Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İş saatları bu sahələrdə azaldıla bilır AZƏRBAYCANDA

İş saatları bu sahələrdə azaldıla bilır AZƏRBAYCANDA

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İş saatlarının səmərəli təşkili, iş gününün müddəti və əməkdaşların iş yükü məsələsi yenidən gündəmə gəlib.

Ənənəvi iş rejimində əsas diqqət işçinin müəyyən olunmuş saatlarda iş yerində olmasına yönəldilsə də, müasir yanaşmada görülən işin keyfiyyəti və əldə olunan nəticələr daha çox əhəmiyyət daşıyır. Bu baxımdan, iş gününün qısaldılması, iş saatlarından daha səmərəli istifadə və çevik iş rejiminin tətbiqi məsələləri müzakirə olunur.

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bu məsələni diqqətə çəkərək iş saatlarından səmərəli istifadə hesabına iş gününün müddətinin azaldılmasını və daha çevik iş rejiminə keçidin təşviq edilməsini təklif edib.
Razi Nurullayev qeyd edib ki, iş yerlərində əsas diqqət əməkdaşların işə gəlmə və işdən çıxma saatlarına deyil, gün ərzində əldə etdikləri nəticələrə yönəldilməlidir. İşin xarakteri imkan verdiyi hallarda əməkdaşların işə daha tez gəlib, daha tez çıxmasına şərait yaradılmalıdır. Onun fikrincə, bütün sahələrdə vahid iş saatlarının tətbiqi məqsədəuyğun deyil.

Bu metodun hansı sahələrdə tətbiq oluna biləcəyi, hansı fəaliyyət istiqamətlərində daha effektiv nəticə verəcəyi və iş gününün qısaldılmasının əmək məhsuldarlığına necə təsir göstərəcəyi maraq doğurur. Eyni zamanda, çevik iş rejiminin tətbiqinin işçilərin fəaliyyətinə, işin keyfiyyətinə və ümumi əmək səmərəliliyinə hansı nəticələr verəcəyi müzakirə mövzusudur.

İş saatlarının azaldılması məhsuldarlığa necə təsir edə bilər? Bu, Azərbaycanın real iqtisadi imkanlarına uyğundurmu?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Anar İsayev bildirilib ki, Azərbaycanda iş saatlarının azaldılması məsələsinə iqtisadi və sosial baxımdan kompleks yanaşmaq lazımdır:

“Burada əsas məqsəd sadəcə iş vaxtını azaltmaq deyil, əmək məhsuldarlığını yüksəltməklə işçilərin həyat keyfiyyətini yaxşılaşdırmaq və iqtisadi artımı qorumaqdır. İş vaxtının azaldılması düzgün təşkil olunarsa, bu, əmək məhsuldarlığını artıra bilər. Uzun iş saatları yorğunluq, diqqətin azalması və işdə səhvlərin çoxalması ilə nəticələnə bilər.

Daha qısa iş günü isə işçilərin motivasiyasını, sağlamlığını və işə konsentrasiyasını yaxşılaşdırar. Lakin burada mühüm bir məqam var ki,  iş saatlarının azaldılması öz-özlüyündə məhsuldarlığın artması demək deyil. Əgər iş vaxtı azaldılır, amma texnologiya, idarəetmə və iş prosesləri dəyişmirsə, istehsalın həcmi azala və məhsulun maya dəyəri arta bilər. Məsələn, həftəlik iş vaxtı 40 saatdan 36 saata endirilərsə, bu, iş vaxtının 10 faiz azalması deməkdir. Eyni istehsal həcmini qorumaq üçün saatlıq məhsuldarlıq təxminən 11,1 faiz artmalıdır. Əks halda, müəssisə əlavə işçi cəlb etməli və ya istehsal həcminin azalması ilə üzləşməlidir”.

Onun sözlərinə görə, Azərbaycanda iş saatlarının azaldılması mümkündür, lakin bütün iqtisadiyyat üzrə eyni vaxtda tətbiqi məqsədəuyğun olmazdı:

“Çünki ölkədə əmək məhsuldarlığı, müəssisələrin maliyyə imkanları və işçi qüvvəsinə tələbat sahələr üzrə fərqlənir. Bir tərəfdən, rəqəmsallaşma, elektron xidmətlər və avtomatlaşdırma bəzi sahələrdə eyni işi daha qısa müddətdə görməyə imkan verir. Digər tərəfdən, kiçik və orta biznesdə əmək xərclərinin artması, kadr çatışmazlığı və xidmətlərin fasiləsiz təmin edilməsi kimi problemlər mövcuddur. Buna görə də Azərbaycan üçün daha real yanaşma əvvəlcə ayrı-ayrı sahələrdə pilot layihələr həyata keçirmək, nəticələri ölçmək və uğurlu modelləri mərhələli şəkildə genişləndirməkdir”.

İqtisadçı “lk növbədə hansı sahələrdə iş saatlarını azaltmaq olar?” sualını belə cavablandırıb:

“Birinci, dövlət idarəçiliyi və inzibati xidmətlər. Elektron sənəd dövriyyəsi, rəqəmsal imza və təkrarlanan hesabatların azaldılması hesabına iş proseslərini optimallaşdırmaq mümkündür. Bəzi qurumlarda daha çevik iş qrafiki tətbiq edilə bilər. Bununla belə, vətəndaşlara xidmətin keyfiyyəti və əlçatanlığı qorunmalıdır. İkinci, informasiya texnologiyaları və rəqəmsal xidmətlər. Proqramlaşdırma, məlumatların təhlili və bir sıra rəqəmsal xidmətlərdə işin nəticəsini saatlarla deyil, görülmüş işin keyfiyyəti və həcmi ilə qiymətləndirmək mümkündür.

Bu sahə qısaldılmış iş həftəsinin sınaqdan keçirilməsi üçün əlverişli istiqamətlərdəndir. Üçüncü, bank və maliyyə sektorudur. Elektron bankçılıq, avtomatlaşdırılmış əməliyyatlar və rəqəmsal müştəri xidmətləri bir sıra işlərə sərf olunan vaxtı azalda bilər. Lakin müştəri xidmətlərinin və təhlükəsizlik nəzarətinin fasiləsizliyi təmin edilməlidir.

Dördüncü, təhsil və elmi fəaliyyətdir. Müəllimlərin inzibati yükünün azaldılması, hesabatların sadələşdirilməsi və rəqəmsal vasitələrdən istifadə iş vaxtının daha səmərəli təşkilinə kömək edə bilər. Burada dərs saatlarının mexaniki azaldılmasından deyil, iş yükünün optimallaşdırılmasından danışmaq daha doğrudur.

Beşinci, sənaye və emal müəssisələridir. Avtomatlaşdırma, müasir avadanlıqlar və istehsal proseslərinin təkmilləşdirilməsi iş vaxtının azaldılması üçün imkan yarada bilər. Ancaq fasiləsiz işləyən müəssisələrdə növbələr elə qurulmalıdır ki, ümumi istehsal dayanmasın. Səhiyyə, nəqliyyat, ticarət, kənd təsərrüfatı və kommunal xidmətlərdə də iş vaxtının optimallaşdırılması mümkündür. Lakin bu sahələrdə kadr çatışmazlığı, növbəli iş və xidmətə fasiləsiz ehtiyac nəzərə alınmalıdır”.

Ekspert qeyd edib ki, ilk mərhələdə bütün ölkədə dörd günlük iş həftəsinə keçməkdənsə, bəzi müəssisələrdə həftəlik iş vaxtının 40 saatdan 36 saata endirilməsini sınaqdan keçirmək daha məqsədəuyğundur:

“Azərbaycan üçün iş saatlarının azaldılması iqtisadi cəhətdən mümkün hədəfdir, lakin bu proses əmək məhsuldarlığının artması ilə müşayiət olunmalıdır. Əks halda, əmək xərclərinin yüksəlməsi, qiymətlərə təzyiq və istehsalın azalması riski yarada bilər. Ona görə də Azərbaycan əvvəlcə iş vaxtını deyil, iş vaxtından istifadənin səmərəliliyini dəyişməlidir. Rəqəmsallaşma, avtomatlaşdırma və idarəetmənin təkmilləşdirilməsi nəticəsində eyni işi daha qısa müddətdə görmək mümkün olduqda, iş saatlarının azaldılması həm iqtisadi səmərəliliyə, həm də insanların sosial rifahına xidmət edə bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: İş saatları Anar İsayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri