Icma.az
close
up
RU
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən əhaliyə verilən suyun çirkli olması barədə iddialara cavab VİDEO

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən əhaliyə verilən suyun çirkli olması barədə iddialara cavab VİDEO

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə mənzilə verilən suyun çirkli olması barədə yayılan video müzakirəyə səbəb olub. Belə ki, vətəndaş mənzilinə gələn suyun təmiz olub-olmadığını yoxlamaq üçün su krantının bez bağlayaraq 1 həftə ərzində gələn suyu təcrübədən keçirib. Həftənin sonunda filtrdən keçən suda belə yığılan ərpi sosial şəbəkələrdə paylaşaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə etirazını bildirib.

Pravda.az məsələ ilə bağlı quruma sorğu ünvanlayıb.

Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu içməli suda infeksiya olması ilə bağlı məlumat əsassızdır, heç bir təsdiqini tapmayıb:

“Əhaliyə verilən içməli su öncə mexaniki təmizləyici üsulla qum süzgəcindən, ardından mərhələli şəkildə yeni texnologiya olan ultrasüzgəcli qurğulardan keçirilir. Bütün xətlərdən gələn emal olunan sular Bakı şəhərində yerləşən 23 mərkəzi su anbarları və nasos stansiyalarına ötürülür. Emal olunan su hər bir nöqtədə xlor tərkibli reagentlər vasitəsilə zərərsizləşdirilərək magistral paylayıcı kəmərlərə ötürülür. Bütün qurğular üzrə təmizlənmə prosesləri yekunlaşdıqdan sonra 38 nöqtədən su nümunəsi götürülür və gündəlik olaraq Ceyranbatan içməli su fiziki-kimyəvi və bakterioloji laboratoriyasında yoxlanılır. Su əhaliyə verildikdən sonra da mütəmadi olaraq kənd, qəsəbə və şəhərlər üzrə analizlər aparılır. Mərkəzi Laboratoriyada həm Bakı şəhərinin mərkəzi su anbarlarından, həm də məhəllədaxili anbarlardan gündəlik götürülən 44 sayda su nümunəsi üzərində də analizlər həyata keçirilir. Həm bakterioloji, həm də fiziki-kimyəvi göstəricilər üzrə təhlillər edilir. Əldə olunan nəticələrdə hələ bu günə qədər ciddi kənara çıxma halları müşahidə olunmayıb. Nəticələrdə müəyyən göstəricilər normalara uyğun olmazsa, anındaca müdaxilə edilir və problem aradan qaldırılır”.

C.Musaoğlunun sözlərinə görə, su anbarlarının yuyulması prosesindən sonra sututarlara doldurulan sudan götürülən nümunələr həm Mərkəzi Laboratoriya, həm də Respublika Gigiyena və Epidemioloji Mərkəzi tərəfindən analiz olunur: “Mərkəzi Laboratoriya 65 parametr üzrə təhlillər aparma imkanına malikdir. Ceyranbatan su anbarında isə 17 əsas istehsalat göstəricisi üzrə - suyun bulanıqlığı, suyun elektrik keçiriciliyi, codluğu, qalıq xlor miqdarı, onun tərkibində olan minerallar, kalsium, maqnezium, nitratlar, nitritlər, xloridlər və s. kimi ümumi göstəricilər təhlil edilir. Eyni zamanda mikrobioloji göstəricilər ümumi bağırsaq çöpünün miqdarı, patogen bağırsaq çöplərinin miqdarı, suyun dadı, iyi, qoxusu, bulanıqlılığı, pH səviyyəsi də müəyyənləşdirilərək normalara uyğunlaşdırılır. Regionlarımızda mövcud olan regional 9 laboratoriyada da eyni proses həyata keçirilir. Əgər suyun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa, abonentlə əlaqə saxlanılır və zərurət olduğu təqdirdə plandan kənar şəkildə su nümunələri laboratoriyalara göndərilərək uyğun parametrlər üzrə yoxlanışlardan keçirilir. Nəticələrə dair müvafiq şöbəyə məlumat verilir və problem müşahidə olunduqda aradan qaldırılması işi icra edilir”.

Xidmət rəsmisi deyib ki, iki mindən çox mənzil-tikinti kooperativlərinin və digər iaşə obyetlərinin də özlərinə məxsus su anbarları var: “Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartına uyğun olaraq anbarlar mexaniki çöküntülərdən yuyulub təmizlənməli və zərərsizləşdirilməlidir. Apardığımız araşdırmalar göstərir ki, əksər anbarlarda bu prosedurlara əməl olunmur. Hətta uzun müddət yuyulmayan su anbarları da var. Bu da abonentlərin narazılığna səbəb olur. Gün ərzində suyun keyfiyyətli ilə bağlı müraciət daxil olursa, əksəriyyəti MTK-larda yaşayan sakinlərin şikayətləridir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin yerlərdəki nərazət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir. Kompleksdaxili su kommunikasiya sistemləri, nasosxanalar, paylayıcı su xətləri və su anbarlarına sanitar gigiyenik nərazət MTK-ların üzərinə düşür. Onlar su anbarlarının təmizlənməsi üzrə ixtisaslaşmış şirkətlərə heç olmasa ildə bir dəfə müraciət etməli və təmizlənmə işlərini həyata keçirməlidirlər. Lakin əksər hallarda bunlara əməl edilmir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti olaraq bütün MTK-ları mütəmadi təmizləmə prosesinə riayət etməyə çağırırıq”.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Mart 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see136

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see119

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see119

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see119

“Arsenal”ın futbolçusunun toy Fotoları

28 İyun 2025 09:38see118

Bu ölkədə təyyarə qəzaya uğradı Pilot öldü KONKRET

28 İyun 2025 10:08see118

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see118

PSJ dən “Lion” dəstək jesti

28 İyun 2025 09:42see116

Xoren Ovannisyan: II Qareginin iki qadından övladları var

28 İyun 2025 10:40see116

İki məşhur aktyor 24 ildən sonra yenidən görüşüb

28 İyun 2025 09:59see115

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see115

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see114

Lerikdə qardaşlar qonşunun arvadını döydülər

28 İyun 2025 19:22see114

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see114

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see113

Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA

28 İyun 2025 09:27see113

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see112

Rusiya taktikasını dəyişir: Kiyev yenidən əsas hədəfə çevrilir

28 İyun 2025 20:29see112

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see112

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri