Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

İrəvanda məmur “genosidi”

İrəvanda məmur “genosidi”

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Zamanında imperialist güc mərkəzlərinin maraqları əsasında saxtakarlıqla qurulan Ermənistan “dövləti” indiyədək elə saxtakarlıqla, uydurma miflərə əsaslanmaqla idarə olunub. Buna görə də aradan onilliklər ötsə də, bu ölkədə dövlətçilik ənənələri formalaşmayıb. Bunu təsdiqləyən çoxsaylı faktlar sadalamaq mümkündür. Məsələn, hansısa bir sivil ölkədə dövlət məmurunun rəsmi tədbirdə ayağında pinti çəkələklə  kameralar qarşısında poz verdiyini təsəvvür etmək mümkündürmü?  Hansı ölkədə siyasi rəhbər içkili vəziyyətdə yol verdiyi sarsaq hərəkətləri cəmiyyət və dünya qarşısında reklam edər? Hansı lider velosipeddən yıxılması ilə qürrələnə bilər? Hansı ölkədə iqtidar təmsilçiləri auditoriya qarşısında bir söz deyər, ancaq verdiyi sözü həmən unudub reallıqda başqa cür davranar? Təbii ki, dünyada belə hallarla çox az rastlaşmaq mümkündür. Ermənistan hakimiyyəti üçün isə bu kimi vərdişlər gündəlik davranış tərzidir.

Hakimiyyətdə “sistemli” payız yarpaq tökümü

Siyasi hakimiyyətin qeyri-stabilliyi Ermənistan “dövləti”nin ən səciyyəvi cəhətlərindən biridir. Bu günlərdə hakimiyyətdə kütləvi payız tökümü baş verib.  Belə ki, Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyanın və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryanın istefası barədə məlumat yayılıb. Bazar günü axşam saatlarından etibarən Ermənistan mediasında yayılan məlumatlara görə, ölkənin daxili işlər naziri Vaqe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan və İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da istefa ərizəsi yazıb. İstefa ərizəsi yazanların sayının artacağı da istisna olunmur.

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə məmurların istefasına münasibət bildirib. O, paylaşımlarında istefaların sistemli səbəblərdən olduğunu yazıb. “Bir sıra yüksək vəzifəli məmurlardan istefa vermələrini xahiş etdim. Bu xahişin səbəbləri şəxsi deyil, sistemlidir”, - deyə baş nazir bildirib.

Hökumətdə strateji vəzifələr tutan məmurların kütləvi şəkildə istefa ərizələri yazmaları Ermənistanda birmənalı qarşılanmayıb. Kapitulyasiya ilə nəticələnən müharibənin şokundan ayılmayan cəmiyyət yenidən sarsıntı içindədir. Nə baş verir? Nikol Paşinyanın bu qədər istefanın səbəbini “sistemli” sözü ilə izah etməsi anlaşılmazdır. Baş nazirin üstüörtülü danışması insanlarda narahatlığı artırır. Onun açıqlaması əslində hakimiyyət daxilində hansısa qaranlıq, ictimaiyyətdən gizli saxlanılan məqamların olması anlamına gəlir. Təsadüfi deyildir ki, ayrı-ayrı analitiklər baş verənləri “hakim komandada bazar günü qətliamı” və yaxud “məmur genosidi” kimi dəyərləndirirlər. İstefaların səbəblərinə gəldikdə isə, Ermənistan reallıqlarına istinad etməklə müxtəlif versiyalar səsləndirilir ki, onların da hər birində həqiqət payı var.

Hazırkı komandanın perspektivinə inamsızlıq

Şübhəsiz ki, Ermənistanda məmurların “bazar günü qətliamı”nı şərtləndirən ən mühüm amillərdən biri hazırkı komandanın perspektivinə inamsızlıqla bağlıdır. İstefa ərizələri yazan məmurlar strateji vəzifə tutublar və onlar hakimiyyət mətbəxinə hamıdan yaxşı bələddirlər. Son vaxtlarda Ermənistanda indiki hakim komandanın və şəxsən N.Paşinyanın nüfuzunun kəskin şəkildə aşağı düşdüyü müşahidə edilir. Bunu aparılan reytinq sorğularının nəticələri də təsdiqləyir. Məsələn,  “Gallup” beynəlxalq araşdırma mərkəzinin Ermənistan ofisinin direktoru bildirib ki, Nikol Paşinyanın şəxsi reytinqi və onun partiyasının nüfuzu aşağı düşməkdə davam edir. Sözügedən qurumun sorğusunun nəticələrinə görə, respondentlərin 54,8 faizi Ermənistanın baş nazirinin işini mənfi qiymətləndirib. Eyni zamanda, respondentlərin yalnız 14,4 faiz hakim “Mülki Müqavilə”nin lehinə səs verə biləcəyini təsdiqləyib.

Müxalifətin, o cümlədən revanşistlərin daha az populyar olması da maraqlıdır. Belə ki, respondentlərin 3,7 faizi “Ermənistan” blokuna, 2,3 faizi “Şərəf duyuram” blokuna, 1 faizi “Vətən naminə” partiyasının liderinə, 1,5 faizi Baqrat Qalstanyanın hərəkatına səs verməyə hazırdır.

Eyni zamanda, indi keçirilsəydi, seçkilərdə iştirak etməyəcəklərini söyləyənlərin faizi həmişəkindən çox - 32,5 faizdir.

Respondentlərin daha 8,6 faizi səsini heç kimə verməyəcəyini bildirib, 7,1 faizi cavab verməkdən imtina edib, 22,5 faizi cavab verməkdə çətinlik çəkib.

Digər reytinq dəyərləndirmələrinin nəticələri də N.Paşinyan və onun komandası üçün təsəlliverici deyil. Təbii ki, hakim komanda təmsilçiləri izlənilən proseslərin fərqindədirlər. Baş nazirə kütləvi şəkildə istefa ərizələrinin ünvanlanmasından o qənaət hasil olur ki, fürsətcil məmurlar Ermənistanda N.Paşinyan erasının sonunun yaxınlaşdığı reallığını qəbul edirlər. Ehtimal olunur ki, onlar indidən vəzifələrini tərk etməklə gələcək komandada da təmsil olunmaq niyyətindədirlər. Ancaq Ermənistan məmurlarının bu planı tamamilə absurddur. Onlar indiki hakimiyyətdə strateji vəzifələr tutublar. Beləliklə də, istefa ərizələri həmin məmurları xilas edə bilməz. Ermənistan “dövləti” son illərdə bir sıra sahələrdə, o cümlədən də strateji seçimlərində ciddi səhvlərə yol verib. Bu səhvlərin məsuliyyət payı isə bütün məmurların boynundadır.

Bu arada Ermənistanda hazırkı hakim komanda təmsilçiləri arasında revanşistlərlə, o cümlədən də Köçəryanın, Sarkisyanın nəzarətində olan qruplaşmalarla, keşiş hərəkatı ilə separat əlaqələr quranların sayının getdikcə artdığı barədə məlumatlar dövriyyəyə buraxılır. N.Paşinyan bundan xəbərsiz ola bilməz. O, rəhbərlik etdiyi komanda daxilində parçalanmanın qarşısını almaq üçün “sistemli” təmizləmə variantına əl atıb.

Ermənistan hakimiyyətinin növbəti oyunu

İstefa xəbərləri fonunda Ermənistan cəmiyyətində N.Paşinyanın ölkədə avtoritar idarəçilik rejimi qurduğu barədə ittihamlar artıb. “Alternativ layihələr” qrupunun üzvü olan analitik Vaqe Ovannisyan sosial şəbəkə hesabında istefa ərizələrinin bazar günündə yazılmasına diqqət çəkərək vurğulayıb: “Bazar günü kütləvi istefaları izlədik. Məgər ölkədə iş günləri yoxdur, heç olmasa bazar ertəsini gözləmək mümkün deyildimi? Bütün bunlar ölkədə hakimiyyətin bir əldə cəmləşməsindən və idarəçiliyin anlaşılmaz motivasiyalarla həyata keçirildiyindən xəbər verir”

Analitik məmurların kütləvi istefaya göndərilməsini “dövləti” tamam məhv etməyin bir mərhələsi kimi dəyərləndirir. O, baş verənləri həm də müxalifətin zəif olması ilə əlaqələndirib. Onun qənaətinə görə hakimiyyət öz məsuliyyətini anlasa idi, bazar günü hadisələri baş verməzdi. Ancaq belə bir şəraitdə hamı susur və gözləyir. Analitik sual edir: Gələcəkdə hansı normal insan bu komanda ilə iş?əməyi, istefaya göndərilən məmurların yerini tutmağı  özünə rəva görər?

“Ayakve” müxalifət təşəbbüsünün təsisçilərindən olan Avetik Çalabyan isə hakimiyyətdə kütləvi “məmur yarpaq tökümü”nü N.Paşinyanın növbəti oyunu olduğunu bildirib. “Kollektiv istefalar ətrafında baş sındırmağına dəyməz. N.Paşinyan bu yeni oyunu ilə özünün aşağı düşən reytinqini xilas etmək və seçkiqabağı mərhələdə antimilli, antidövlət rejimin üzərindən qara ləkəni götürmək istəyir. N.Paşinyan məmurları əvəzləməklə və yaxud tərəfdarlarını qurban verməklə heç nəyi dəyişə və hansısa uğura imza ata bilməyəcək”, - deyə A.Çalabyan sosial şəbəkə hesabında yazıb.

N.Paşinyanın “komandasının üzünü ağartmaq üçün bəzi məmurları qurban verməklə növbəti oyun qurur” iddiası Ermənistanın bugünkü reallıqlarından qaynaqlanır. Hazırkı iqtidar cəmiyyətdə korrupsioner imici qazanıb. Məlumdur ki, son illərdə Qərb dairələrindən Ermənistana böyük həcmlərdə maliyyə vəsaitləri ayrılır. Həmin vəsaitlər Ermənistanın regionlarrını dirçəltmək, ayrı-ayrı ünvanlarda müasir infrastruktur qurmaq, ordunu bərpa etmək kimi məqsədlərə ayrılır. Qeyd olunan sahələrdə isə nəticə sıfırdır. İnfrastruktur obyektləri yarıtmaz halda tikilir və yaxud heç tikilmir. İş yerləri yoxdur. Paşinyan iş yerləri açmaq əvəzinə, regionların sakinlərinə yolların kənarında qarğıdalı bişirib satmaq kimi “biznes layihələri” təklif edir. Orduda arzuolunmaz vəziyyət hər kəsə bəllidir. İnsanlar sual edirlər: Bəs ayrılan pullar hara xərclənir? Əlbəttə ki, pulların hara getdiyi bəllidir. Qərbdən göndərilən vəsaitlər məhz komandada yer alan məmurlar tərəfindən mənimsənilir, korrupsiya yeminə çevrilir. Səsləndir?lən versiyalardan biri budur ki, Paşinyan komandasını “sistemli” şəkildə təmizləməklə cəmiyyətin “pullar hara gedir” sualına özünəməxsus şəkildə cavab axtarır.

Hökumət böhranı sülhyaratma prosesinə necə təsir göstərəcək?

Ermənistanda hökumət böhranının səbəblərindən biri kimi həm də sülhyaratma prosesi ilə bağlı hakim komanda daxilində ciddi fikir ayrılığının yaranması göstərilir. Məğlub ölkənin xilası Azərbaycanın şərtlərini qəbul etməkdən, ölkəmizə qarşı ərazi iddialarının yer aldığı konstitusiyanı dəyişməkdən keçir. Son vaxtlarda N.Paşinyan reallığa uyğun bəyanatlar səsləndirir. Baş nazir ölkəsinin konstitusiyasında istinad olunan müstəqillik bəyannaməsini ermənilərin faciəsi kimi dəyərləndirir. O, açıq şəkildə bildirib ki, ermənilər ölkə hüdudlarından kənarda Ermənistan axtarmaq xülyasından əl çəkməlidirlər. Belə məzmunlu bəyanatlar N.Paşinyanın Azərbaycanın tələbini yerinə yetirməyə hazır olduğu anlamında qəbul olunur. Gələcək karyeralarını revanşist kəsimin sıralarında görən bəzi məmurlar isə baş nazirin mövqe dəyişməsini milli ideologiyaya xəyanət kimi qiymətləndirirlər və bu barədə KİV-ə tezislər ötürürlər. N.Paşinyan da bunun fərqindədir. Buna görə də o, “erməni ideologiyasına sadiq” məmurlarla yollarını ayırmaq qərarına gəlib.

Bəs İrəvanda yaşanan hökumət böhranı Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə necə təsir göstərə bilər? İstefalar səbəbindən sülhyaratma prosesində hansısa bir dəyişiklik müşahidə ediləcəyi gözlənilmir. Ermənistan hakimiyyəti indiyədək bu prosesi müxtəlif manipulyasiyalara əl atmaqla ləngidib. Bütövlükdə, N.Paşinyanın komandasının bu məsələdə siyasi iradəsi yoxdur. Ölkənin rəsmiləri müxtəlif auditoriyalar qarşısında Ermənistanın sülh sazişini imzalamağa hazır olduğunu bildirsələr də, reallıqda prosesləri əngəlləyən davranışlar sərgiləyirlər. Bu xüsusda tezislər Ermənistan rəhbərliyinə bilavasitə Qərbdən, xüsusilə də Fransadan və Amerika Birləşmiş Ştatlarından gəlir. Brüsseldə, Parisdə, Vaşinqtonda hansı havalar çalınırsa, N.Paşinyanın iqtidarında təmsil olunan məmurlar da həmin havalara qol götürüb oynayırlar. Buna görə də komandada məmur yerdəyişməsi Ermənistanın sülh prosesində tutduğu mövqeyə hansısa bir təsir göstərməyəcək.

Ümumiyyətlə, sülhyaratma prosesində əsas söz sahibi qalib Azərbaycandır.  İndiyədək ölkəmiz öz gücünə arxalanmaqla Qərbdən gələn təzyiqləri qətiyyətlə dəf edərək yarımçıq sülhə “yox” deyib. Yekun sənədin də məhz Azərbaycanın iradəsi və ədalətli, beynəlxalq hüquqa əsaslanan şərtləri əsasında qəbul ediləcəyinə heç bir şübhə yoxdur.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see491

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see292

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see282

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see213

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see210

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see200

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see200

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see200

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see199

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see196

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see193

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see192

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see192

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri