İş saatlarımızı artırmalıdır Qurban Qurbanov
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Əfsuslar olsun ki, məğlub olduq. Belə nəticəni heç istəməzdik. Səhvlərimiz kifayət qədər idi. Amma hər şeyə baxmayaraq, meydanda mübarizə aparan kollektiv gördüm.
Redaktor.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda Niderlandın “Tvente” komandasına 1:4 hesabı ilə uduzduqları cavab oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis inkişaf etmək üçün çalışacaqlarını söyləyib: “İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq. Hücum xəttimiz daha sürətli olmalıdır. Bu oyunda hücumla bağlı çatışmazlıqlarımız oldu. Bu istiqamətdə özümüzü inkişaf etdirməliyik. Komandanın formalaşması üçün müəyyən vaxta ehtiyacımız var. Heyət yenidir və bəlkə də dekabr ayında tam olaraq formaya düşəcəyik. Komandanı gücləndirməyə çalışırıq. Futbol günü-gündən inkişaf edir. Biz də çalışırıq ki, inkişaf edək və çatışmazlıqlarımızı aradan qaldıraq”.
Q.Qurbanov çempionatda yüksək hədəflər uğrunda mübarizəyə davam edəcəklərini bildirib: “Çempionatımızın səviyyəsi hər mövsüm artır. Biz də yolumuza davam edəcəyik”.
O, “Sabah” komandasının UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri barədə də danışıb: “Barselona” ilə qarşılaşacaqlar. Bu, mənim sevdiyim və azarkeşlik etdiyim klubdur. Onların Bakıya gəlməsi sevindirici haldır. Hər bir halda, “Sabah”a azarkeşlik edəcəyəm”.
Baxış sayı:104
Bu xəbər 27 Avqust 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















