Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

İş başında ölüm: 747 insanın yarımçıq qalan hekayəsi

İş başında ölüm: 747 insanın yarımçıq qalan hekayəsi

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ötən il Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 747 insan həyatını və ya əmək qabiliyyətini itirdi. Bu, sadəcə rəqəm deyil. Bu, 747 ailənin süfrəsində sükut, qapısında göz yaşı, həyətində yarımçıq qalan arzular deməkdir.

"Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" adlı rəsmi statistik məcmuədə qeyd olunur ki, 66 nəfər mədənçıxarma sənayesində, 110 nəfər emal sənayesində, 159 nəfər isə tikinti sektorunda zərər çəkib. Digərləri müxtəlif sahələrdə çalışarkən iş yerində baş verən qəzalara qurban gediblər.

Hər bir rəqəmin arxasında bir insan dayanır. Səhər gün doğmamış evdən çıxıb “tez qayıdaram” deyən, amma geri dönməyən ata, bir neçə ay sonra övladını qucağına almağı planlaşdıran, amma ömrü çatmayan gənc ana, “bu işdə bir az da işləsəm, borclarımı bağlayaram” deyən, amma xəstəxana palatasında gözlərini açan fəhlə və s.

Bu itkilərin 2023-cü illə müqayisədə 293 nəfər çox olması isə problemin böyüdüyünü göstərir. Bu artım təkcə rəqəmlərin dili ilə yox, vicdanın dili ilə danışılmalıdır.

Səbəblər məlumdur, amma illərdir dəyişmir: Təhlükəsizlik qaydalarının formal icrası, işçilərə lazımi təlimlərin verilməməsi, qoruyucu avadanlığın ya keyfiyyətsiz, ya da ümumiyyətlə olmaması, vaxt və maliyyə qənaətinə görə riskli iş şəraitinin görməzdən gəlinməsi.

Bəzən bu hadisələr “bədbəxt təsadüf” kimi təqdim olunur, amma gerçəkdə onlar çox vaxt görülməyən səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir.

İş başında ölən hər insanın geridə qoyduğu boşluq böyükdür. Əmək qabiliyyətini itirənlər isə ömür boyu maddi və psixoloji çətinliklə üzləşir. Onların bir çoxu uzunmüddətli müalicəyə möhtac qalır, ailəsi isə həm maddi, həm mənəvi yükü daşımalı olur. Uşaqlar atasız böyüyür, gənc analar həyat yoldaşının yoxluğuna alışmağa çalışır, yaşlı valideynlər isə “uşaq itirmək” ağrısını ömürlük daşıyır.

Növbəti dəfə rəsmi hesabatda yeni rəqəmlər açıqlananda, gəlin unutmayaq ki, onların hər biri bir insan hekayəsidir. O insan ki, bəlkə də bir saat əvvəl ailəsi ilə gülüb danışırdı, amma iş başında həyatını itirdi.

Bu hadisələr təkcə faciə deyil, onlar həm də “daha məsuliyyətli ola bilərdik” deyə bizi düşündürən güzgüdür. Əgər bu güzgüyə baxmaqdan imtina etsək, hər il daha çox ailə eyni acını yaşayacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri