Icma.az
close
up
RU
İrəvanın Kremlə sarsıdıcı zərbəsi domino effekti vəd edir: Rus NATO su nda dağılma prosesi başlayır

İrəvanın Kremlə sarsıdıcı zərbəsi domino effekti vəd edir: Rus NATO su nda dağılma prosesi başlayır

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

KTMT-nin hazırda sarsılmış vəziyyətdə olması, Rusiyanın "postimperial layihə"sinin artıq ciddi çatlar verməyə başlaması anlamına gəlir... Ermənistan KTMT-nı tərk edərsə, bu, digər üzv dövlətlər üçün ciddi örnək olacaq, Rusiyanın patronajlığındakı bu qurumun gələcək taleyi şübhə altında qalacaq...

Cənubi Qafqaz Rusiya üçün itirilmiş regionlardan birinə çevrilməyə başlayıb. Belə ki, Kremlin neoimperialist davranışları Azərbaycan və Rusiya arasında münasibətləri son həddə qədər gərginləşdirib. Buna paralel olaraq, Rusiya və Ermənistan arasında da kəskin ziddiyyətlər artıq böhranlı xarakter daşıyır. Və hazırda rəsmi İrəvan Ermənistanın Rusiyadan tamamilə qoparılması istiqamətində növbəti mərhələyə start vermək niyyətini qətiyyən gizlətmir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları Cənubi Qafqazda və postsovet məkanında yeni geosiyasi gərginlik dalğasının yaranmaqda olduğunu göstərir. Belə ki, erməni baş nazir xüsusilə də, ilk dəfə açıq şəkildə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyinin anonsunu verib. Və onun dediyinə görə, hazırda bu variant Ermənistanın bu təşkilatda "dondurulmuş" fəaliyyətini bərpa etməsindən daha real görünür.

Maraqlıdır ki, bəzi siyasi müşahidəçilər erməni baş nazirin bu açıqlamasını qətiyyən təsadüfi deyil, məhz məqsədli və planlı strateji vektor dəyişikliyi kimi dəyərləndirirlər. Çünki baş nazir Nikol Paşinyanın mesajı Ermənistanın Rusiya ilə ortaq təhlükəsizlik sistemindən, hərbi müttəfiqlikdən uzaqlaşmağa hazırlığın açıq siqnalıdır. Və bu isə bütövlükdə "Rus NATO-su" kimi tanınan KTMT-nin gələcəyini sual altına salır.

Əslində, rəsmi İrəvanın Rusiyadan və Kremlin patronajlığı altında olan KTMT-dan narazılığı qətiyyən yeni deyil. Paşinyan hakimiyyəti  KTMT-nı 44 günlük savaşda  Ermənistanın biabırçı məğlubiyyətinə reaksiya verməməkdə suçlayır. Rəsmi İrəvan hesab edir ki, Rusiya və KTMT Ermənistan qarşısında müttəfiqlik öhdəliyini yerinə yetirməyib. Və bu məsələdən bəhanə kimi istifadə edən rəsmi İrəvan Ermənistanın KTMT-da fəaliyyətini "dondurmaq" qərarı verib.

Baş nazir Nikol Paşinyanın son açıqlaması isə artıq bu prosesin növbəti mərhələyə keçmək üzrə olduğunu göstərir. Belə ki, erməni baş nazir indi Ermənistanın "Rus NATO-su"nu tərk etmək barədə siyasi qərarın verilməsinə çox yaxın olduğunu qətiyyən gizlətmir. Halbuki hələ ötən ilin sentyabr ayında Ermənistanın KTMT-nı tərk etmək niyyətində olduğu bildirilirdi. Və baş nazir Nikol Paşinyan hətta Ermənistan cəmiyyətini üstüörtülü şəkildə bu radikal addıma hazır olmağa da çağırmışdı.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın KTMT-dan çıxması yalnız öz suveren qərarı olmaqla qalmayaraq, digər üzv ölkələr üçün də analoji addımların atılması baxımından, hüquqi presedent rolu oynaya bilər. Belə ki, KTMT üzvü olan Qazaxıstan, Qırğızıstan, Tacikistan və hətta Belarus belə Ermənistanın bu addımını, eləcə də, onun nəticələrini diqqətlə izləyəcək.

Məsələ ondadır ki, Qazaxıstan 2022-ci ilin yanvarında baş verən ölkədaxili iğtişaşlar zamanı KTMT-yə dəstək üçün müraciət etsə də, hazırda rəsmi Astana nisbətən balanslı xarici siyasət yürüdür. Belə ki, Qazaxıstan son vaxtlar Qərblə və Çinlə qarşılıqlı əlaqələrini daha da gücləndirməyə çalışır. Və Ermənistanın radikal qərarı Astanada da "təhlükəsizlik alternativləri" mövzusunu gündəmə gətirə bilər.

Eyni zamanda, Qırğızıstan və Tacikistan arasında son illərdə baş verən silahlı sərhəd qarşıdurmalarına KTMT-nin müdaxilə etməməsi bu ölkələrdə də bu təşkilata olan inamı sarsıdıb. Belarus isə Rusiyadan tam asılı vəziyyətdə olduğundan, KTMT-nin dağılmasının qarşısını almaqda maraqlı olsa da, real dəyişikliklərə təsir gücünə demək olar, malik deyil. Və bütün bunlar onu göstərir ki, KTMT-nın dağılma perspektivi hər halda, o qədər də uzaqda deyil.

Ermənistanın tərk edəcəyi halda, KTMT-nin zəifləyəcəyi qətiyyən şübhə doğurmur. Ancaq "Rus NATO-su"nun tam dağılması baş verərsə, bu, Rusiya üçün təkcə hərbi blokun itirilməsi ilə yekunlaşmayacaq. Çünki bu, eyni zamanda, Kreml üçün həm də nüfuz, ənənəvi hərbi-siyasi simvol və strateji imkanların əldən verilməsi demək olacaq.

Birincisi, KTMT Rusiyanın postsovet məkanında hegemonluğunu rəsmi və təşkilati şəkildə möhkəmləndirən azsaylı mexanizmlərdən biridir. İkincisi, bu hərbi-siyasi blok Kremlin "biz müttəfiqlərimizi qoruyuruq" şüarlı uydurma mesajının təcəssümür. İndi isə, həmin müttəfiqlərin bir-birindən uzaqlaşdığı görünür. Üçüncüsü, Ukrayna savaşı Rusiya üçün onsuz da hərbi, siyasi-diplomatik və iqtisadi baxımdan, gərginlik yaradıb. Və KTMT da dağılarsa, bu, Kremlin hərbi-strateji çöküşünün simvoluna çevriləcək. Və Qərb isə Rusiyaya qarşı beynəlxalq bloklaşmanı daha da gücləndirməyə çalışacaq.

Təbii ki, KTMT-nin dağılması postsovet məkanında hərbi-strateji boşluq da yaradacaq. Bu boşluğu isə yeni geostrateji güc mərkəzləri doldurmağa çalışacaqlar. Belə ki, Rusiyanın "kölgə rəqibi" Çin Orta Asiyada öz iqtisadi nüfuzunu, eləcə də hərbi və təhlükəsizlik sahəsində təsirini genişləndirmək üçün böyük fürsət qazanacaq. Türkiyə həmin regionda Türk Dövlətləri Təşkilatı çərçivəsində Qazaxıstan və Qırğızıstanla daha sıx inteqrasiya imkanlarını dəyərləndirəcək. Qərb və NATO isə Cənubi Qafqaz dövlətləri ilə daha sıx əməkdaşlığa başlayaraq, Rusiyanın regiondakı təsirini sona çatdıracaq.

Göründüyü kimi, Ermənistanın KTMT-dən çıxması, bu qurumun dağılmasına yol aça biləcəyindən təkcə regional təhlükəsizlik arxitekturasında dəyişiklik deyil. Çünki bu, həm də Rusiyanın geopolitik ambisiyalarına yönəlmiş sarsıdıcı zərbəyə də çevrilə bilər. Və bu mərkəzdənqaçma prosesinin ilkin mərhələsi Rusiyanın öz ənənəvi müttəfiqləri üzərində vərdiş etdiyi nəzarət mexanizmlərini itirmək üzrə olduğunu göstərir.

Ancaq bütün bunlarla yanaşı, KTMT-nin taleyi indi yalnız Ermənistanın qərarından deyil, eyni zamanda, bu təşkilatın digər üzvlərinin Rusiya ilə gələcək münasibətlərinə hansı qlobal faktorlar üzərindən yanaşacağından da asılıdır. Bununla belə, inkaredilməz reallıq ondan ibarətdir ki, KTMT-nin indi sarsılmış olması, Rusiyanın postimperial layihəsinin artıq çat verməsi anlamına gəlir. Və bu baxımdan, Ermənistanın KTMT-nı tərk etməsi əslində, Rusiyanın patronajlığı altında olan bu hərbi-siyasi qurumun gələcək taleyi üçün domino effekti verə bilər.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 İyul 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see117

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri