Naxçıvanda əhaliyə sevindirici xəbər 12,4 milyon manat ayrıldı
Icma.az, Milli.az saytına istinadən bildirir.
Əlincəçaydan su götürən və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulacaq.
Bu barədə Milli.Az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi hazırlıq işlərini yekunlaşdırıb.
Agentlik sözügedən işlərin icrasını "Hovers Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq, sözügedən su anbarının yenidən qurulması üçün agentlik şirkətə 12,4 milyon manat ödəyəcək.
Qeyd edək ki, kanalın yenidən qurulması işləri həvalə edilən şirkət - "Hovers Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 720 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.
Milli.Az
Baxış sayı:65
Bu xəbər 02 Yanvar 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















