İş qurmaq adı ilə vətəndaşların 87 min manatını ələ keçirən şəxs tutuldu
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə iki nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
G.Abdullayevin əməllərindən zərər görən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Bu mövzuda digər xəbərlər:Naxçıvanda vətəndaşların 35 min manatını ələ keçirən şəxs saxlanıldı
30 Avqust 2025 09:26
Vətəndaşın 30 min manatını ələ keçirən şəxs saxlanıldı
01 May 2025 12:57
İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu
02 May 2025 20:43
Vətəndaşların 71 min manatını ələ keçirən şəxslərə hökm oxunub
14 Fevral 2025 15:59
Baxış sayı:82
Bu xəbər 23 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















