Icma.az
close
up
RU
İrəvanda meydan qızışır

İrəvanda meydan qızışır

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, siyasi vəziyyətin gərginləşməsi müşahidə olunur. 

Ona görə də seçkilərin Nikol Paşinyan hakimiyyəti üçün asan keçməyəcəyi görünür. Artıq Ermənistanda siyasi proseslərə hər zaman müdaxilə edən terrorçu qruplar da fəallaşıb. 

Sentyabrın 23-ü gecə saatlarında İrəvan şosesinin Armavir rayonunun Merdzavan kəndi ərazisindən keçən hissəsində Şirabad (Parakar) icmasının meri Volodya Qriqoryan və Ararat şəhər  polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşı Karen Abramyan qətlə yetirilib. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan maskalı və əlcəkli şəxsin üç nəfərə yaxınlaşaraq atəş açdığını, nəticədə iki nəfərin öldüyü, bir nəfərin yaralandığını deyib.

Bu hadisədə diqqəti çəkən məqam VolodyaQriqoryanın özü  ilə bağlıdır. Qeyd edək ki, bu il martın 30-da Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Nikol Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası Şirabadda və Gümrüdə məğlub olmuşdu. 

Müxalif “Vəhdət” blokunun namizədi VolodyaQriqoryanın qələbəsini yerli sakinlər atəşfəşanlıqla qeyd etmişdilər. Hətta hakim partiyanın Şirabadda məğlubiyyəti VolodyaQriqoryanın tamamilə yeni siyasi fiqur kimi parlament seçkilərində Paşinyana alternativ olacağına dair rəylərin yaranmasına səbəb olmuşdu. Yəni Qriqoryan Paşinyanı məğlub edə biləcək yeni lider hesab edilirdi. 

Ona görə də VolodyaQriqoryanın qətlə yetirilməsi çox güman ki, siyasi təxribat məqsədi daşıyır və Ermənistanda qarşıdurma yaratmağa hesablanıb. Sözügedən qətlin törədilməsində Paşinyanın hakimiyyətdən getməsində maraqlı olan xarici qüvvələrin əlinin olması ehtimalı daha çoxdur. 

Bu baxımdan, diqqətlər əsasən Rusiyanın üzərinə yönəlir. Kreml Paşinyanı hakimiyyətdən salmaq üçün kilsəyə və rusiyalı milyarder SamvelKarapetyana açıq dəstək verir. Hətta seçkilər öncəsi Ermənistanda belə silahlı terror aktlarının sayının artacağı istisna edilmir. Görünür, Paşinyanın hakimiyyətinə son qoymaq istəyən xarici mərkəzlər Ermənistanda vətəndaş müharibəsi və siyasi xaos yaratmağı əsas taktiki vasitələrdən biri kimi nəzərdən keçirir. 

İyul ayında Rusiyadan dəstək alan kilsənin və revanşist müxalifətin Paşinyanı silahlı yolla devirmək cəhdinin qarşısı alınsa da, indi bu plan yenidən işə düşüb. VolodyaQriqoryandan sonra əhali arasında tərəfdarları olan başqa bir  müxalifət fəalına qarşı da sui-qəsdin həyata keçirilməsi mümkündür. Nəticə etibarı ilə bütün bunlar hakimiyyətə qarşı silahlı mübarizəyə şərait yaratmaq niyyəti güdür. 

Təbii ki, Nikol Paşinyan bunları bilir və mer vəzifəsi tutan müxalifət nümayəndəsinin öldürülməsi onun marağında deyil. Əksinə, Şirabad bölgəsində 60 faizə yaxın elektorata malik Qriqoryanın qətli Paşinyan üçün ciddi problemlər yarada bilər. Artıq daxili işlər naziri ArpineSarkisyanın istefa vermək istədiyi barədə məlumatlar var. 

Belə hadisələrin təkrarlanması Paşinyanın hakimiyyətinin siyasi dayaqlarının laxlamasına gətirib çıxara bilər. Bu arada, Moskvaya səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərdəki fikir ayrılıqlarına son qoyacağına ümid edir.

Paşinyana seçkilərdə Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün ortaq nöqtələr tapmaq və Kremlin Ermənistanda hakimiyyət dəyişikliyi planından əl çəkməsi lazımdır. Lakin Paşinyanın Rusiya səfəri öncəsi VolodyaQriqoryanınöldürülməsi onun siyasi vəziyyətini ağırlaşdırır. Nikol Paşinyan Vladimir Putinlə apardığı danışıqlarda Ermənistanı Rusiyanın siyasi vassalı kimi deyil, bərabərhüquqlu strateji müttəfiqi kimi təqdim etməyə çalışır. 

Hətta bir çox hallarda Ermənistan rəhbərliyi “müttəfiq” ifadəsini leksikondan çıxararaq, Rusiyaya “strateji tərəfdaş” deməklə kifayətlənir. Rusiya isə Ermənistanı Qərbyönlü kursdan özünün siyasi orbitinə qaytarmaqda israrlıdır. Ona görə də Moskvadakı danışıqlarda Putinin Paşinyan qarşısında konkret tələblər irəli sürəcəyi gözlənilir. 

Rusiya-Ermənistan münasibətlərinin seçkilər öncəsi hansı istiqamətdə inkişaf etməsi Paşinyanın bu şərtləri qəbul edib-etməməsindən asılı olacaq.  Rusiyanı narazı salan əsas məsələlərdən biri Zəngəzurdan “Tramp marşrutu”nunaçılmasına dair razılaşmanın imzalanması və ABŞ-nin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasıdır. Rusiyanın hər iki prosesdən kənarda saxlanılması Moskvanın Cənubi Qafqazdakı geosiyasi təsirini azalda bilər. 

Bu baxımdan, Rusiya Azərbaycanla sülh müqaviləsindən və kommunikasiyaların açılmasından imtina edəcək müxalifətin hakimiyyətə gəlməsində maraqlıdır. Paşinyanın isə Putinin şərtlərinə əməl edəcəyi inandırıcı görünmür. Bu səbəbdən Rusiya Ermənistan hakimiyyətinə qarşı bütün siyasi təsir vasitələrini işə salıb. 

Sabiq prezident Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası parlamentdə Nikol Paşinyana qarşı etimadsızlıq səsverməsinin keçirilməsi məsələsini qaldırıb. “Şərəfim var” fraksiyasının təklifi əsasında parlamentə təqdim olunan impiçment layihəsində  Uluxanlı (Masis) icmasının meri DavidAmbarsumyanın Baş nazirliyə namizədliyi irəli sürülüb. Ambarsumyan   Nikol Paşinyanın Ermənistanın lideri postundan uzaqlaşdırılmalı olduğunu deyib. 

Lakin impiçment təşəbbüsünün həyata keçəcəyi real görünmür. Çünki “Şərəfim var” fraksiyası DavidAmbarsumyanın namizədliyini iyun ayında da irəli sürmüşdü. Amma eks-prezident Robert Köçəryana bağlı “Ermənistan” fraksiyası ona dəstək vermədi. 

“Şərəfim var” fraksiyasının isə cəmi 6 deputat yeri var. Ona görə də bu təklifin də reallaşması mümkün deyil. Sadəcə olaraq, Rusiya bütün vasitələrdən istifadə edərək Paşinyana təzyiq göstərməyə, hətta onu Ermənistanda siyasi xaos yaradacağı ilə təhdid etməyə  çalışır. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: İrəvan Karen Abramyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see299

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see236

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see229

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see227

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see225

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see224

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see222

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see200

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see198

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see181

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see167

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see165

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see164

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see162

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see162

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see161

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see160

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see159

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see157

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri