Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İrəvanda sülh əleyhdarlarının davakar çağırışları ara vermir

İrəvanda sülh əleyhdarlarının davakar çağırışları ara vermir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Hayakve”nin ideoloji hədəfi nədir?

Ermənistanda radikal revanşist qüvvələr son aylar yenidən fəallaşaraq siyasi səhnədə öz mövqelərini bərpa etməyə çalışırlar. Bu düşərgənin uzun illər qurub-yaratdığı ordunun İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətindən sonra bir müddət susqun qalan revanşist dairələr hazırda hökumətə qarşı açıq hücuma keçiblər. Ermənistanda revanşist düşüncənin kökləri o qədər dərindədir ki, hər dəfə ölkədə sabitlik yaranan kimi bu qüvvələr yenidən baş qaldırırlar. Sülh gündəliyini qəbul etmək istəməyən radikallar cəmiyyətdə qorxu və çaşqınlıq mühiti formalaşdırmaq üçün bütün vasitələrə əl atırlar. Nikol Paşinyan hökumətinin sülh təşəbbüslərinə qarşı ən sərt müqavimət məhz məğlubiyyət sindromundan xilas ola bilməyən revanşist düşərgədən gəlir.

Hayastanda revanşist qüvvələrin fəallaşması təkcə daxili siyasi mübarizə deyil, həm də regionda sabitliyə yönəlmiş proseslərə təhdiddir. Öz siyasi varlığını müharibə ritorikası üzərində quran revanşist dairələr bu gün ölkələrinin gələcəyini təhlükə altına atmaqda davam edirlər. Çünki revanşist ideologiyanın yenidən gündəmə gəlməsi Ermənistanın müasir dövlətçilik yoluna ən ciddi zərbələrdən biri sayılır. Digər tərəfdən revanşistlərin fəallaşması bir daha göstərir ki, cəmiyyətin müəyyən hissəsi hələ də keçmişin illüziyasından qopa bilmir.

Ölkədə son 2 il yarım ərzində diqqətçəkən ictimai-siyasi təşəbbüslərdən biri də “Hayakve” adlı hərəkatdır. Formal olaraq bu qurum özünü əvvəllər “mülki-qanunvericilik təşəbbüsü” kimi təqdim edirdi. İndi isə “milli-vətəndaş birliyi” kimi sırımağa üstünlük verir. Qurumun fəaliyyət istiqamətləri və ideoloji xətti radikal revanşist dairələrin mövqeləri ilə tam üst-üstə düşür. “Hayakve” təşəbbüsü xüsusilə gənclər arasında antisülh ritorikasını yaymağa çalışır, cəmiyyətdə revizionist (tarixi və ya siyasi reallıqları yenidən yozmağa çalışmaq – S.H.) düşüncələri təmsil edir. “Hayakve” neologizmi hərfi mənada “ermənilərin seçki səsi” deməkdir. Bu, 2023-cü ilin yazında meydana çıxan və mahiyyət etibarilə “Artsaxın öz müqəddəratını təyinetmə hüququ”nun rədd edilməsini, habelə, qondarma “erməni soyqırımı”nın əhəmiyyətinin azaldılmasının kriminallaşdırılmasını nəzərdə tutan qanun layihəsi idi. Sonra isə müxtəlif maraqlı dairələr təşəbbüsü “ölməyə” qoymadılar və o, tədricən hərəkata çevrildi.

Bu gün də təşəbbüsün əsas ideoloji xəttini “tarixi ədalətin bərpası”, “milli ləyaqətin qorunması” kimi pafoslu şüarlar təşkil edir. Amma bu şüarların arxasında konkret məqsəd – Ermənistanı yenidən keçmişdəki təcavüzkar, işğalçı siyasətə qaytarmaq dayanır. “Hayakve”nin təşkil etdiyi aksiyalar, sosial şəbəkələrdəki çağırışlar və bəyanatlarda açıq şəkildə Azərbaycan və Türkiyəyə qarşı nifrət ritorikası hiss olunur. Bu isə bir daha göstərir ki, təşəbbüs, əslində, sülhə və sabitliyə deyil, qarşıdurmaya və revanşist psixologiyanın dərinləşməsinə xidmət edir.

Maraqlıdır ki, “Hayakve”nin maliyyə və təşkilati dayaqları barədə də müxtəlif məlumatlar mövcuddur. Ermənistan mediası qurumun bir sıra diaspor dairələri, xüsusilə Fransa və ABŞ-da fəaliyyət göstərən erməni lobbi strukturları ilə əlaqədə olduğunu bildirir. Bu fakt təşəbbüsün deyil, daha geniş geosiyasi planın tərkib hissəsi olduğunu ehtimal etməyə əsas verir. Ən təhlükəlisi isə odur ki, “Hayakve” hərəkatı gənc nəslin şüurunda revanşist dünyagörüşü formalaşdırmağa cəhd edir.

* * *

Hərəkatın bugünlərdə yaydığı bəyanatda deyilir: “Bu ilin iyulunda – Vaşinqton razılaşmasından əvvəl keçirilən sorğunun nəticələri olduqca maraqlıdır: respondentlərin 74 faizi Azərbaycanla sülhün mümkünlüyünə inanmır. “Tezliklə keçiriləcək yeni sorğular bu razılaşmanın ictimai əhval-ruhiyyəyə necə təsir etdiyini göstərəcək. Hərçənd, çətin ki, köklü dəyişikliklə nəticələnsin. Əvvəlki sorğularla müqayisədə bu faiz xeyli artıb. Bu da ondan irəli gəlir ki, Azərbaycan tərəfi mütəmadi olaraq hərbi ritorikasını artırmaqla (?) sülhdə maraqlı olmadığını nümayiş etdirir. Avqustun 8-dən də eyni hal davam edir. Bakı Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini, ordunun azaldılmasını, dəhliz verilməsini, azərbaycanlıların Ermənistan Respublikası ərazisində məskunlaşdırılmasını tələb etməkdə davam edir”, – bəyanatda qeyd edilir.

Qeyd edilib ki, guya, Azərbaycan tərəfi yerinə yetirilməsi qətiyyən mümkün olmayan şərtlər qoyur: “Bu, onu göstərir ki, qarşı tərəf sülhdə maraqlı deyil. Aydındır ki, Paşinyan bu müddət ərzində konstitusiyaya dəyişikliklərlə bağlı bütün söhbətləri gizlətməyə çalışıb. İndi məlum olur ki, bu, Azərbaycan tərəfindən növbəti təzyiqdir. Onlar bunu açıq şəkildə bildirir, sülh müqaviləsinin imzalanmasının şərti kimi təqdim edirlər. Aydındır ki, Ermənistanda Konstitusiyaya dəyişiklik edilsə belə, Bakı yeni şərtlər irəli sürərək bu müqaviləni imzalamayacaq. İndiki mərhələdə isə şərt yeni Konstitusiyanın qəbul edilməsidir”.

* * *

“Hayakve” adlanan hərəkatın son bəyanatı bir daha göstərir ki, bu qurum cəmiyyətin sağlam düşüncəsini təmsil etmir, əksinə, revanşist ideologiyanın daşıyıcısına çevrilib. Özünü guya, milli maraqları müdafiə edən və “ictimai rəyin səsini” ifadə edən struktur kimi təqdim edən “Hayakve”, əslində, sülh prosesini sabotaj etmək üçün yaradılmış təzyiq mexanizmidir. Bəyanatda göstərilən arqumentlər və təqdim olunan “sorğu nəticələri” də bunu sübut edir. Hərəkat iddia edir ki, respondentlərin 74 faizi Azərbaycanla sülhü mümkün saymır. Halbuki bu rəqəmlər nə real ictimai tendensiyanı əks etdirir, nə də elmi əsaslara söykənir. Ermənistanda istənilən sosial tədqiqatın siyasi sifarişlə aparıldığı faktını nəzərə alsaq, belə “sorğular”ın məqsədinin ictimai rəy yaratmaq yox, ictimai şüuru yönləndirmək olduğu aydın görünür.

“Hayakve”nin ritorikasında diqqətçəkən əsas məqam ondan ibarətdir ki, bütün məsuliyyət birtərəfli qaydada Azərbaycanın üzərinə atılır. Guya, Bakı “sülhdə maraqlı deyil”, “Konstitusiyanın dəyişdirilməsini və ordunun ixtisarını tələb edir”. Əslində, bu kimi iddialar Ermənistan cəmiyyətində sülhə qarşı qorxu və etimadsızlıq mühiti yaratmaq üçün düşünülmüş ideoloji manipulyasiyadır. Azərbaycanın mövqeyi açıq və birmənalıdır: sülh müqaviləsi beynəlxalq hüquq prinsipləri və dövlətlərin suverenliyinə hörmət əsasında imzalanmalıdır. Amma “Hayakve” kimi təşəbbüslər bu sadə həqiqəti bilərəkdən təhrif edirlər.

Təşəbbüsün bəyanatında diqqətçəkən digər məqam Paşinyan hökumətinə yönəlmiş ittihamlardır. “Hayakve” guya, hökumətin “Konstitusiya ilə bağlı söhbətləri gizlətdiyini” bildirir və bunu “Azərbaycanın təzyiqi” kimi təqdim edir. Halbuki burada məqsəd hökuməti zəiflətmək, Paşinyanı “xain” kimi göstərmək və cəmiyyəti onun əleyhinə yönləndirməkdir. Yəni bu, sıradan bir vətəndaş təşəbbüsü deyil, konkret siyasi sifarişin icrasıdır.

“Hayakve”nin fəaliyyəti göstərir ki, Ermənistanda məğlubiyyət sindromu hələ də siyasi silaha çevrilir. Bu cür təşəbbüslər xalqı reallıqdan uzaqlaşdırır, cəmiyyətə saxta qəhrəmanlıq, “ədalət uğrunda mübarizə” görüntüsü sırımaqla regionda sülh gündəliyini baltalayır. Onların düşüncəsində gələcək yox, yalnız keçmiş var. O keçmiş ki, məğlubiyyətin, nifrətin və revanşın kölgəsində qalıb.

Reallıq isə başqadır. Ermənistanın gələcəyi silah və nifrət üzərində deyil, sülh və əməkdaşlıq üzərində qurulmalıdır. “Hayakve” kimi qruplar bu yoldakı ən böyük maneələrdən biridir. Onların fəaliyyəti nə ictimai rəyə, nə də milli maraqlara xidmət edir. Bu cür təşəbbüslərin səsi nə qədər gur çıxsa da, reallıq qarşısında o səsin mənası yoxdur. Çünki reallıq regionda yeni dövrün başlandığını göstərir.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirdi ki, “Hayakve” adlanan təşəbbüs özünü milli maraqların müdafiəçisi kimi təqdim etsə də, əslində, bu qurum köhnə düşüncənin müasir libasda təqdim olunmuş formasıdır: “Onun son bəyanatı bir daha sübut etdi ki, “Hayakve” sülh prosesini dəstəkləmək deyil, ictimai şüuru manipulyasiya etmək məqsədi güdür. Hərəkatın təqdim etdiyi sorğu nəticələri, guya, Azərbaycanla sülhə inamın azaldığını göstərir. Amma burada məqsəd reallığı göstərmək yox, onu formalaşdırmaqdır. Yəni qorxu, etimadsızlıq və düşmən obrazını diri saxlamaq”.

Politoloq hesab edir ki, bu təşəbbüs cəmiyyətdə süni narazılıq yaratmaqla siyasi təzyiq alətinə çevrilir: “Əslində, “Hayakve”nin ritorikası Ermənistanın gələcəyi üçün təhlükəlidir. O, xalqı keçmişin mifləri ilə yaşamağa, cəmiyyətdə məğlubiyyət hissini ideoloji dayağa çevirməyə çalışır. Ancaq regionun reallıqları dəyişib. Bu gün əsgərlər artıq səngərdə yox, kazarmadadır. Regional inteqrasiyadan bəhrələnmək üçün isə sağlam düşüncə lazımdır. “Hayakve”də cəmləşənlər bunu nə qədər tez dərk etsələr, ölkələri üçün bir o qədər yaxşı olacaq”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:324
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri