İRİA ilə “Astana Hub” arasında Memorandum Foto
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Qazaxıstanın “Astana Hub” Beynəlxalq Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir.
Memoranduma əsasən, İRİA və “Astana Hub” hər iki ölkənin startap ekosisteminin böyüməsi və qarşılıqlı dəstəyi üçün daha sıx əməkdaşlıq edəcək. Məqsəd startaplar üçün bazarlara çıxış və vençur maliyyələşmə imkanlarına əlçanlığı genişləndirməkdir. “Astana Hub” ilə müvafiq istiqamətlərdə strateji tərəfdaşlıq, bilik və təcrübə mübadiləsi həyata keçiriləcək.
Qeyd edək ki, sənəd, eyni zamanda, Azərbaycan və Qazaxıstan startaplarının iştirakı üçün ortaq inkubasiya və akselerasiya proqramlarının hazırlanması və həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Startaplar, innovatorlar və ekosistem üzvləri üçün mentorluq, təlim və resurslara çıxışın dəstəklənməsi də tərəflərin əməkdaşlıq çərçivəsində qarşıya qoyduğu məqsədlər arasındadır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















