İrəvanda atışma olub
Icma.az, Ayna saytına istinadən bildirir.
Kafenin metal qapısında və içkilər üçün soyuducuda atəş izləri aşkar edilib
İyunun 1-də axşam İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “xuliqanlıq” kimi qiymətləndirilən növbəti atışma hadisəsi baş verib. AYNA.AZ “Shamshyan.com”a istinadən xəbər verir ki, saat 23:15 radələrində polisə zəng daxil olub ki, Vardanants küçəsində atəş səsləri eşidilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomat silahdan 6 dəfə atəş açıldığını müəyyənləşdiriblər. Küçədəki kafenin metal qapısında və içkilər üçün soyuducuda atəş izləri aşkar edilib.
İlkin məlumata görə, atışma nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Saytın məlumatına görə, polis bəzi halları aşkarlayıb, lakin ibtidai istintaqın maraqlarına görə, hazırda həmin məqamlar açıqlanmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 İyun 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















