Icma.az
close
up
RU
İrəvanın “yarpaqdolması” xəyalları

İrəvanın “yarpaqdolması” xəyalları

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Söhbət Ermənistanın Türkiyə ilə sərhədin açılmasına olan ümidlərindən gedir

Rəsmi İrəvan üçün bu məsələ 2022-ci ilin yayından aktuallaşmağa başlayıb. Məhz o vaxtdan etibarən Ermənistan Türkiyə ilə sərhədlərinin açılması istiqamətində Ankara ilə çeşidli təmaslara baş vurmaqdadır. Son üç ildə iki ölkə arasında münasibətlərin normallaşma prosesi üzrə Ermənistan baş nazirinin və Türkiyə Prezidentinin xüsusi nümayəndələri – Ruben Rubinyan və Serdar Kılıç arasında görüşlər keçirilib, müəyyən açıqlamalar verilib. Keçən ilin iyulunda xüsusi nümayəndələr Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişafa uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Bu barədə hər iki tərəf rəsmi açıqlama vermişdi. Üstəlik, xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə dair razılığa gəldiklərini təsdiqləmişdilər.

* * *

Ermənistanla Türkiyə arasında dövlət sərhədinin bağlı olması səbəbindən Marqara nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərmir. 2022-ci ilin yayında Ermənistan hökumətinin qərarına əsasən, həmin məntəqə təmir edilib və köklü şəkildə yenilənib. Amma üç il əvvəl orada Ermənistanın özünün deyil, Rusiya Federasiyası sərhəd qoşunlarının bölmələri daimi xidmətə başlamışdılar. Artıq bölgədə və ikitərəfli münasibətlərdə çox şeyin dəyişdiyi kimi, bu məsələdə də yeniliklər müşahidə olunmaqdadır. Türkiyə ilə sərhədlə bağlı son yenilik barədə Ermənistan baş naziri Nikol Paşinyan özü “Teleqraf” kanalında açıqlama verib. Onun paylaşımında deyilir: “Bu gündən (martın 1-dən) etibarən Ermənistan–Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində xidmətlər yalnız Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçirilir”.

Paşinyan Rusiya sərhədçilərinə ötən müddət ərzində göstərdikləri xidmətə görə təşəkkür etməyi də unutmayıb. Hayların baş naziri daha sonra paylaşımında yazıb: “Marqara keçid məntəqəsinin Ermənistan sərhəd qoşunlarının nəzarətinə verilməsi o deməkdir ki, ölkəmizin ərazisinə daxil olan və çıxan vətəndaşlar üzərində sərhəd nəzarəti müstəsna olaraq Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçiriləcək. Çünki bütün (fəal və qeyri-fəal) keçid məntəqələrində yalnız sərhədçilər xidmət göstərirlər”.

Oxuculara xatırladaq ki, baş nazir Nikol Paşinyan iki il bundan əvvəl Armavir vilayətinə səfəri zamanı Ermənistan–Türkiyə sərhədində modernləşdirilmiş Marqara keçid məntəqəsinə baş çəkmişdi. O zaman Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il yanvarın 1-dən Ermənistan–İran sərhədindəki nəzarət-buraxılış məntəqələrindən çıxacaqlarını bildirmiş və onun bu planı reallaşmışdı. İndi isə o, Ermənistan–Türkiyə arasında sərhəd zolağının da yerli sərhədçilərin nəzarətinə keçməsini bəyan etdi.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev XQ-yə açıqlamasında diqqəti Ermənistanın hərbi baxımdan Rusiyadan asılılığını azaltmağa çalışması üzərinə yönəltdi: “Burada, əlbəttə ki, sərhədlərini özlərinin qoruması məsələsi də yer alır. Biz bunu neçə vaxtdır müşahidə edirik. Əslində, bunu normal qəbul etmək mümkündür. Bir müddət bundan əvvəl İrəvan hava limanında nəzarəti həyata keçirən Rusiya sərhəd qoşunlarının nümayəndələrinin, eləcə də mülki əməkdaşlarının ərazidən çıxarılması baş vermişdi. Daha əvvəl isə bu hərbi kontingentin Ermənistanın İranla sərhədinə nəzarət funksiyasına son qoyulmuşdu. İndi isə oxşar addım Ermənistan–Türkiyə sərhəd məntəqəsində atılır.

Hesab edirəm ki, ümumiyyətlə, Rusiya hərbçilərinin Ermənistandan tamamilə çıxarılması məsələsi hələlik gündəmdə deyil. Xüsusilə də indiki geosiyasi şəraitdə, bu, mümkün görünmür. Aydın məsələdir ki, rəsmi İrəvan Rusiyadan hərbi asılılığını sıfıra endirməkdən ötrü bu yöndə fəaliyyətini davam etdirəcək. Ermənistan bundan ötrü özünə alternativ müttəfiqlər axtarışındadır. Fransa və Hindistanla hərbi-texniki əməkdaşlığın getdikcə daha da genişləndirilməsi məhz bu məqsədə xidmət edir”.

* * *

Dağlıq Qarabağ münaqişəsinə görə, Türkiyə ilə Ermənistan arasında 30 il dondurulmuş diplomatik münasibətlərin buzu İkinci Qarabağ müharibəsindən sonra əriməyə başladı. Amma o da məlumdur ki, Azərbaycan–Ermənistan sülh sazişi imzalanmadan iki ölkə arasında quru sərhədlərin açılması məsələsi də təxirə salınıb. Həm Ermənistandan, həm də Türkiyədən olan təhlilçilərin fikrincə, Ankara və İrəvan arasında münasibətlərin bərpası, o cümlədən quru sərhədlərin açılması birbaşa Azərbaycanla sülh sazişinin imzalanmasından keçir.

Doğrudur, iki ölkə arasında normallaşma prosesində Azərbaycan amilinin o qədər də əhəmiyyət daşımadığını, bunun rəsmi Ankaranın öz siyasəti olduğunu düşünənlər də var. Ara-sıra bu xarakterli açıqlamaları da eşitmişik. Bu müddət ərzində sərhəd Ermənistanın üzünə yalnız bir dəfə açılıb. İrəvanın 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən bir gün sonra qardaş ölkəyə yardım göndərdiyi zaman. Ermənistan hökumətinin göndəridiyi 28 nəfərlik xilasedici qrup və 100 tonluq humanitar yardım üçün müvəqqəti açılmışdı. Onda hay mediası Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın Ermənistanın bu dəstəyini “təqdirlə qarşıladığını, iki ölkə arasında dialoqun daha da dərinləşdirilməsi baxımından bu addıma önəm verdiyini” yazmışdı.

Amma sərhədin, sadəcə, humanitar yardımın keçidi üçün açıldığı deyilsə də, zəlzələnin baş verməsindən 10 gün sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ankaraya “həmrəylik səfəri” və burada Türkiyə–Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilməsi İrəvanın Kahramanmaraş zəlzələsinə dəstəyinin regional dəyişikliyə təsirsiz ötüşməyəcəyi ehtimallarını yaratmışdı. Fəqət Paşinyanın ümidləri özünü doğrultmadı.

Yeri gəlmişkən, İrəvanın zəlzələdən zərər çəkənlərə göndərdiyi humanitar yardımla bağlı maraqlı bir məqamı oxucuların yadına salaq. AFAD Ermənistanın Adıyamanda ehtiyac sahiblərinə göndərdiyi yardım paketlərinin içində “konservləşdiriımiş yarpaq dolması”nın da olduğunu açıqlamışdı. O zaman yerli media İrəvanın “ortaq dəyərlərə malik olduğumuzu nümayiş etdirən dolma” jestini Türkiyə ilə sərhədlərin açılması, Azərbaycanla Ermənistan arasında sərhədlərin tanınması, Zəngəzur dəhlizi ilə bağlamışdı. Amma bugünədək bunların heç biri gerçəkləşməyib. Çünki nə qədər ki, Azərbaycanla Ermənistan arasında sərhədlər tam müəyyənləşməyib Türkiyənin buna razılıq verməsi qeyri-mümkündür.

* * *

Bu gün Bakı kimi Ankara da Ermənistanın regional sülhün və sabitliyin təmin edilməsində tutduğu mövqedən məmnun deyil. Belə olan təqdirdə qardaş ölkənin Ermənistanla sərhədi açmasından söhbət gedə bilməz. Həm də bu məsələnin Bakının rəyi nəzərə alınmadan reallaşması inandırıcı deyil. Bu isə o deməkdir ki, Ermənistan tərəfinin Türkiyə–Ermənistan sərhədində nəzarətin özünün həyata keçirməyə başlaması, bunun ardınca isə sərhədin açılması barədə dedikləri, sadəcə, təsəlliverici ümiddir. İrəvanın bu ümidi reallıqla üst-üstə düşmür.

İrəvan gec də olsa anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsini imzalamaması, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməməsi onun Ankara ilə həm diplomatik, həm də iqtisadi əməkdaşlığının ləngiməsi deməkdir. Rəsmi Ankara bunu Ermənistan hakimiyyətinin nəzərinə dəfələrlə çatdırıb. Yəni, Türkiyə hökuməti Paşinyana anladıb ki, onunla münasibətlərin normallaşması, istisnasız olaraq, Azərbaycanla sülhə nail olmasından və Zəngəzur dəhlizinin açılmasından birbaşa asılıdır. Bu mövqedə dəyişiklik ola bilməz. Ankara qapılarını hayların üzünə nə vaxt açacağını yaxşı bilir. Rəsmi İrəvan ucuz və faydasız diplomatik vurnuxmalardan yorulandan sonra əmin olacaq ki, qardaş Türkiyənin qapıları onun üzünə yalnız Azərbaycanla sülhə gəldikdən sonra açıla bilər.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri