Icma.az
close
up
RU
İrəvanda müxalifətin konsolidasiyası

İrəvanda müxalifətin konsolidasiyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Guya, proses gedir, əslində, durum bir atalar sözümüzdə deyildiyi kimidir

Müxalifətin konsolidasiyası, vahid əks düşərgənin formalaşdırılması. 7 iyun parlament seçkilərindən sonra Ermənistanda bu mövzu ciddi müzakirə olunmaqdadır. Əlbəttə, müzakirəni aparan elə əks cinahın özüdür. Görəsən, məsələ niyə seçkiyədək gündəmə gəlmirdi? Yazımızda həm bu suala cavab verəcək, həm də mövzuya dair bəzi məqamlara aydınlıq gətirəcəyik.

Bəli, müxalifətin konsolidasiyası məsələsi 7 iyun parlament seçkilərinədək gündəmdə deyildi. Səbəb bəllidir. Ölkənin ikinci prezidenti Robert Koçaryan özünü siyasətçi kimi yüksək tutur və hesab edirdi ki, kimlərləsə eyni cəbhədə dayanmaq reputasiyasına ziyandır.

İkincisi, R.Koçaryan Rusiyanın aparıcı dairələrinin iş adamı, “Güclü Ermənistan” blokunun rəhbəri Samvel Karapetyanın üzərinə siyasi sərmayə yatırdığını gördü və Kremlin himayəsindən kənar qalmasından qeyzləndi. Niyə də kənar qalmasın? Axı Şimalda yaxşı bilirlər ki, erməni cəmiyyətinin R.Koçaryandan, yumşaq desək, zəhləsi gedir. Ona görə parlament seçkiləri zamanı oyun sırf S.Karapetyana fokuslanaraq oynanıldı.

Digər tərəfdən, sadə məntiq var. Bir halda ki, ruspərəst Karapetyan seçicilərə pul paylayaraq onların səslərini almağı düşünürdü, uğur qazanmağın başqa formulu yox idi, o zaman üzdə olan fiqur da məhz Samvel olmalı idi. Koçaryan da elə bu qənaətə gəlmiş və müxalifətin konsolidasiyasından zamanında söz açmamışdı. Belədə ortaya başqa sual çıxır: Robert nə üçün məsələ barədə seçkidən sonra danışdı? İlk baxışdan elə təəssürat yaranır ki, Koçaryan prosesdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” Partiyasının qalib gəlməsi ilə qəbullanıb, müxalif cəbhənin birlik olmadan qələbə qazanmasının mümkünsüzlüyünü dərk edib. Xeyr, tam da belə deyil. Koçaryan müxalifətin birliyi ideyası ilə sırf əsəbləşdiyi üçün razılaşıb. Yəni o, fikirləri ilə təxminən belə deyib: Üzərinə siyasi sərmayə yatırdığınız Karapetyan heç nəyə yaramadı, mənə fokuslansaydınız, vəziyyət başqa cür olardı.

Əlbəttə, Koçaryan Rusiyanın yenidən ona nəzərən oyun qurmayacağını anladığı üçün də müxalifətin konsolidasiyası ideyasını möhkəmləndirir, subliminal şəkildə Paşinyan iqtidarının yenilməzliyi ritorikasını gücləndirir. Yəni mən yoxamsa, kimsə olmasın, lap Paşinyan başda dayansın. Məsələ isə həm də ondadır ki, 7 iyun seçkiləri, həqiqətən, hay hakim komandasının güclü olduğunu göstərdi. Nə qədər dildə etiraz etsələr də, erməni müxalifətinin təmsilçiləri bütövlükdə reallığın fərqindədirlər. Bu səbəbdən, daha doğrusu, başqa variant tapılmadığından, mövcud kəsimdən hamı konsolidasiya məsələsini dəstəklədiyini deyir. Elə S.Karapetyan da. Hətta o, görüntü yaradaraq vurğulayır ki, vahid müxalifət cəbhəsinin formalaşdırılması prosesi artıq müəyyən reaksiyalar doğurub: “Lakin hələ ilkin mərhələdədir”.

Görəsən, başqa mərhələ nə vaxt başlayır və ya başlaması üçün nə lazımdır? Suala cavab yoxdur, çünki bu barədə dərin düşünülmür, düşünülməsi mümkünsüzdür. Ayrı-ayrı siyasilər isə konsolidasiyanın vacibliyinə dair ümumi fikirlərlə kifayətlənirlər. S.Karapetyan da həmçinin. Hərçənd, o, birləşmə çağırışına yalnız Koçaryanınmı reaksiya verməsi barədə suala münasibət bildirərkən, özünü fərqli tərzdə aparıb. Sanki sözügedən çağırışa Robertdən başqa da qoşulmaq istəyənlər varmış. Əslində, Ermənistanda müxalifətin konsolidasiyanı real dəstəkləyən siyasi qüvvə istisnadır. Parlament seçkilərində iştirak edənləri gördük. Onların Paşinyan iqtidarına qarşı birlikdə, yaxud ayrılıqda köklənmələrinin heç bir fərqi yoxdur. Onsuz da loru dildə desək, içləri boşdur, xalq tərəfindən heç bir dəstəyə malik deyillər. Bunu Karapetyan da anlayır, Koçaryan da. Fikrimizi qüvvətləndirmək üçün bir anlıq təsəvvür edək ki, parlament seçkilərində çox cüzi səs toplayan hansısa partiya prosesə Samvelin, yaxud Robertin bloku ilə birləşmiş vəziyyətdə gedib. Bu iki şəxsin düşərgəsindəkilər razı olardılarmı ki, qoşulanlar mandata şərik çıxsınlar? Əlbəttə, bu, heç bir halda, mümkün deyildi, əksinə ziddiyyətlər yaradardı. Qoşulanların isə nə isə tələb etmələri qaçılmazdır.

Bəli, bütün bu səbəblərdən Ermənistanda siyasi konsolidasiya mümkünsüzdür. Yəqin elə buna görədir ki, Karapetyan mövzunun ciddilik fazasına mənasız siyasi manipulyasiya motivi qatmaqla məşğuldur. Məsələn, o deyib ki, hazırda müxalifətin birləşməsi haqqında Paşinyan da söz açır. “Bu barədə, hətta hazırkı baş nazir Nikol Paşinyan da, o cümlədən parlament tribunasından çıxış edərək fikirlər səsləndirib”, – deyən Karapetyan əlavə edib ki, yaxın vaxtlarda Nikolun özü də müxalifətçi olacaq.

Göründüyü kimi, Samvel atmacaya güc verir. Elə Paşinyanın fikri də atmacalı olmuşdu. O, müxalif düşərgənin zəifliyini və rəhbərlik etdiyi partiya ilə mübarizə aparmasının mümkünsüzlüyünü izah edərkən, müxalifətin birləşməsinin vacibliyindən söz açmışdı. Təxminən belə: Hətta birlikdə üstümə gəlsəniz də, heç nəyə nail ola bilməyəcəksiniz.

Sonda onu da deyək ki, S.Karapetyan Ermənistanda müxalifətin birləşməsi təklifinə Koçaryanın cinahından başqa hansı siyasi qüvvənin reaksiya verməsinə dair sualı da cavablandıra bilməyib, guya, belə qüvvələrin çoxluğunu bildirib. Yəni Samvel, əslində, özünün siyasi konspriologiya bacarığını işə salaraq sualdan yayınıb və yalnız bunu deyib ki, “müxalifət liderlərinin ilk toplantısı hələ keçirilmədiyi üçün iştirakçıların tam siyahısı barədə danışmaq tezdir. İlk toplantı keçiriləndə bunu görəcəksiniz. Hələlik belə bir liderlər toplantısı olmayıb”. Bir atalar misalımızda deyildiyi kimi, arım var ha, arım var, amma eşşək arısı.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2026 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see189

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri