Cəlilabadda arıçılıq təsərrüfatlarında məhsuldarlıq azalıb
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Cəlilabad rayonunda bu il arıçılıq təsərrüfatlarında məhsuldarlıq ötən illə müqayisədə təxminən iki dəfəyə yaxın azalıb.
Bu barədə "Report"un Muğan bürosuna Azərbaycan Arıçılar Assosiasiyasının Cəlilabad filialının sədri Rövşən Tağıyev məlumat verib.
Təşkilat sədrinin sözlərinə görə, bu ilin may-iyun ayında havaların yağıntılı keçməsi, eyni zamanda xəstəlik baş verməsi nəticəsində bəzi arı ailələri məhv olub. Həmçinin belə vəziyyət balın məhsuldarlığın da aşağı salıb. Belə ki, ötən il bir arı ailəsindən orta hesabla 10-15 kq məhsul almaq olurdusa, bu il bu rəqəm 5-10 kq-a qədər azalıb.
Onun sözlərinə görə, rayonda hazırda 600-ə yaxın şəxs arıçılıq təsərrüfatı ilə məşğuldur və 12 minə yaxın arı ailəsi mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 06 Dekabr 2024 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















