İrlandiya Prezidenti BMT ni Qəzzaya hərbi qüvvə göndərməyə çağırıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İrlandiya Prezidenti Maykl D. Hiqqins BMT-ni Qəzzada humanitar dəhlizlərin açılması üçün hərbi qüvvə formalaşdırmağa çağırıb.
APA-nın xəbərinə görə, İrlandiya Prezidenti RTE telekanalına müsahibəsində belə təşəbbüslə çıxış edib.
Maykl D. Hiqqins bildirib ki, BMT Nizamnaməsi Təhlükəsizlik Şurası veto tətbiq etsə belə, Baş Assambleyanın dəstəkləyəcəyi təqdirdə Baş katibə humanitar dəhlizlərin açılması üçün hərbi qüvvə formalaşdırmağı tələb etmək hüququ verir.
İrlandiya Prezidenti qeyd edib ki, BMT Baş Assambleyanın qlobal səviyyədə əhəmiyyətinin təsdiqlənməsi vacibdir: “Əgər Assambleya daxilində müəyyən dəstək olsa, BMT Baş katib Qəzzaya humanitar dəhlizin açılması üçün hərbi qüvvələrin formalaşdırılmasını tələb edə bilər”.
Baxış sayı:61
Bu xəbər 24 Avqust 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















