Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı kimlər aparır?

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

İrəvanın “başayaq” gerçəkliyi

İrəvanın “başayaq” gerçəkliyi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hayların baş naziri hələ də xəyallar aləmində yaşayır

Artıq birmənalı şəkildə demək olar ki, “daşlar ölkəsi” Hayastan müstəqil dövlət deyil. İndi Ermənistan hakimiyyəti özünü Avropaya, dünyaya demokratik, praqmatik və real ölkə kimi sırımağa çalışır. Son vaxtlar onun xariclə intensivləşən əlaqələrinə məhz bu prizmadan yanaşmaq daha doğru olar. Ola bilsin, İrəvan imicində yaratdığı bu “keyfiyyət dəyişikliyi” ilə nəyəsə nail olacağına ümid edir. Amma görünən odur ki, ölkəsini Qərbin alqı-satqı “hərracına” çıxaran Paşinyan iqtidarı indi həm xaricdən, ələlxüsus da daxildən genişmiqyaslı hücumlara məruz qalır. Praqmatik hay ekspertləri hesab edirlər ki, Paşinyan bununla ölkəni Rusiya ilə Qərb arasında döyüş meydanına çevirə bilər. Bəli, Ermənistan hakimiyyətinin illüziyaya qapıldığı göz qabağındadır.

Hökumətin iclasında baş nazir Nikol Paşinyan növbəti dəfə çox gülməli, eyni zamanda, “proqram xarakterli” çıxış edib. “Biz məsələlərə “real Ermənistan” ideologiyası nöqteyi-nəzərindən baxanda görürük ki, bu gün ölkəmiz kifayət qədər yaxşı və perspektivli vəziyyətdədir”, – deyə Nikol Vovayeviç bildirib. Amma bu zaman onun hansı fakt və arqumentə əsaslandığı havadan asılı qalıb. Dəqiq deyə bilmərik, amma hayların baş nazirinin “real Ermənistan” mövzusundakı bitib-tükənməyən mülahizələri məlum film personajının Marsda həyatın olub-olmaması ilə bağlı “fəlsəfi fikirlərini” heyrətamiz şəkildə yamsılayır. Burada, sadəcə, Paşinyandan həmvətənlərinə teleskop paylamaq təklifini eşitmək qalır ki, bu zaman onlar baş nazirlərinin illüzionist təxəyyülünün bəhrəsini görə bilsinlər.

“Mənim qiymətləndirməm belədir: “cəhənnəm əzablarını” keçərək, ölkəmiz üçün imkanların açıldığı bir nöqtəyə gəldik. Tariximizin yaxın 100 ili ərzində dövlətin uzunömürlülüyünü təmin etmək üçün heç vaxt belə şansımız olmayıb”, – Paşinyan çıxışına belə davam edib.

***

Bu məqamda Nikolun nikbinliyi suallar doğurduğundan yaxın keçmişə zəruri ekskurs və ciddi siyasi şərh tələb olunur. Axı, reallığa “real Ermənistan” utopik ideologiyasından deyil, beynəlxalq hüquq, tarixi ədalət və əlahəzrət fakt nöqteyi-nəzərindən baxmaq lazımdır. Reallıqda isə Paşinyanın “cəhənnəm əzabları” adlandırdığı hadisələr Ermənistan rəhbərliyinin 1980-ci illərin sonlarından bəri həyata keçirdiyi düşünülmüş işğalçılıq siyasətinin nəticələridir. Məhz Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal edərək silahlı münaqişəyə səbəb oldu. Təcavüz nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq məcburi köçkünə çevrildi. 1992-ci ildə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının dəstəyi ilə XX əsrin ən qanlı cinayətlərindən birini – Xocalı soyqırımını törətdi. Azərbaycanın Xocalı şəhərinin 613-dən çox dinc sakini, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirildi. Bəli, biz Hayastanın bu “şanlı hərb salnaməsini” rəsmi İrəvanın yadına tez-tez salmalıyıq ki, illüziyalar aləminə baş vurmasın. Məgər Xocalı soyqırımı düşünülmüş etnik təmizləmə aktı deyildi? Dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu faktı Ermənistanın üçüncü prezidenti, hərbi cinayətkar Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində dedikləri də təsdiqləyir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmayacaqlar. Lakin biz bu stereotipi qıra bildik...”.

Biz bütün bunlara səbirlə dözdük və uyğun məqamı gözlədik. 2020-ci ilin payızında Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini darmadağın edərək, işğalçıları 44 gün ərzində Azərbaycan torpaqlarından çıxardı. 2023-cü ilin sentyabrında isə Azərbaycan Qarabağ bölgəsində dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən birgünlük parlaq antiterror əməliyyatı keçirdi. Qaytarılan qürurumuzun rəmzi olaraq Qarabağın bütün şəhər və kəndləri üzərində Azərbaycan bayrağı qaldırıldı: “Qarabağ Azərbaycandır!”

Beləliklə, qeyd etdiyimiz kimi, Ermənistanın, guya, “çəkdiyi cəhənnəm əzabları” kənardan gələn cəza deyil, özünün seçdiyi təcavüz, işğal və beynəlxalq normaları pozmasının məntiqi nəticəsidir. Bu nəticə indi “real Ermənistandan” dəm vuran Paşinyanı istefaya sürükləyən yeni reallıqla barışmağa məcbur edən sübutdur.

***

Əgər Ermənistan, həqiqətən də, davamlı sülh və dinc gələcək istəyirsə, tövbədən başlamalıdır. Amma təəssüf ki, İrəvanda mənəvi məsuliyyəti siyasi ritorika ilə əvəz edərək, öz günahlarını “xarici təhdidlər”in üzərinə ataraq, “real Ermənistan” xülyası ilə ideoloji illüziyalarla yaşamağa davam edirlər.

Paşinyanın çıxışındakı bu tezis isə xüsusi diqqətə “layiqdir”: “Mən diaspordan olan soydaşlarımızın ruh yüksəkliyini və qətiyyətini vurğulamaq, buna görə onlara minnətdarlığımı bildirmək istərdim. Biz Ermənistan–diaspor qarşılıqlı əlaqəsinin düsturlarından danışarkən məhz bu cür fəaliyyətləri nəzərdə tuturuq ki, onlar çox konkret və məqsədyönlüdür. Onun strateji mahiyyəti ilə bağlı heç bir müzakirə aparıla bilməz”.

Bəli, Şərq–Qərb, Şimal–Cənub “məngənəsinə” salınan Ermənistan hakimiyyəti bunun hansı fəsadlara aparıb çıxaracağının fərqindədir və bu səbəbdən diaspora üz tutur. Yeddi il bundan əvvəl onu hakimiyyətə gətirənlərə “sadiqliyini” nümayiş etdirmək üçün fürsət axtaran N.Paşinyan daxili və xarici təzyiqlərə, üstünə yeriyən birləşmiş müxalifət ordusunun hücumlarına baxmayaraq, hələ də hakimiyyətdə qalmasına görə, əlbəttə ki, məhz “kollektiv Qərb”ə borcludur. Hər şeydən göründüyü kimi, həmin dəstəkçilərin Nikol Paşinyanla bağlı “ssenariləri” hələ bitməyib.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– İndiki şəraitdə Ermənistana təhlükəsizliklə bağlı heç kim təminat verə bilməz. Çünki “kollektiv Qərb”in səfirlərdən və müşahidəçilərdən başqa İrəvanda mövcudluğundan danışmaq olmaz. Onlar bu ölkədə heç bir kommunikasiyaya malik deyillər. Amma Ermənistanın sərhədlərini rus hərbçiləri qoruyurlar. Buna görə Qərbin İrəvana nəsə verəcəyini və onun Bakı ilə ayaqlaşa biləcəyini söyləmək absurddur. Bu, mümkün deyil. Onların edə biləcəkləri yeganə şey Paşinyana verəcəkləri siyasi dəstəkdir. Bəlkə müəyyən miqdarda maliyyə yardımı da göstərə bilərlər. Əsas məqsəd Rusiyaya arxa çevirmiş Ermənistan hakimiyyətini bu səbəbdən keçirdiyi qorxu hissindən azad etməkdir. “Kollektiv Qərb”in bu xarakterli dəstəyi İrəvanı Rusiyanın təsir dairəsindən çıxarmağa yönəlib. Bu zaman Ermənistanın Azərbaycana qarşı nəsə etmək imkanları sıfıra bərabərdir.

Paşinyan iqtidarının “qibləsini” tez-tez dəyişməsində təəccüblü heç nə yoxdur. Bunun Azərbaycan üçün təhlükəyə səbəb olmayacağı birmənalıdır. NATO üzvü və Aİ üzvlüyünə namizəd Türkiyə bizim strateji müttəfiqimiz, Şimali Atlantika alyansına daxil olmaq arzusunu bəyan edən, Aİ-yə hazırlaşan Gürcüstan isə müttəfiqimizdir. Ən azı buna görə Azərbaycan üçün hər hansı problem yarana bilməz. Ermənistanın “iki stulda əyləşməsi” bizi narahat etməməlidir. Soyuqqanlı olmalıyıq. Amma ermənipərəst ölkələrin dəstəyindən şirniklənən rəsmi İrəvan sülh danışıqlarında sağlam mövqedən yayınacaqsa, onu başa salmağa hər cür imkanımız var. Əslində, İrəvan, Bakının müdaxiləsi olmadan belə, Şimal və Cənub qonşularından hər an tutarlı “şapalaq” yeyə bilər.


İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see285

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see204

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see195

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see184

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see176

Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı kimlər aparır?

28 Oktyabr 2025 14:56see157

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see147

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see141

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see135

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see127

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see125

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see125

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

28 Oktyabr 2025 16:50see124

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see124

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

28 Oktyabr 2025 19:06see118

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

28 Oktyabr 2025 18:42see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri