İş axtaranlara sevindirici xəbər 1 milyon manat ayrıldı
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması maddəsi üzrə işəgötürənlərlə Məşğulluq Agentliyi arasında bağlanılan müqavilələrin maliyyələşdirilməsi üçün 2026-cı ilin büdcəsində 1,0 milyon manat vəsait nəzərdə tutulub.
Bakıvaxtı.az bildirir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində təsdiq ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 Noyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















