İrəvandan SON DƏQİQƏ AÇIQLAMASI: Sülh müqaviləsi BU TARİXDƏ imzalanacaq
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, o, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində açıqlayıb.
"Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaqlar", - Rubinyan deyib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra üç ölkə lideri yeddi bəndlik bəyannamə imzalayıb. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















