Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Qüdrətli ölüm Erməni yazıçının hekayəsi

Qüdrətli ölüm Erməni yazıçının hekayəsi

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində erməni yazıçı Susanna Arutyunyanın "Qüdrətli ölüm" hekayəsini təqdim edir.
Erməni yazıçı Susanna Arutyunyan (1963) Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub, İrəvan Pedaqoji İnstitutunu bitirib, müxtəlif mətbuat orqanlarında çalışıb.

Hekayələrində, əsasən, mənasız müharibədən bezmiş və qəddarlaşmış soydaşlarının ruh halını təsvir edir. Bu hekayə də dinc həyatın intizarını çəkən ana və qızı haqqındadır.

Yay bürkülü və yağmurlu keçirdi. Nəfəs almaq olmurdu, üstəlik də yağış kəsmək bilmirdi, səmanın gözləri islaq yerdə idi, heç cür ağlayıb doymurdu. Elə hey çisəkləyirdi.
- İstidən, rütubətdən artıq köklər çürüyür, – anam saralan otlara baxa-baxa dedi, – belə getsə, göylərin bütün dərdi-azarı torpağa axıb töküləcək. Göyün ağzı nədən belə açılıb, elə bir ucdan tökür? Belə getsə, torpağın altında kartof da çürüyəcək.
İçəri təzəcə keçməyə macal tapmışdıq ki, yağış yenə başladı.
- Özün bilərsən, sənin göyündü, – masanın üstündəki girdə qrafindən su içdim, – yorulmuşam. Bəsdi, yatıram.
Daldalandığımız qaranlıq torpaq qazmanın havası istitəhər və kəsif iyliydi. Belə havadan ağızda acı dad qalır, adamın sinəsi sıxılır. Amma bura bütün kənddə yeganə təhlükəsiz yer idi, mən də ləzzətlə başdan-ayağa rütübət iyi verən taxtın üstünə uzandım. Elə uzanmağa bənd imişəm, dərhal yuxuya getdim.
Anamın təngiyən və xırıltılı nəfəsindən oyandım. Onu çağıranda: “Ölürəm”, - dedi.
- Ağlına da gətirmə! – səsimi ciddiləşdirib onu hədələdim. – Hər kəs ölməyi bacarar, yaşamaq ondan çətindi…
Səhər axırıncı yaralıları yola salanda anamın yarası lap balaca, elə xırdaydı ki, cızıq hesab elədik, o da sarımağa qoymadı: “Əbəs yerə tənzifi niyə korlayırsan, – dedi, – saxla, sonra lazım olar”. İndi isə budu, inildəyirdi: “Ölürəm”.
İnanmadım, o biri böyrümün üstünə çevrilib adyala daha rahat büründüm.
- Nahaq qalmışıq, – anam şikayətləndi, – axı yazıq sürücü min dəfə təklif elədi: “Oturun, gedək, burda qalmağın xeyri yoxdu”… Mənə nə olub axı. Vəhşi heyvan kimi bir yerə bağlanıram, heç cür aralana bilmirəm, indi tək necə qalacaqsan? – o, özünə acıqlanırdı.
- Tfu, – narazı-narazı donquldandım, – bu zülmət az idi, sən də bir tərəfdən başladın.
- Heç olmasa, üstümdə ağlarsan, – gözlənilmədən anam xahiş elədi.
- Daha nə istəyirsən…
- Nədi, duzlu suya heyfin gəlir, – anam hirsləndi.
- Hə, mən ağlasam, su axar, duz isə qırov kimi qəlbimin üstünə çökər, qəlbim duzlu torpaqtək çatlayar.
- İndi boşboğazlıq vaxtı deyil, – o, öyüd-nəşhət verdi, – yeganə varisimsən, ona görə mən öləndə ağlayarsan.
- Uf, indi sənlik halım yoxdu, imkan ver, heç olmasa, bir az yatım, səhər o qədər işimiz var ki… Bütün evləri bir-bir gəzmək lazımdı, birdən bir qorxmuş uşaq günc-bucağa qısılar, ya da kiminsə meyiti-filanı qalmış olar.
- Səndən ötrü meyit-filan olmayacağam, yaxşı ömür sürmüşəm, ölümümə ağlamağına da layiqəm, – o, sakit səslə məni inandırmaqda davam edirdi.
Əsəbi halda nazik, kif qoxuyan adyala bürünüb oturdum.
- Yeməyə bir şey versən, ola bilsin, hətta saçımı da yolum. Acından ölürəm.
- Orda, şkafın altında çuğundur var… – o, sözünü axıra çatdıra bilmədi.
- Nədi, donuz otarırsan?.. Çuğundur! – qəzəbli halda qışqırdım. – Şirin bir şey saxlamamısan?
- Yox.
- Yoxsa səni tanımıram? Yəqin, gizlində nəyinsə var. Hə, yaxşı-yaxşı fikirləş, – əl çəkmirdim, – yaralılara verdiyindən… Şirin şey istəyirəm.
- Bəs, daha tünd bir şey istəmirsən? – o, zəifləmiş səsilə üstümə qışqırmağa çalışdı. – Mən gözünün qabağında ölürəm, sənsə əl çəkmək istəmirsən – buna şirin şey ver!
- Burda nə var ki?
- Bir başa düş, ölürəm.
- Tutaq ki, belədi, mən neyləyə bilərəm axı? – onun əsəbləri ilə oynamağa başladım. – Tərslikdən, keşiş də deyiləm, odu ki, döz…
- Gərək Allaha xoş gedən həyat sürəsən ki, öləndə yanında keşiş olsun.
- Bəs, sən Allaha xoş həyat sürməmisən? – ona təskinlik verdim. – Oğurluq eləməmisən, qəhbəlik eləməmisən. Hansı günahların var axı?
- Mənim günahım elə sənsən, – o, yazıq görkəm aldı.
Bir müddət susduq. Mənə elə gəldi ki, anam yuxuya getdi – ahəngdar nəfəs almağa başladı.
Qaranlıq idi. Saatın necə olduğunu bilmirdim. Anamın böyründə yumağa dönüb yaqlarına sığındım, ayaqları isə soyuq idi.
- Ölürəm, – o, yenə pıçıldadı.
- Bəlkə də elədi, – dedim, – ayaqların çox soyuqdu, elə bil ölü ayaqlarıdı.
- Nəfəsim də güclə çıxır, – o, kəsik-kəsik, elə bil uzun ağlamaqdan sonra hıçqırtı ilə dedi.
- Bəs, əminsənm ki, məhz bu cür ölürlər?
- Haradan bilim, – dedi, – birinci dəfədi ki, ölürəm.
- Hər şey görmüşəm, amma zarafat eləyən ölüləri görməmişəm, – fınxırdım, – heç nə olmayacaq, eləcə əsəblərimi korlayacaqsan.
- Hər halda üstümdə ağla, – anam təzədən əvvəlki söhbətə qayıtdı.
- Oh, – ümidsizcəsinə köksümü ötürdüm. – Sənin necə dözülməz uşaq olduğunu təsəvvür eləyirəm.
- Mən gözəl uşaq idim, – anam əzizlənə-əzizlənə dedi, – amma söz ver ki, üstümdə ağlayacaqsan.
- Eh, məni boğaza yığdın! – artıq az qala qışqırırdım. – Ağlayaram. Elə bilirsən ki, göz yaşları dərd əlamətidi? Adamlar nədən desən ağlamırlar – ağrıdan da, sevincdən də, sevgidən də, nifrətdən də, gücsüzlükdən də, xoşbəxtlikdən də, bədbəxtlikdən də… – hirsli-hirsli sadalayırdım.
- Bəs, sən? – o, partladı, – bəs, özün nədən ağlayırsan?
- Heç şeydən, – sözünü soyuq və quru tərzdə kəsdim, – qəlbim kütləşib. Müharibə görmüş adamı ağlamağa məcbur etmək çətindi. Ağrı hissi oyatmaq üçün iynəni dəlilərin dırnaqlarının altına necə soxduqlarını görmüsən? İndi məni çarmıxa çəksələr də, çətin ki, ağrı gözümdən bir damcı yaş çıxara bilsin.
- İlahi! – o, ümidsizlik içində inildədi. – Bu necə nəsildi böyütmüsən?.. Bax, mənsə anamın öldüyü gün həddən artıq mərhəmətli olmuşdum!
Qəlbim lap yumşalmışdı, ağlayırdım… Nə qədər gül çələngi vardı!.. Evdə yer də qalmamışdı, hönkürtüylə ağlaya-ağlaya çələngləri bayır divarının dibinə düzürdüm. Adamlarsa hey gəlir, gəlirdilər… Anam öləndə hamı qəfildən varlığını hiss etdi… Mən axı qadınam, hisslərimi saxlaya bilmirəm, o ki ola belə bir dərdin qabağında – ucadan ağlayırdım, başqa qadınlar da səsimə səs verirdilər. Ağı deyirdik, dərdimsə kədərli mahnıya çevrilirdi…
- Bilmirəm, bütün bunları niyə danışırsan, ancaq mənə ümid eləmə, səsim yoxdu.
- Dərdi ağlamaq üçün bülbül olmaq lazım deyil, insan səsi də bəs elər.
- Dilə tutma, mən dərddən tutulur, oxumaq nədi, söz demək qabiliyyətimi itirirəm …
- Deməli, mənimlə bağlı kədərini ağıya çevirməyəcəksən? – anamın səsində ümidsizlik açıq-aydın sezilirdi.
- Yox.
- Onda həyatımın nə qiyməti var, – o ağladı.
- Ana, mənə elə gəlir, başımı xarab eləyirsən, – mən əsnədim.
- Lap az qalıb, döz, – o, incidi, – bax, indi mələk Cəbrayıl gələcək… – anam göz yaşlarını güclə saxlayaraq boğazını arıtladı.
- Ana, nədi, sənə söz verib ki, gələcək? – gülə-gülə onun sözünü kəsdim.
- Yox, – o, bu gözlənilməz sualdan tutuldu.
- Bir halda ki, söz verməyib, niyə yad kişilərə göz qoyursan? – eyni zarafatçıl ovqatla sözümə davam elədim.
- Oh, görüm səni yox olasan!… – o da gülümsündü. – Niyə belə sarsaqlayırsan axı?
- Bəs, neyləyim?
- Necə yəni, neyləyim? Anan ölür.
- Axı hələ ölməyib.
- İndi məni ələ sala, mələyə də lağ edə bilərsən, amma vaxtın çatanda sən də sakitcə, döyülmüş küçük kimi onun dalınca gedəcəksən.
- Bir halda ki, hamı bu cür itaətlə gedir, deməli, bunda dəyərli bir şey var.
- İndi beyni inkişafdan qalmış bu qızı tək buraxıb necə gedə bilərəm? – anam özünü didməyə başladı.
- Gəl səhər açılanacan birtəhər dözək, – yalvardım, – onda cədvəl də tərtib edərik.
- Bəyəm, bu öz əlimdədir?..
Gecəyarı anam sayıqlamağa başladı. Hərdənbir özünə gəlir, onu necə dəfn etmək barədə göstərişlər verirdi – hər şeyi qaydasınca olmalıdı, bahalı tabutda, ipək və məxmər içində, kədərli qohumlar və üzü tüklü kişilərlə, yeməyin çoxluğundan əyilən masalarla – amma şirniyyat-filan olmamalıdı, – göz yaşları və ağılarla, bu dünyada yaşadığı əzabları şəraitə uyğun olaraq şişirtməklə.
…Günəş çıxmağa hələ macal tapmamışdı ki, anam öldü. Onu bəzi yerləri rütubətdən çürümüş xalçaya büküb tək basdırdım.

Cəsədi yağışdan və gündən dağılmış, yanları çat vermiş arabaya qoydum. Arabanı özüm çəkirdim – qış ərzində bütün mal-qaranı kəsib yemişdik. Yol boyu araba qulağımın dibində cırıldayır, böyrünə bağladığım bel isə küt-küt taqqıldayırdı.
Bəxtimdən, hava günəşli və isti oldu. Arabanın ağırlığı altında tamam qan-tərə batmışdım, həddən artıq güc gəldiyimdən boynum ağrıyırdı, çiyinlərimin əzələləri şişib qalxmışdı.
Can verən qayanın daşları tökülüb, dərənin girişinə səpələnmişdi. Daş-kəsəkli yol ayağımı sürtüb ağrıdırdı… Ürəyim sancır, amma gözümdən yaş çıxmırdı.
…Qəbristanlığa çatanda Günəş artıq qüruba əyilirdi.

Hava hələ əvvəlkitək işıqlıydı, amma gözlərimdə yaş yenə də yox idi.

Arabaya söykənib fikirləşirdim – anama harada qəbir qazım: atamın, nənəmin yanında, yoxsa böyründə özümə də yer saxlamaq üçün tamam başqa yerdə…
Eyni zamanda anama yazığım gəlirdi: onun abırlı ölümü baş tutmamışdı…

Bülent Ersoydan sərt açıqlama Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film "Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi!" - Gi de Mopassan
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Avqust 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri