Icma.az
close
up
RU
İrəvana strateji hədəfli səfər

İrəvana strateji hədəfli səfər

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Tarmp marşrutu” diplomatiyası işə düşür

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Ermənistana səfər edib. Birləşmiş Ştatların İrəvandakı səfirliyinin yaydığı məlumatda bildirilib ki, səfər ABŞ Prezidentinin regional sülh və təhlükəsizliklə bağlı baxışlarını təşviq və təbliğ etmək məqsədi daşıyır. Səfər çərçivəsində ilk görüş Hayastanın xarici işlər naziri Ararat Mirzoyanla keçirilib. Ermənistan XİN-in yaydığı məlumata görə, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıblar. A.Mirzoyan ABŞ-ın davamlı sülhün möhkəmləndirilməsində daimi iştirakını məmnunluqla qeyd edib. Tərəflərin TRIPP layihəsini də müzakirə etdikləri bildirilir.

Növbəti görüş baş nazir N.Paşinyanla keçirilib. Ermənistan baş naziri görüşdə iki ölkə arasında əməkdaşlığın son zamanlar yeni səviyyəyə qalxdığını qeyd edib. Ermənistan hökumətinin yaydığı məlumata görə, görüş zamanı N.Paşinyan Azərbaycanla sülhün bərqərar olmasına ABŞ-ın və Prezident Donald Trampın verdiyi şəxsi töhfəni yüksək qiymətləndirib. Baş nazir avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammiti çərçivəsində əldə edilən razılaşmaların və onların reallaşdırılması üzrə işlərin nəzərdə tutulan qrafikə uyğun olaraq həyata keçirilməsinin vacibliyini bildirib. Hökumət başçısı, həmçinin, ABŞ-la ikitərəfli münasibətlərdə müxtəlif sahələri və istiqamətləri əhatə edən zəngin gündəliyin mövcud olduğunu vurğulayıb.

ABŞ Dövlət katibinin müavini avqust ayında keçirilən görüşlərdə Prezident Tramp və Baş nazir Paşinyanın müəyyən etdiyi vizyonu irəli aparmaq üçün İrəvana səfər etdiyini bildirib. E.Huker qeyd edib ki, onun səfəri ticarət, investisiya, infrastruktur, regional qarşılıqlı əlaqə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək üçün məqsədi daşıyır. Eyni zamanda, o, tarixi sammitdə qəbul edilmiş ikitərəfli razılaşmaların həyata keçirilməsi və “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinin irəlilədilməsi məqsədilə Dövlət katibinin köməkçisinin müavini Sonata Kalterin rəhbərlik etdiyi ikitərəfli işçi qrupunun fəaliyyətə başladığını da vurğulayıb. E.Huker Paşinyanla görüşündə işçi qrupun detallarını təqdim edib.

Dövlət katibinin müavini qeyd edib ki, ABŞ və Ermənistan arasında davam edən əməkdaşlıq, Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən nailiyyətlər bütövlükdə, Cənubi Qafqazı həyati əhəmiyyətli ticarət marşrutu kimi açmağı vəd edir. Onun fikrincə, bu, həm Amerika, həm də erməni xalqı üçün əhəmiyyətli faydalar yaradacaq ki, bu da Prezident Tramp və Baş nazir Paşinyanın səyləri sayəsində mümkün olub.

Görüş zamanı həmsöhbətlər Baş nazir Paşinyan və Prezident Tramp arasında əldə edilən razılaşmaların həyata keçirilməsi, işçi qrupunun fəaliyyəti, TRIPP layihəsi və nəzərdə tutulan proqramlarla bağlı məsələləri müzakirə ediblər.

Amerikalı diplomat günün sonuna yaxın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla bir araya gəlib. “Armenpress”in verdiyi məlumata görə, tərəflər Cənubi Qafqazda bərqərar olmuş sülh barədə fikir mübadiləsi aparıb və bunu tarixi nailiyyət kimi qiymətləndiriblər.

Təhlükəsizlik Şurasının katibi sülh prosesinin institusionallaşdırılmasının vacibliyini bildirib və regional kommunikasiyaların açılması üçün davam edən səyləri vurğulayıb. Bu kontekstdə tərəflər TRIPP kommunikasiya layihəsini və onun çərçivəsində atılan addımları müzakirə ediblər. Qriqoryan və Huker, həmçinin avqustun 8-də Ermənistanla ABŞ arasında imzalanmış üç anlaşma memorandumunun əhəmiyyətini vurğulayıb və gələcək əməkdaşlıq üçün mümkün sahələri müəyyən ediblər. Təhlükəsizlik Şurasının katibi ikitərəfli tərəfdaşlığın genişləndirilməsi çərçivəsində ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin və birbaşa hava əlaqələrinin yaradılmasının vacibliyini vurğulayıb.

Xanım Hukerin sonuncu görüşü Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, Milli Assambleyanın sədr müavini Ruben Rubinyanla keçirilib. Rubinyan bununla bağlı “Facebook” səhifəsində yerləşdirdiyi məlumatda bildirib: “Biz regional hadisələri və Ermənistan–Türkiyə sülh prosesini müzakirə etdik”.

Onu da bildirək ki, E.Hukerin Azərbaycana da səfəri nəzərdə tutulub. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər bu həftə baş tutacaq. Dövlət katibinin müavini Bakıya İrəvandan gələcək. Onun regiona noyabrın 15-də başlayan səfəri noyabrın 21-də başa çatacaq.

* * *

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavininin Ermənistana səfəri Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni fəslə keçidin daha bir təsdiqi oldu. Bu səfər, ilk növbədə, ABŞ Prezidentinin regional sülh və təhlükəsizliklə bağlı baxışlarının təqdimatı kimi qiymətləndirilsə də, əslində TRIPP layihəsinin daha geniş siyasi çərçivəyə daşınması prosesinin tərkib hissəsidir. Ermənistan tərəfi bunu iki ölkə arasında strateji əməkdaşlığın genişlənməsi kimi təqdim edir, lakin Vaşinqtonun məqsədləri daha çox regional arxitekturanın yenidən dizaynı ilə bağlıdır.

Hukerin İrəvanda keçirdiyi görüşlərin ardıcıllığı da ABŞ-ın əhatəli gündəm qurmaq niyyətini göstərir. Azərbaycanla sülh danışıqlarında vasitəçilik mesajları Paşinyanla görüşdə açıq şəkildə ifadə edildi. Baş nazir öz çıxışında ABŞ-ın prosesə verdiyi töhfəni xüsusi vurğulamaqla həm Vaşinqtondan siyasi təminat almağa, həm də daxili auditoriyaya ölkəsinin böyük dövlətlərlə əməkdaşlığını nümayiş etdirməyə çalışdı.

Görüşlərdə TRIPP layihəsinin davamlı şəkildə qabardılması diqqətdən qaçmır. Ermənistan tərəfi TRIPP-i iqtisadi və infrastruktur paket kimi təqdim etsə də, ABŞ-ın bunu geosiyasi alət olaraq istifadə etdiyi açıq şəkildə görünür. Dövlət katibinin müavini Hukerin çıxışlarında “Ermənistan–Azərbaycan arasında hərtərəfli sülh”, “regional kommunikasiyaların açılması” və “Türkiyə ilə normallaşma” kimi yanaşmalar Vaşinqtonun Cənubi Qafqazda nəqliyyat-siyasi ekosistemi tam şəkildə formalaşdırmaq niyyətindən xəbər verir. Bu konteksdə kommunikasiya xətlərinin açılması təkcə iqtisadi layihə kimi yox, həm də ABŞ-ın regional nüfuzunun artırılmasına xidmət edən strateji seçim kimi dəyərləndirilir.

Paşinyan administrasiyasının bu prosesdə Vaşinqtona xüsusi önəm verməsinin səbəbi həm də odur ki, Ermənistan uzun illərdir Rusiya ilə münasibətlərdə yaşadığı dərin siyasi çatların nəticəsində yeni təhlükəsizlik dayaqları axtarır. ABŞ isə bu boşluğu doldurmağa çalışır və TRIPP layihəsi bunun üçün açar rolunu oynayır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə “sülh prosesinin institusionallaşdırılması” tezisi də məhz bu məntiqə dayanır: Vaşinqton və İrəvan uzunmüddətli əməkdaşlığı hətta formal mexanizmlərə bağlamağa çalışırlar.

ABŞ diplomatiyasının Ermənistandakı təması həm də Türkiyə–Ermənistan normallaşmasına yeni impuls yaratmaq məqsədi güdür. E.Hukerin R.Rubinyanla görüşündə verilən qısa, amma məzmunlu mesajlar Vaşinqtonun Ankara–İrəvan xəttini TRIPP çərçivəsində mühüm elementə çevirmək niyyətinin göstəricisidir. Bu, həm regiondakı kommunikasiya xətlərinin açılmasına, həm də ABŞ-ın Orta Dəhliz strategiyasına uyğun gələn yeni reallıqlara işarə edir.

Səfərin Bakı mərhələsinin anons edilməsi onu göstərir ki, Vaşinqton regionu yalnız Ermənistan prizmasında deyil, ümumi sülh prosesi çərçivəsində qiymətləndirmək niyyətindədir. Hakim administrasiya Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaların həyata keçirilməsini öz diplomatik xəttinin uğuru kimi təqdim edir. Bu baxımdan Hukerin Bakıya İrəvandan gəlməsi simvolik olaraq Vaşinqtonun iki ölkəyə paralel deyil, ardıcıl təsir göstərmək taktikası seçdiyini göstərir.

Siyasi şərhçi Rizvan Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, E.Hukerin regiona səfəri ABŞ-ın Cənubi Qafqazda yeni siyasi mühit qurmaq cəhdinin davamıdır. Onun sözlərinə göprə, TRIPP layihəsi təkcə Amerika investisiya paketi deyil, həm də bölgədə təsir balansını Vaşinqtonun xeyrinə dəyişdirən kompleks geosiyasi mexanizmdir: “Ermənistanın bu prosesdə aktiv şəkildə yer alması onun siyasi kursunun Qərbə yönəldiyini yenidən təsdiqləyir. Lakin ABŞ-ın planlarının reallaşmasında əsas həlledici amil Azərbaycanla münasibətlər, xüsusən də kommunikasiyaların açılması olacaq. Regionda sülhün institusionallaşdırılması yalnız Bakının iştirakı ilə mümkündür və ABŞ bunu çox yaxşı anlayır. Buna görə də Hukerin Bakıya səfərinin gündəliyi real mexanizmlərin formalaşdırılması baxımından daha praktik və nəticəyönlü olacaq”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri