Icma.az
close
up
RU
İrəvanın sülh ritorikası: təzadlı bəyanatlar, təxribatçı addımlar

İrəvanın sülh ritorikası: təzadlı bəyanatlar, təxribatçı addımlar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Ermənistan Respublikası mövcud çətinliklərə baxmayaraq, Cənubi Qafqazda ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan davamlı sülhün təmin olunması üçün səylər göstərir”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

V.Kostanyan Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsində yer alan qarşılıqlı öhdəliklərini təsdiqlədiyini vurğulayıb və regionda sülh və birgəyaşayış dövrünün başladığını qeyd edib. O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasını nəzərdə tutan saziş üzrə danışıqlar artıq başa çatıb və Ermənistan həmin sazişi imzalamağa və ratifikasiya etməyə hazırdır: “Biz ardıcıl olaraq Azərbaycanla münasibətlərin normallaşmasına sadiqik. Bu sənəd bütün tərəflərin narahatlıqlarını və iradələrini özündə əks etdirir və imzalanması problemin həllinə ən aydın və qısa yoldur”.

Nazir müavini əlavə edib ki, iqtisadi əlaqələrin və regional kommunikasiyaların bərpası etimad mühitinin formalaşmasına və əməkdaşlığın dərinləşməsinə təkan verə bilər. O, xüsusilə Zəngəzur bölgəsini infrastruktur, nəqliyyat və enerji sahələrində əməkdaşlıq üçün potensial baza kimi təqdim edib. Bununla belə, Kostanyan sərhəddə baş verən atışmalara da toxunaraq, onların ümumi sülh atmosferinə mənfi təsir göstərdiyini etiraf edib. Bildirib ki, gərginliyin qarşısını almaq üçün müvafiq diplomatik tədbirlər görülür.

Bununla da Kostanyan açıq şəkildə etiraf edib ki, baş verən atışmalar bölgədəki ümumi vəziyyətə mənfi təsir göstərir. Açıqlamasında Ermənistanın sülh prosesinə sadiq olduğunu nümayiş etdirməyə çalışan Kostanyan sərhəddə baş verən insidentlərdə kimin cavabdehlik daşıdığını açıqlamır.

Əslində, hamıya məlumdur ki, Ermənistan–Azərbaycan şərti sərhədində atəşkəsin pozulmasının günahkarı Ermənistan silahlı qüvvələridir. Bu, artıq tək-tük insident deyil, sistemli hal alıb. Azərbaycan Müdafiə Nazirliyinin mütəmadi olaraq yaydığı məlumatlarda Ermənistanın müxtəlif istiqamətlərdə atəşkəsi pozduğu və nəticədə Azərbaycan tərəfinin cavab tədbirləri gördüyü bildirilir. Qeyd olunur ki, bu cür təxribatlar beynəlxalq hüquq normalarına ziddir və regionda gərginliyi artırmaqla yanaşı, sülh səylərinə də zərbə vurur.

Eyni zamanda, atəşkəsin pozulması təkcə hərbi təxribat deyil, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş açıq təhdiddir. Ermənistanın bu davranışı beynəlxalq hüququn, xüsusilə də BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsiplərinə ziddir. Göründüyü kimi, atəşkəs rejimini pozanların diplomatiyadan dəm vurması manipulyasiyadan başqa bir şey deyil. Aydın məsələdir ki, sülhə aparan yolda heç bir təxribat cavabsız qalmayacaq. Atəşkəsi pozanlar layiq olduqları cəzanı alacaqlar.

Rəsmi İrəvan beynəlxalq hüquqa və regional sabitliyə sadiqliyini bəyan etsə də, onun hərbi strategiyası bu ritorika ilə üst-üstə düşmür. Çünki Hayastan hərbi büdcəni artırır, müxtəlif ölkələrdən hücum xarakterli silahlar əldə edir. Hökumət bunu ölkənin müdafiə qabiliyyətinin artırılması ilə izah etməyə çalışsa da, əslində, bölgədə militarizmin təşviqçisi kimi çıxış edir. Kasıb büdcəyə malik Hayastanın silahlanmaya böyük vəsait ayırması sülh istəyi barədə verdiyi bəyanatların səmimiliyini şübhə altına alır. Sülh istəyən ölkənin paralel şəkildə silahlanmaya üstünlük verməsi, sərhəd boyu yeni hərbi mövqelər qurması və ya müxtəlif formatlarda təxribatlara yol verməsi sülh gündəliyinə uyğun gəlmir. Hayların Kostanyanın simasında təqdim etdiyi “sülh ritorikası” gerçəkliyi əks etdirmir.

Görünən odur ki, təkcə Ermənistanın deyil, eyni zamanda, ona silah satan dövlətlərin də əsas məqsədi bölgədə qalıcı münaqişəni təmin etməkdir. Bu ölkələrin önündə Fransa və Hindistan gəlir. Fransa başda olmaqla Qərb Cənubi Qafqazda hər vəchlə sülh prosesinə mane olmağa çalışır. Hazırda Ermənistanda yenidən revanşizm əhval-ruhiyyəsi baş qaldırır, yeni müharibəyə hazırlıq gedir. Dövlət rəsmilərinin açıqlamaları “gözdən pərdə” asmaqdan başqa bir şey deyil.

***

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması indiki şərtlər daxilində mümkün deyil. Regionda uzunmüddətli və möhkəm sülh boğazdan yuxarı bəyanatlarla yox, əməli və hüquqa əsaslanan konkret addımlarla mümkündür. Ermənistan səmimi şəkildə sülh istəyirsə, öz konstitusiyasında ərazi iddialarına son qoymalı, atəşkəsi pozan tərəf kimi məsuliyyəti üzərinə götürməli və prosesi ləngitmək cəhdlərindən əl çəkməlidir. Azərbaycan tərəfi buna diqqət çəkir və bunsuz sülh müqaviləsinin imzalanmasını çətin hesab edir.

Bundan başqa, sərhədlərin demarkasiyası və delimitasiyası həll olunmalıdır. Bu prosesi tam obyektiv və hüquqi çərçivədə həyata keçirilməlidir. Eyni zamanda, dəhliz problemi həllini tapmalıdır. Sülh müqaviləsinin mətnində bu barədə yazılmayıb, amma praktikada bu məsələlərin həlli demək olar ki, daha vacibdir.

Azərbaycan və Ermənistan arasında münasibətlərin əsas mübahisə mövzularından biri də Zəngəzur dəhlizinin statusu və fəaliyyəti ilə bağlıdır. Bu dəhliz Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir, Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini təmin edir və regional nəqliyyat xətlərinin açılması üçün açar rolunu oynayır. Ermənistan isə dəhlizin açılması ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, onun maneəsiz keçid statusuna qarşı çıxır. Göründüyü kimi, Ermənistan hələ ki, nə konstitusiyasında dəyişiklik etməyə, nə də kommunikasiyaların açılmasına tələsir.

Bəli, “Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən sülh müqaviləsininin imzalanmasına mane olan addımlar atır. Hətta Ermənistan xarici işlər nazirinin müavinin sülh sazişinin son versiyası ilə razılaşaraq, sənədi imzalamağa hazır olduqları ilə bağlı açıqlaması bu ölkənin son iki il yarımda danışıqların mətninə qəbuledilməz təkliflər irəli sürməklə prosesə necə mane olduğunu nümayiş etdirir. Sanki ortada qeyd etdiymiz problemlər yoxdur. İrəvan sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya edir. Azərbaycan heç vaxt işğalçılıq siyasəti yürütməyib və bölgəni qarşıdurma məkanına çevirməkdə maraqlı olmayıb. Məhz Bakının diplomatiyasının fəallığı nəticəsində sülh sazişinin mətn üzrə danışıqlar yekunlaşa bildi. Amma, bu, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan müddəaların gözardı edilməsinə əsas vermir. Eləcə də Ermənistanın keçmiş münaqişənin qalıqları olan ATƏT-in Minsk qrupunu qorumağa çalışan hərəkətlərinə etinasız yanaşacağımız anlamına gəlmir.

Sonda qeyd edək ki, regionda davamlı sülhün təmin olunması bəyanatlarla deyil, siyasi iradə ilə mümkündür. Ermənistanın manipulyativ mövqeyi bu prosesi ləngidir. Əgər sülh, doğrudan da, hədəfdirsə, o zaman bu hədəfə aparan yolda təxribatlara son qoyulmalı, əldə olunan razılaşmalar əməli şəkildə həyata keçirilməlidir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri