Icma.az
close
up
RU
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir Azərbaycan da var

İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir Azərbaycan da var

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan son çıxışında ölkəsinin Xəzər dənizinə çıxmaq istədiyini bəyan edib.

Sitat: “Bölgədə, eləcə də dünyada vəziyyət çox sürətlə dəyişir. Mövcud xarici siyasətin şaxələndirilməsi siyasəti ilə yanaşı, xaricdəki səfirlərimizin də prioritetlərinə yenidən nəzər salmaq lazımdır. Bu baxımdan Körfəz regionu, Aralıq, Qara və Xəzər dənizləri, eləcə də Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin təmin olunması və dərinləşdirilməsi Ermənistanın prioritetləri sırasındadır”.

Lakin Xəzər dənizi yalnız beş sahilyanı dövlətin – Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın hüquqi səlahiyyətindədir. Bu baxımdan İrəvanın bu istəyi region ölkələrinin reaksiyasını qaçılmaz edir.

Ermənistanın Xəzərə çıxmaq istəyinin reallığı nə dərəcədə mümkündür? Bu, sadəcə siyasi bəyanatdır, yoxsa real nəqliyyat layihələri ilə dəstəklənə bilər?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın regional əməkdaşlıqla bağlı son çıxışı və Xəzər dənizi də daxil olmaqla, müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsinə dair çağırışı İrəvanın regional kommunikasiya layihələrinə qoşulmaq istəklərini bir daha gündəmə gətirir:

Həmçinin oxuyun:

İrandan gözlənilməz Zəngəzur cavabı – 9 illik PLAN üzə çıxdı

“Xüsusilə Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə əlaqələrin qurulması ideyası Ermənistan üçün iqtisadi izolyasiyadan çıxmaq cəhdidir. Lakin bu istəklərin reallığı həm siyasi, həm də hüquqi baxımdan sual doğurur. Xəzər dənizi hüquqi baxımdan yalnız beş ölkənin yurisdiksiyasındadır. Ermənistanın sahilyanı dövlət statusu yoxdur və bu səbəbdən Xəzər dənizi vasitəsilə birbaşa çıxışı və ya burada istənilən iqtisadi və ya nəqliyyat fəaliyyətində iştirakı yalnız həmin ölkələrin razılığı ilə mümkündür. Bu isə geosiyasi münasibətlər fonunda, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri kontekstində real görünmür”.

Qabil Hüseynli

Politoloq bildirib ki, Ermənistanın bu bəyanatı siyasi ritorika kimi qiymətləndirilə bilər:

“Hazırda Cənubi Qafqazda formalaşan yeni nəqliyyat reallıqları – Zəngəzur dəhlizi, Orta Dəhliz və TRİPP marşrutu fonunda Ermənistanın istisna edilmək qorxusu rəsmi İrəvanı müxtəlif istiqamətlərə yönəlməyə vadar edir. Lakin bu, konkret layihə və razılaşmalarla dəstəklənmədiyi halda, onların praktik nəticə verməsi çətin görünür”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri