəngəzur yolunun açılması ilə bağlı məsələni uzatmaqla əldə edilən yazılı və şifahi razılaşmalara əməl etməyib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 31-də saat 17:00-dan aprelin 1-də saat 4:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Sadaladıqlarımız günümüzün reallıqlarıdır. İrəli sürülən təklif və şərtlərə əməl etməməsi, atəşkəsi pozması Ermənistana etibar edilməsini əngəlləyir.

Tarix də bunu təsdiqləyir.

Azərbaycan martın 31-də soyqırımı gününü qeyd edib. Bu, türklərə və dostlarına qarşı ermənilərin törətdiyi cinayətin ümumiləşdirilmiş tarixidir. Çünki 1918-ci ilin Novruz bayramı qabağı və ondan sonra Cənubi Azərbaycanın Salmas, Xoy, Urmiya, Maku, Muğan və başqa rayonlarında azərbaycanlılara qarşı soyqırımı törədilib.

Tarixdə ermənilərin törətdiyi vəhşilikləri təsəvvür etmək üçün həmin dövrdə təkcə Şamaxıda törədilən soyqırımını yada salmaq kifayət edər.

1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri cinayət etnik təmizləmə idi.

Onda ermənilər tərəfindən qətlə yetirilmiş Şamaxı sakinlərinin Kələxana və Süleyman dərələrində dəfn edildiyi deyilir.

26 Bakı komissarının başçısı Stepan Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan soyqırımına hazırlıq məqsədilə 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah paylayıb. Həmin dövrdə Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və iki min erməni əsgəri Şamaxıya göndərilib.

Şamaxıya daxil olan ermənilər şəhəri talan etmiş, az-çox salamat qalmış tikililəri yandırıblar. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilib. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

"Piran-Şirvan" məhəllələri tamamilə talan edilib, Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulub, şəhərin 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılıb.

Bəzi məlumatlara görə, həmin dövrdə Şamaxıda 40 minə qədər müsəlman öldürülüb.

Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya verilən olmazın işgəncə ermənilərin törətdiyi vəhşiliklərə örnək sayıla bilər. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolub, dişlərini, gözlərini çıxarıb, qulaqlarını və burnunu kəsiblər, axunda sığınmış saysız-hesabsız qadın, uşaq və qocaları da öldürüblər.

Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olub.

Ermənilər axund Cəfərqulunun Şamaxıda nüfuzundan xəbərdar idi. Başqa sakinlərə görk olmaq üçün onu belə işgəncə ilə öldürüblər.

Bu hadisədən əvvəl axundla erməni keşişi müsəlmanlarla ermənilərin bir-birinə qarşı savaşmayacaqlarına dair and-aman etmişlər. Onda axund Qurani-Kərimə, keşiş isə İncilə əl basaraq and içmişdi. Ancaq ermənilər bu andı pozaraq Şamaxı sakinlərinэ qısaca olaraq bəhs etdiyimiz divanı tutmuşdular.

Bu, erməni xislətidir. Güclü olanda, havadarları qabaqda gedəndə türklərə düşmənlik edir, Xocalı, Şamaxı, Salmas, Xoy, Maku, Bakı və başqa bölgələrdə soyqırımı törədir, vəhşiliklər edirlər. Zəiflədikdə, asılı hala düşdükdə isə yazıqlaşır, aman diləyir, humanist, sülhsevər donu geyinirlər.

Ermənistan konstitusiyanın dəyişəcəyini vəd edir. Onun vədinə inanıb, sülh sazişini imzalamaq da olar. Ancaq bunlar İncilə əl basıb, azərbaycanlıların başının altına yastıq qoyan, "ayağının altına isə qumbara qoyandılar". Ona görə də rəsmi İrəvanla danışıqlarda "şifahi razılaşma", "sonra baxılar kimi" ifadələr yetərli sayılmır. Çünki onlar bu etimadı Şamaxıda, Qarabağda, Qubada, Bakıda, Gəncədə, Sumqayıtda, Cənubi Azərbaycanda, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla yanaşı əldə edilən şifahi razılığa əməl etməməklə çoxdan itiriblər.

Bu kimi tarixi hadisələr, çağdaş dövrün reallıqları, olayları ermənilərə "inanmaq olmaz"ı təsdiqləyir. Bunun əksini isə bu etnosun başçılarının, ideoloqlarının sübut etməsinin zamanıdır. Çünki Şamaxıda axundla imansız keşişin dövründəki and-aman bir tarix, bir göstəricidir.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Aprel 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see196

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see188

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see184

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see173

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see171

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri