İrəvanın TRİPP lə bağlı təminatları yetərli deyil
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İran Ermənistanın TRİPP layihəsi ilə bağlı verdiyi təminatlarla kifayətlənmir və onun həyata keçirilməsini diqqətlə izləyəcək.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai TRİPP layihəsinin İranın maraqlarına zərər vurmayacağına dair İrəvanın verdiyi təminatların Tehran üçün yetərli olub-olmadığı barədə suala cavabında deyib.
“Təbii ki, bu, heç də belə deyil. Biz digər tərəflərin yalnız vədləri və təminatları ilə kifayətlənmək niyyətində deyilik. Birincisi, bu məsələ təkcə Xarici İşlər Nazirliyinə aid deyil, dövlət əhəmiyyətli məsələdir. Ölkənin bütün müvafiq qurumları vəziyyətin inkişafını diqqətlə izləyir və zərurət yarandığı təqdirdə lazımi tədbirlər görəcək”, – o bildirib.
Baqainin sözlərinə görə, vəziyyəti sabitsizləşdirə biləcək qüvvələrin, eləcə də regional təhlükəsizliyə və İranla region ölkələri arasında mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək üçüncü dövlətlərin müdaxiləsinin qarşısı alınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















