Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

İş görüşməsindən əvvəl bu 3 şeyi edin ki, seçiləsiniz sabiq Google əməkdaşı

İş görüşməsindən əvvəl bu 3 şeyi edin ki, seçiləsiniz sabiq Google əməkdaşı

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Uzun müddət "Google"da rəhbər vəzifədə çalışan Ceni Vud (Jenny Wood) iş görüşmələrində, görüşmədən əvvəl diqqət edilməli 3 məqamı vurğulayıb.

News24.az xəbər verir ki, o, həmçinin namizədlərin iş və şəxsi həyat balansı ilə bağlı suallar verməsini bəyənmədiyini bildirib. 

Onun sözlərinə görə, iş görüşməsindən əvvəl namizədlər çox vaxt səhvən düşünürlər ki, müsahibə yalnız görüş zamanı baş verən 30 dəqiqədən ibarətdir. Halbuki müsahibə prosesin əvvəlindən, hətta bəzən CV-yə baxıldığı andan başlayır.  

Bəs seçilmək üçün nə etmək lazımdır? Vud işəgötürənlərin diqqətini çəkmək üçün bu addımları tövsiyə edir.  

1. Vəzifəyə dair bir səhifəlik plan hazırlayın  

İlk olaraq, müsahibəyə getməzdən əvvəl vəzifənizlə bağlı bir səhifəlik plan hazırlayın və onu potensial işəgötürənlə bölüşün. Bu planda şirkətin əsas istiqamətlərini və sizin bu sahələrə necə töhfə verə biləcəyinizi qeyd edin.  

Məsələn, dondurma məhsulları satan bir şirkətdə işləmək istəyirsinizsə, planınızda aşağıdakı üç əsas sütunu göstərə bilərsiniz:  

- Gəlir: şokoladlı dondurma satışını hər il 3% artırmaq  

- Əməliyyatlar: pərakəndə satış tərəfdaşlarının məmnuniyyətini hər il 5% yüksəltmək  

- Komanda: ilk 90 gün ərzində bir komanda quruculuğu tədbiri təşkil etmək  

Müəllimlər üçün isə belə bir plan tərtib edilə bilər:  

- Akademik nəticələr: dövlət üzrə riyaziyyat ballarını 13% artırmaq  

- Sosial fəaliyyət: valideyn-müəllim assosiasiyasında iştirak etmək  

- Əlavə dərsdənkənar fəaliyyətlər: robot texnologiyaları klubuna rəhbərlik etmək  

Bu cür bir plan sizin işə necə töhfə verəcəyiniz barədə aydın təsəvvür yaradır. Sənədi PDF formatında, "PowerPoint" və ya "Google Slides" vasitəsilə hazırlayıb, görüşdən 24 saat əvvəl göndərə bilərsiniz. Bundan əlavə, müsahibə zamanı onu uyğun bir məqamda təqdim edib belə deyə bilərsiniz: "Bu, əslində hazırladığım iş planına uyğundur. Gəlin, onu ekranda göstərim."  

Vudun sözlərinə görə, o, "Google"dakı bir neçə vəzifəsini məhz bu strategiya ilə əldə edib.  

2. "LinkedIn"də şirkət haqqında paylaşım edin  

Potensial işəgötürənlər iş görüşməsindən 24 saat əvvəl sizin "LinkedIn" profilinizə baxacaqlar. Əgər görüşdən bir neçə gün əvvəl müsahibə vermək istədiyiniz şirkət haqqında müsbət bir paylaşım etsəniz, bu, onların diqqətini çəkəcək.  

Məsələn, "Salesforce" şirkətində işləmək üçün müsahibəyə gedirsinizsə, belə bir paylaşım edə bilərsiniz:  

"Bu gün 'Salesforce'un yeni süni intellekt məhsulu ilə bağlı maraqlı bir məqalə oxudum."  

Bu paylaşım uzun olmamalıdır – 7 cümlədən çox olmamaq şərti ilə qısa və yığcam yazın. Vud bildirir ki, bu cür postlar namizədin proaktiv, məlumatlı və işə həvəsli olduğunu göstərir.  

3. "LinkedIn"də səsli mesaj göndərin  

Müsahibədən əvvəl sizi dinləyəcək insanları tapıb "LinkedIn" üzərindən onlarla əlaqə qurun və görüşdən 24 saat əvvəl hər birinə qısa bir səsli mesaj göndərin.  

Məsələn, mesajda belə deyə bilərsiniz:  

"Salam, Ceyn! Sabah sizinlə görüşəcəyimiz üçün çox həyəcanlıyam. Bu vəzifə bacarıq və təcrübələrimlə mükəmməl uyğunluq təşkil edir. Şirkətə dəyər qatmaq üçün böyük imkanlar görürəm. Sabah görüşərik!"  

Vud deyir ki, "LinkedIn"də çoxlu ismarıc alır, amma səsli mesajlar həmişə diqqətini çəkir. "Mən onların hər birinə mütləq qulaq asıram", – deyə o bildirir.  

Bu üç üsul, Vudun fikrincə, sizi işəgötürənin yaddaşında saxlayır və namizəd kimi seçilmə şansınızı artırır.   /valyuta.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Mart 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see264

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see257

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see253

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see251

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see246

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see239

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see235

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see231

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see222

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see213

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see207

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see202

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see199

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see197

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see197

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see194

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see193

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see186

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri