Icma.az
close
up
RU
Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında 17-18 oktyabr  tarixlərində Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirdə Respublika Pediatriya Mərkəzinin direktoru Dr. Azər Əhmədov, Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Dr. İlahə Hacıyeva, Respublika Pediatriya Mərkəzinin müalicə işləri üzrə direktor müavini Günel Əhmədova, Düşen Əzələ Distrofiyasına Qarşı Mübarizə İctimai Birliyinin rəhbəri Rəsul Məmmədov, Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, TƏBİB nümayəndələri Şəbnəm Qurbanova və Nərgiz Allahverdiyeva, Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, həkimlər, digər mütəxəssislər və valideynlər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Dr. İlahə Hacıyeva konfransın məqsədinin Düşen Əzələ Distrofiyası kimi nadir, lakin klinik və sosial baxımdan mühüm əhəmiyyət kəsb edən xəstəlik barədə maarifləndirməni artırmaq, elmi bilik və təcrübə mübadiləsini genişləndirmək olduğunu vurğulayıb.

Daha sonra Günel Əhmədova, Rəsul Məmmədov, Aynurə Zeynalova, Şəbnəm Qurbanova, Nərgiz Allahverdiyeva və Ayaz Hüseynov çıxış edərək xəstəliyə müasir yanaşmalardan söz açaraq bu istiqamətdəki aktual məsələləri diqqətə çatdırıblar və multidissiplinar yanaşmanın əhəmiyyətini vurğulayıblar.

Çıxışlardan sonra mövzu üzrə məruzələr dinlənilib.

Tədbirdə Türkiyədən dəvət olunmuş uşaq nevrologiyası və neyromuskulyar xəstəliklər üzrə beynəlxalq səviyyədə tanınan mütəxəssis Prof. Dr. Haluk Topaloğlu “Düşen Əzələ Distrofiyası və müalicəsində yeniliklər” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Dr. Mədinə Tağıyeva, Dr. Ağarza Ağayev, Dr. Nabat Ağayeva, Dr. Bəhruz Əliyev, Dr. Vüsal İsmayılov və fizioterapist İlayda Altay müxtəlif aspektlərdən Düşen Əzələ Distrofiyasına dair elmi məruzələrini təqdim ediblər.

Məruzələrdə xəstəliyin erkən diaqnostikası, genetik əsasları, müasir müalicə metodları, reabilitasiya və multidissiplinar yanaşmanın əhəmiyyəti kimi mövzular müzakirə olunub.

Konfransın ikinci günündə isə həkimlərlə valideynlər arasında görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və müalicə, reabilitasiya, sosial dəstək istiqamətində aktual məsələlər müzakirə edilib.

Nigar Abbasova

Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib

Şəkil sayı: 7

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Oktyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri