Icma.az
close
up
RU
İrəvanda “daxili və xarici düşmən” kabusu dolaşır

İrəvanda “daxili və xarici düşmən” kabusu dolaşır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ölkənin sakinləri hətta öz diaspor təşkilatlarının üzvlərinə şübhə ilə yanaşırlar

Əhalisi cəmi 3 milyon civarında olsa da, Ermənistan xaricində yaşayan hayların sayı bundan dəfələrlə çoxdur. ABŞ, Rusiya, Fransa, Suriya, Livan, Kanada və digər ölkələrdə erməni diasporları mövcuddur. Onların çox az qismi repatriasiya, yəni Ermənistanda yaşamaq barədə düşünür. Bəs nə üçün bu qədər geniş bir diaspor “vətəninə” yalnız uzaqdan “sevgi” göstərməklə ­kifayətlənir? Səbəblər müxtəlifdir. 

Birincisi, bu, ölkədəki qeyri-sabitliklə bağlıdır. Bunun da əsas qaynaqlarından biri Ermənistanın on illər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətidir. Məhz bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğalda qalmış, bir milyon azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdı. Bundan əlavə, dünya ermənilərinin əhəmiyyətli hissəsi Ermənistan hakimiyyətinin avtoritar idarəçilik üslubuna etimad göstərmir. Onların tənqidləri də ikili standartlarla doludur. Çünki bu ölkədə demokratik institutlar, söz və fikir azadlığı kosmetik şəkildə mövcuddur. İstər Levon Ter-Petrosyan, istərsə də sonrakı prezidentlərin  dövründə müxalifətə təzyiqlər, azad mətbuatın boğulması, seçkilərin ədalətli keçirilməməsi beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə sənədləşdirilib. Elə indiki hakimiyyətin dövründə də ölkədə qeyri-sabitlik hökm sürür. Bu səbəblərdən ölkədən kənarda yaşayan ermənilər üçün Hayastanda məskunlaşmaq perspektivi təhlükəli görünür.

Ermənistan iqtisadiyyatı zəifdir, resurs çatışmazlığı hər sahədə hiss olunur. Buna baxmayaraq iqtisadi artımdan danışılır. Əslində, son illər Ermənistan iqtisadiyyatında yüksək artım “sabun köpüyü” effektinə malikdir. Əvvəlcə şişir, sonra isə partlayır. 2023–2024-cü illərdə yüksək artımın qeyd olunduğu müxtəlif sahələr indi tənəzzülə uğrayıb. Sənaye istehsalı sürətlə geriləyib, kənd təsərrüfatı əhalini ərzaqla təmin edə bilmir. Ölkəyə gələn turistlərin sayı azalıb. 2025-ci ilin mart ayına olan məlumata görə, sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalıb. Eyni zamanda, xarici ticarət dövriyyəsində kəskin azalma müşahidə olunub. Buna Rusiyadan idxal edilən qızılın ilkin emalı və sonradan üçüncü ölkələrə təkrar ixracının qismən dayandırılmasının səbəb olduğu bildirilib. Yəni Hayastanın iqtisadi artımının kökündə yerli istehsal və xidmət deyil, Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda bu ölkənin qızılının ixracı üçün əsas tranzit mərkəzinə çevrilməsi dayanır.

Hayastan milyardlarla dollarlıq Rusiya qızılını öz məhsulu kimi ixrac edib. Hazırda bu təkrar ixracın sanksiyalar səbəbindən qarşısı alınır ki, bu da Ermənistanın iqtisadi göstəricilərində özünü göstərir. Atalar demişkən, özgə atına minən tez düşər.

Bu gün ölkə iqtisadiyyatı vaxtaşırı resurs çatışmazlığı ilə qarşılaşır. İlk növbədə tikinti materiallarının qıtlığı və buna uyğun olaraq qiymət artımı aydın hiss olunur. Əsas səbəb ilk növbədə, İrəvanın illər boyu apardığı destruktiv və təcridçi siyasətdir. Region ölkələri ilə normal münasibətlər qurmaq əvəzinə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib, nəticədə özünü regional layihələrdən və iqtisadi inteqrasiyadan təcrid edib. Cənubi Qafqazın tranzit imkanlarından, enerji və nəqliyyat layihələrindən kənarda qalmaqla, iqtisadi inkişaf perspektivini illərlə məhdudlaşdırıb.

Enerji asılılığının Rusiya və İrandan təmin olunması isə onun enerji təhlükəsizliyi baxımından nə qədər zəif və balanssız durumda olduğunu göstərir. Kadr çatışmazlığı və təhsil problemləri də struktur islahatlarının aparılmaması ilə əlaqədardır. Ermənistan cəmiyyəti uzun illər münaqişə və milli populizm ideologiyası ilə idarə olunub. Bu da ölkədə insan kapitalının inkişafına əngəl törədib. Xarici təhsilə can atan gənclər isə ölkədə gələcək görmədikləri üçün daha yaxşı imkanları xaricdə axtarmağa məcbur qalırlar. Yerli relyef şəraitində böyük ev tikmək, ora su və qaz xətti çəkmək baha başa gəlir. Xaricdə yaşayan ermənilər buna görə rahatlıqlarını, normal şəraitini qoyub heç vaxt Hayastana köçməz.

Təbiətcə ermənilər əsəbi, emosional və qısqancdırlar. Lakin Rusiyada, ABŞ-da, Fransada yaşayan ermənilər yaşadıqları ölkənin mentalitetinə uyğunlaşıblar. Buna görə də onların çoxunu Hayastan ermənilərinin emosional davranış tərzi qorxudur və ya qıcıqlandırır. Biznes mühitində “sözlə razılaşmaq” kimi qeyri-rəsmi yanaşmanın dominant olması Ermənistanın qanunun aliliyini və institusional idarəetməni hələ də təmin edə bilmədiyini göstərir. Bu isə nəinki xarici sərmayə, öz diaspor nümayəndələri üçün cəlbedici etməkdən uzaqlaşdırır.

Daha bir səbəb yerli ermənilərin gəlmələrə münasibəti ilə bağlıdır. Buna inanmaq çətindir, lakin ermənilər repatriantlara isti yanaşmırlar. Əlbəttə, qan qohumluğu ilə bağlı ailələr bütün nəslin birləşməsini arzulayır. Lakin ölkədən köçmüş insanlara münasibət kifayət qədər soyuqdur. Müstəqillik illərində Ermənistanda çoxsaylı diasporanı ölkəyə qaytarmağa yönəlmiş bir dənə də olsun genişmiqyaslı islahat və ya proqram həyata keçirilməyib. Hər şey epizodik tədbirlərlə məhdudlaşıb. Erməni mentalitetində qəribə şəkildə belə bir inanc formalaşıb ki, Rusiya, ABŞ və Fransadakı ermənilər daha varlı və rahat yaşayırlar. Əslində, bu münasibət təkcə sosial psixologiya ilə izah oluna bilməz. Bu münasibət Ermənistanın uzun illər öz daxilində yaratdığı qapalı və özünütəcrid ideologiyasının birbaşa nəticəsidir. Əgər bir cəmiyyət uzun illər boyu yalnız “daxili düşmən” və “xarici düşmən” obrazları üzərində formalaşıbsa, təbii ki, ona xaricdəki soydaşları da şübhə ilə yanaşacaq. 

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, Ermənistan iqtisadi baxımdan hələ də inkişaf etməkdə olan bir ölkədir:  “İşsizlik, aşağı maaş, korrupsiya və məhdud imkanlar repatriasiya fikrində olan insanlar üçün ciddi maneələr yaradır. Xaricdə, xüsusilə də Qərb ölkələrində yüksək həyat standartlarına alışmış ermənilər üçün buraya köçmək həyat keyfiyyətində ciddi dəyişiklik deməkdir. Bundan əlavə, son illər bölgədə baş verən siyasi və hərbi münaqişələr repatriasiya planlarını çətinləşdirən amillərdəndir. Kimlik məsələsi də burada önəmli rol oynayır. Diaspordakı ermənilər öz milli kimliklərini qorumağa çalışsalar da, onların gündəlik həyat tərzi artıq yaşadıqları ölkələrə uyğunlaşıb. Onlar özlərini həm erməni, həm də amerikalı, fransız və ya rus kimi qəbul edirlər. Erməni dili, adət-ənənələri və mədəniyyəti diasporda müəyyən dairələrdə yaşadılır, lakin bu, daha çox simvolik və məişət səviyyəsində həyata keçirilir. Belə bir vəziyyətdə Vətən sevgisi praktiki addımlardan çox, emosional bağlılıq kimi təzahür edir. Bu, çoxşaxəli tarixi, sosial və psixoloji amillərin nəticəsidir”. 

P.ƏFƏNDİYEV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri