İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparılır
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın hüquq-mühafizə orqanları İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparır.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata əsasən, DİN-in əməkdaşları İstintaq Komitəsi ilə birgə fevralın 18-də İrəvanda baş vermiş qətl, qətlə cəhd, xuliqanlıq və qanunsuz silah dövriyyəsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə ilkin istintaq çərçivəsində tədbirlər həyata keçirirlər.
İstintaq Komitəsindən bildirilib ki, bu tədbirlər cinayətlərin bütün hallarının müəyyən edilməsinə və günahkarların məsuliyyətə cəlb olunmasına yönəlib.
Qeyd edək ki, fevralın 18-də İrəvanda atışma baş verib, nəticədə bir nəfər həlak olub, doqquz nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi başlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Fevral 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















