Icma.az
close
up
RU
İş vizası ilə Avropaya necə köçmək olar?

İş vizası ilə Avropaya necə köçmək olar?

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Əgər iş təcrübəniz varsa, ən azı ingilis dilində müəyyən səviyyədə bilikləriniz mövcuddursa, 3-6 aylıq yaşayış üçün maddi imkanınız varsa, Avropada yeni həyat qurmaq mümkündür.

Xüsusilə müxtəlif Avropa ölkələrinin iş axtarmaq məqsədilə təqdim etdiyi vizalar gələcəkdə karyera və yaşayış üçün geniş perspektivlər açır.

Metbuat.az bu məqalədə Almaniya, İsveç, Niderland, Portuqaliya və Böyük Britaniya kimi ölkələrin iş axtaranlara təqdim etdiyi əsas vizalar barədə qısa və əhatəli məlumatları təqdim edir:

Almaniya “Fürsət kartı” adlı bir illik viza ilə iş axtarmağa imkan verir. Bu viza xal sistemi əsasında verilir və təhsil, iş təcrübəsi, dil bilikləri ilə yanaşı yaş faktoru da nəzərə alınır. İş tapıldıqdan sonra iş icazəsi vizasına keçid etmək mümkündür.

İsveç isə yalnız ali təhsilli şəxslərə 9 aylıq “İş axtaran vizası” təklif edir. Bu viza iş təklifi almadan əvvəl ölkədə qalaraq iş axtarmağa şərait yaradır. Müraciət üçün kifayət qədər maliyyə sübutu təqdim edilməlidir.

Niderlandın “İnteqrasiya illik vizası” son 3 il ərzində bu ölkədə təhsil almış və ya tanınmış universitetləri bitirmiş şəxslər üçün nəzərdə tutulub. Bu, 1 illik viza olub, iş tapmaq və daimi yaşamaq icazəsinə keçmək imkanı yaradır.

Portuqaliya 6 aylıq “İş axtaran vizası” ilə iş axtarmaq istəyənlər üçün sadələşdirilmiş müraciət proseduru təklif edir. Bu müddət ərzində ölkədə qalaraq iş tapmaq və iş icazəsinə keçmək mümkündür. Müraciət zamanı müəyyən maliyyə və qalacaq yer barədə sənədlər tələb olunur.

Böyük Britaniya isə “Yüksək potensiallı şəxslər vizası” ilə son 5 ildə dünyanın ən yaxşı universitetlərini bitirənlərə 2 il (PhD sahəsində 3 il) ölkədə qalaraq işləmək və iş axtarmaq hüququ verir. Bu viza üçün işəgötürən sponsorluğu tələb olunmur.

Qeyd edək ki, bu vizalar Avropada yaşamaq və işləmək istəyənlər üçün geniş imkanlar yaradır və fərqli ölkələrin müxtəlif tələblərinə uyğun olaraq seçim etmək mümkündür.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri