İş adamı Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Erməni iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı məhkəmə iddiası qaldırıb.
APA xəbər verir ki, məhkəmə aktları portalı “Datalex”də dərc edilən iddiaya əsasən, Karapetyan spikerdən onun ünvanına səsləndirilmiş şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təkzib edilməsini və 6 milyon dram (təxminən 16 min ABŞ dolları) məbləğində mənəvi təzminat ödənilməsini tələb edir.
İddia sənədinə görə, Karapetyanın müdafiə tərəfi Simonyanın 19 may 2026-cı ildə sosial şəbəkələrdə etdiyi açıqlamaların yalan və nüfuz sarsıdıcı olduğunu bildirərək onların rəsmi şəkildə təkzib olunmasını istəyir. Bundan əlavə, məhkəmə xərclərinin də cavabdeh tərəfindən ödənilməsi tələb olunur.
Qeyd olunur ki, Karapetyan bundan əvvəl də Ermənistan baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası və İctimai Televiziyaya qarşı oxşar iddialarla məhkəməyə müraciət etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 May 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















