Icma.az
close
up
RU
İrəvanın “Zəngəzur” ÇIXILMAZI: “Azərbaycan dövlətinin prioritetlərindən biridir”

İrəvanın “Zəngəzur” ÇIXILMAZI: “Azərbaycan dövlətinin prioritetlərindən biridir”

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

“İndiki geosiyasi vəziyyətdə müəyyən uğur əldə etmək üçün güc vacibdir”.

Bunu Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin reallaşması və perspektivlərindən danışan politoloq Qafar Çaxmaqlı deyib.

Onun sözlərinə görə, Zəngəzur indiki dövr üçün Cənubi Qafqazda gündəmin əsas mövzusudur:

“Həm İrəvanın, həm də Bakının gündəliyi Azərbaycanın Qərb bölgələrindən Naxçıvana maneəsiz keçidinin əldə olunması ilə bağlıdır. Belə ki, üçtərəfli bəyannamədə Zəngəzur dəhlizinin reallaşması ilə bağlı bənd də mövcuddur. Ermənistan isə maneəsiz keçidin təmin olunması barədə öz üzərinə öhdəlik götürüb”.

Q. Çaxmaqlı onu da söyləyib ki, keçən beşillik dövr ərzində Ermənistan, xüsusilə Zəngəzur məsələsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir, yaxud istəmir:

“Əlavə olaraq, başqa variantlar ortaya atmağa çalışır; məsələn, “sülh kəsişməsi”. Bu isə bizim maraqlarımıza uyğun deyil. Çünki burada Qərbi Zəngəzur ərazisində kommunikasiyaların açılması, Ermənistanın daxilinə gedən yolların bərpasından söhbət gedir. Eyni zamanda, məsələnin Ermənistanın dövlət suverenliyi çərçivəsində həll olunması kimi fikirlər mövcuddur ki, bunlar da qəbulolunmazdır. Nəticə olaraq, üçtərəfli bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi açıq şəkildə yazılıb”.

Siyasi təhlilçi əmindir ki, məsələ artıq Ermənistan-Azərbaycan münasibətlərinin kontekstindən çıxaraq beynəlxalq mövzuya çevrilib:

“Nəzərdə tutulur ki, həmin yola nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidməti etməlidir. Təbii ki, burada Rusiyanın da müəyyən maraqları var. Yəni Cənubi Qafqazda öz hərbi varlığını davam etdirmək niyyətindədir. Bu da müəyyən mənada bizə sərf etmir. Ona görə də məsələnin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi qoyulması düzgün addım olar”.

Həmsöhbətimizin qənaətinə görə, Zəngəzur məsələsi Azərbaycan dövlətinin prioritetlərindən biridir:

“Çünki bu torpaqlar 1920-ci ildə Azərbaycan SSR İnqilab Komitəsinin protokolu ilə Ermənistana verilib. Həmin səhvi düzəltmək, yəni qərarı ləğv etmək lazımdır ki, bu da mümkün ola bilər. Nəticədə Zəngəzurun Azərbaycana verilməsi məsələsi yenidən gündəmə gətirilə bilər. Həmçinin hər bir azərbaycanlının beynəlxalq hüquqa əsasən, öz dədə-baba yurduna qayıtmaq hüququ var. Bizim tələbimiz tam ədalətlidir. İnanırıq ki, uğurlu olacağıq. Ermənilər Azərbaycanın danışıq yolu ilə Qərb bölgələrdən Naxçıvana maneəsiz keçidi təmin edə bilməsə, güc yolu ilə bunu edəcəyini düşünür. Təbii ki, bu, istisna olunmur. Çünki indiki geosiyasi vəziyyətdə müəyyən uğur əldə etmək üçün güc vacibdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Mart 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri