İrlandiyalı basketbolçu: Azərbaycan millisinin bacarıqlı oyunçuları var AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC
“Azərbaycan millisinin bacarıqlı oyunçuları var”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İrlandiya millisinin basketbolçusu Şon Flud dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, matçdan öncə komandada ab-havanın yaxşı olduğunu bildirib: “Hər kəs bu görüşə köklənib. Qrupda qələbə qazanmamışıq. Əvvəlki oyunlarda hazırlığımız da istənilən səviyyədə deyildi. Məqsədimiz bugünkü görüşdən qalibiyyətlə ayrılmaqdır. Azərbaycan seçməsi Cordan Deyvis kimi təcrübəli oyunçuya sahibdir. O, İspaniyanın yüksək liqasında oynayır və Avropada kifayət qədər uğurlu karyerası olub. Qarşıda duran ilkin vəzifəni layiqincə yerinə yetirmək niyyətindəyik”.
Qeyd edək ki, Dublin şəhərində keçiriləcək İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 Noyabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















