İrəvandan dörd kəndin qaytarılması ilə bağlı açıqlama: Geri çəkiləcəyik
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi Ermənistan ərazisinin kiçildilməsini nəzərdə tutmur. Tərəflər razılaşdırılmış xətdən kənarda yerləşdikləri hissələrdən geri çəkilməlidirlər”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Kərki və digər kəndlərin Azərbaycana təhvil verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Əgər siz “delimitasiya” sözündən istifadə edirsinizsə, zəhmət olmasa, bu sözün mənasını açın. Bizim irəlilədiyimiz bütün yerlərdə geri çəkiləcəyik, onlar irəlilədikləri yerlərdən isə geri çəkilməlidirlər”, - Qriqoryan bildirib.
Onun sözlərinə görə, sərhəd məsələsi Ermənistan və Azərbaycan arasında razılaşdırılmış qaydalar əsasında tənzimlənir və bu qaydalar hər iki tərəf üçün məcburi qüvvəyə malikdir.
Simonyan həmçinin delimitasiya nəticəsində Ermənistan ərazisinin kiçildilməsi barədə danışmağın düzgün olmadığını vurğulayıb: “Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir”.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Azərbaycan ərazisi olduğunu bəyan edib. O, bu məsələnin delimitasiya prosesi çərçivəsində həll olunacağını da açıqlayıb. Bununla belə, Nikol Paşinyanın adını çəkmədiyi Sofulu kəndi də Ermənistan ərazisində Azərbaycana məxsus anklavlardan biridir./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















