Icma.az
close
up
RU
İrəvanın silah həmləsi: ruslar onu çox sərt şəkildə danlayıb FOTO

İrəvanın silah həmləsi: ruslar onu çox sərt şəkildə danlayıb FOTO

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Rusiyanın yavaş-yavaş Cənubi Qafqaza geri döndüyü müşahidə edilir. Ermənistan isə silah istehsal etməyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.

Nəşr yazır ki, İrəvan hökumətinə yaxın olan “GPT Holding” hazırda Ararat vilayətində zavod tikir. Burada istehsal olunan silahların Avropa ölkələrinə satılacağı, həmçinin Ermənistan Müdafiə Nazirliyi tərəfindən də istifadə olunacağı bildirilir. Məlumata görə, fabrik birbaşa ABŞ hökuməti tərəfindən maliyyələşdirilir. Hətta ABŞ-ın İrəvandakı səfiri də bir müddət əvvəl ora baş çəkib.

Qəzet Rusiyanın sözügedən məsələ ilə maraqlanmağa başladığını yazır. Nəşrin müxbirlərindən biri bu yaxınlarda təsadüfən İrəvanda yerləşən “Çarlz” restoranında Rusiya hakimiyyəti ilə birbaşa əlaqələri olan bir neçə iş adamının “GPT Holdinq”in rəhbəri Qriqor Ter-Qazaryanla yüksək səs tonunda danışdığına şahid olub. Jurnalist əlavə məlumat almaq istəsə də, buna nail ola bilməyib. Həmçinin holdinq də məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Beləliklə artıq Moskvanın Ermənistanda artan ABŞ təsirini zəiflətmək və buradan tamamilə sıxışdırıb çıxarmaq üçün hərəkətə keçdiyi deyilir. Bəzi erməni ekspertlər İrəvan hökumətinin mövcud situsasiyada səssiz qalacağını, mübarizə nəticəsində üstünlüyü ələ alacaq tərəfə istiqamətlənəcəyini bildirirlər.

Qeyd edək ki, bir müddət öncə Naxçıvanla sərhəddə yerləşən Yerasx bölgəsində ABŞ-ın dəstəyi ilə metallurgiya zavodu tikən şirkət də məhz “GPT Holdinq” idi. Daha sonra Azərbaycanın çoxsaylı narazılıqları əsasında zavodun yeri dəyişdirildi.


Qriqor Ter-Qazaryan

Ayşən Mustafa
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri