İrəvanda vergilərin artırılmasına qarşı etiraz aksiyası keçirilir
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrəvanda təsərrüfat subyektləri yenidən Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Onlar baş nazir Nikol Paşinyanla şəxsi görüş tələb edirlər.
Etirazçılar təxminən 10 gün əvvəl də aksiya keçiriblər. Bununla yanaşı, onlar hökumət dəftərxanasına 2 350 vətəndaş tərəfindən imzalanmış bəyanat təqdim ediblər. Narazılığın əsas səbəbi vergi qanunvericiliyindəki dəyişikliklərdir.
Aksiya iştirakçıları bildiriblər ki, hökumətə dəfələrlə müraciət ediblər, lakin Paşinyan vətəndaşlara verdiyi vədləri yerinə yetirmir.
Onlar dövriyyə vergisinin 50 % artırılması (5 %-dən 10 %-ə), məcburi inventarizasiya kimi bir sıra problemləri qeyd ediblər.
Etirazçılar əmindirlər ki, dövriyyə vergisi haqqında qanunvericiliyə edilən bu cür dəyişikliklər kiçik və orta biznesin məhv edilməsinə yönəlib.
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















