Icma.az
close
up
RU
İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçür

İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçür

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illərin ən aktual məsələlərindən biri də bölgələrdə yaşayan əhalinin sayının getdikcə azalmasıdır.

Belə ki, bir sıra rayonlarda, xüsusilə də bəzi kəndlərdə əhali sayında ciddi azalma müşahidə edilir. Məsələn, bir neçə ay öncə Lerik rayonun Ərdəbilə kəndində kütləvi köç nəticəsində üç ailədən başqa hamının kəndi tərk etdiyi bildirilmişdi. Hətta rayon rəhbərliyi də bu faktı təsdiqləyərək yalnız həmin kənd deyil, sürətlə boşalan bir neçə kəndin olduğu bildirmişdi.

Kəndlərin 50 faizindən çoxunun boşalmaqda olduğu deyilirdi.  Bildirilmişdi ki, rayonda bütün infrastruktur olsa da, əhali yenə də köçməyə üstünlük verir. Kəndlərin boşalması prosesi bir çox rayonlarda da özünü göstərir. Qeyd edək ki, Sovet dövründə kəndlərdə mövcud olan insfratruktur, asfalt yollar, davamlı qaz, işıq təminatı,  həkim məntəqəsi, yeni inşa edilmiş məktəb binaları, rayonlarda istehsal müəssisələri, zavod, fabriklər fəaliyyət göstərirdi. Ancaq bu gün bir sıra bölgələrdə, xüsusilə də kəndlərdə bu infrastruktur yoxdur və eyni zamanda, rayonlarda istehsal müəssisələrinin fəaliyyəti dayanıb.

Nəticədə əhali öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır. Kənd sakinlərinin öz evlərini tərk etmək məcbur edən hansı səbəblərdir?       

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının balansı ilə bağlıdır:

“Azərbaycan iqtisadiyyatı indi “raxid” uşağa oxşayır. Yəni baş böyüyür, bədən isə balaca qalır. Abşeron yarımadası və onun ətrafı bir iqtisadi rayondur. Hər zaman qeyd edirdik ki, Abşeron iqtisadi rayonunda dövlət büdcəsi xərci, eləcə də iqtsadiyyatın  90 faizindən çoxu formalaşır. Bu tənqidlərdən nəticə çıxararaq hökumət Abşeronu iki iqtisadi rayona böldü. İndi deyilir ki, Xocavənd rayonundan başqa bütün digər rayonlar büdcədən dotasiya almır.  Yəni rayonlar o qədər inkişaf edir ki, öz xərclərini vergilər hesabına bağlayırlar. Ancaq bu doğru deyil. Məsələn, b7r rayonun Regional Təhsil İdarəsi o rayonun əhalisinin təhsilə olan tələbatını ödəyir və onun işçilərinin maaşını Elm və Təhsil Nazirliyi verir.

Vergi Xidmətinin bütün xərclərini Dövlət Vergi Xidməti ödəyir. Mərkəzi xəstəxanaının xərclərini TƏBİB qarşılayır. Yəni rayonun xərclərinin ödənilməsi  strukturunu dəyişiblər. Məsələn, Beyləqan rayonu öz xərclərini özü ödəyir. Ona görə ki, rayonlarda iqtisadi qaynaqlar yarada bilmirlər, ya da yaratmaq istəmirlər. Belə struktur dəyişikliklərinə gedirlər və rayonların öz xərclərini özü ödəməsi, büdcədən asılılığın olmadığı deyilir".

Ekspertin fikrincə, bu problemin həll olunmasının yeganə yolu ölkədə  regionların iqtisadiyyatının inkişaf etdirilməsidir:

“Regionların iqtisadiyyatı ilə bağlı 4-5 proqram həyata keçirmişik. O proqramlar çərçivəsində biz rayonlarda park salmışıq, divarları rəngləmişik. Bu, iqtisadiyyatın inkişaf etdirilməsi demək deyil. O proqramlar səmərəsiz proqramlar olduğu üçün bu gün rayonlarda iqtisadi inkişaf yoxdur.  Belə olan təqdirdə iş yerləri də olmayacaq. İş yerləri də olmadığına görə əhali orada yaşaya bilməyəcək. Əhali gedib iş yeri olan regionda yaşamağa başlayacaq. Bu gün regionda əhali iş tapa bilmir, təbii olaraq böyük şəhərlərə gedir. Bakıya, Sumqayıta, Gəncəyə, Rusiyaya, Türkiyəyə gedirlər və kəndlərdə əhali qalmır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri