Icma.az
close
up
RU
İri sahibkarlar arasında qadın yoxdur Vüqar Bayramov

İri sahibkarlar arasında qadın yoxdur Vüqar Bayramov

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Gender bərabərliyinin ən mühüm elementlərindən biri də sahibkarlığın inkişafında qadınların rolu ilə bağlıdır". 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı deyib.

Qeyd edib ki, fərdi sahibkarların 77 faizi kişi, 33 faizi isə qadındır. Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, kiçik sahibkarların 16 %-i, orta sahibkarların isə 8 %-i, qadınlardır. İri sahibkarlar arasında isə qadın yoxdur. Bu baxımdan, orta və iri sahibkarlıq subyektlərində qadınların daha yaxından iştirakının təşviq edilməsi vacibdir.

"Bu fərq əmək haqqı arasındakı fərqdə də özünü göstərir. Belə ki, qadınların orta aylıq əmək haqqısı 791 manat, kişilər 1160 manatdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri olsa da bu fərqin minimumlaşdırılması prioritetliyini qoruyub saxlayır. Digər tərəfdən, əməkhaqqı fərqi pensiya məbləğində də özünü göstərir. Bu baxımdan, qadınların pensiya məbləği hesablanan zaman keyfiyyət meyarlarından və eləcə də xüsusi əmsallardan istifadə məqsədəuyğun olardı".

2024-cü ildə qadınlara 18.8 milyon manat güzəştli kreditlər verilməsi və bunun 2023-cü ildəki 16.4 milyon manatdan 2.4 milyon manat çox olması məsələsinə diqqət çəkən V.Bayramov yenə də güzəştli kredit portfelində qadınların payının az olaraq qaldığını bildirib.

"Belə ki, ümumillikdə 2024-cü ildə 248 milyon manat güzəştli kredit verilib. Bu o deməkdir ki, ötən il güzəştli kreditlərin cəmi 7.5 faizi qadın sahibkarlara təqdim olunub. Bu isə qadın sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasını daha da aktuallaşdırır".

Nəzərə çatdırıb ki, sənədin tövsiyyələr hissəsində qadın sahibkarların stimullaşdırılması qeyd olunur və bu tamamilə doğru tövsiyyədir. Millət vəkilinin fikrincə, tövsiyyələr hissəsində bunun üçün potensial vasitə və alətlərin qeyd olunması daha məqsədəuyğun olardı.

"Bir müddətdir ki, cəmiyyətdə müzakirə olunan Aliment fondunun yaradılması da təklif olunur. Bununla belə, bu fond yaradılarsa onun maliyyələşmə mənbələri və eləcə də boşanmaların sayına təsirlərinin qiymətləndirilməsi də yaxşı olardı",- deyə Vüqar Bayramov fikrini tamamlayıb.

Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri