Icma.az
close
up
RU
İş yoxsa dərs vaxtlarını dəyişmək? Nəqliyyat probleminin həlli tapıldı

İş yoxsa dərs vaxtlarını dəyişmək? Nəqliyyat probleminin həlli tapıldı

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bakı metrosunda hazırda “Nizami–28 May” sahəsində aparılan işlərin təxminən 10–11 ay davam etməsi nəzərdə tutulur. Bu səbəbdən tədris mövsümünün başlaması ilə yerüstü nəqliyyata düşən yükün daha da artması real riskdir. Metropoliten özü də pik saatlarda sərnişin axınının artacağını nəzərə alaraq qatar intervallarını azaltmaq təcrübəsindən istifadə edib".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, ən effektiv variant bütün şəhəri eyni saatda işə gətirib-aparmaq əvəzinə pilləli iş başlanğıcı tətbiq etməkdir:

"Məncə, məsələni yalnız “işə neçədə gedək?” sualı ilə həll etmək mümkün deyil. Burada həm iş qrafiklərinin çevikləşdirilməsi, həm avtobusların gücləndirilməsi, həm də pik saatlarda tələbin müxtəlif istiqamətlərə bölünməsi lazımdır. Tədris mövsümü başlayanda iş saatları necə dəyişdirilə bilər? Ən effektiv variant bütün şəhəri eyni saatda işə gətirib-aparmaq əvəzinə pilləli iş başlanğıcı tətbiq etməkdir. Toyuqlu pizza

Məsələn:

07:30 – növbəli və xidmət sahələrinin bir hissəsi;

08:00 – dövlət qurumları və müəssisələrin bir hissəsi;

08:30 – ofislərin əsas hissəsi;

09:00–09:30 – digər müəssisələr və çevik iş rejiminə uyğun sahələr.

Eyni prinsip məktəblərə və universitetlərə də tətbiq oluna bilər. Məsələn, bütün təhsil müəssisələrinin dərsi 08:00-da başlamamalıdır; bir hissəsi 08:30, digərləri 09:00-da başlaya bilər. Burada məqsəd sərnişin sayını azaltmaq yox, eyni anda nəqliyyata çıxan sərnişinlərin sayını azaltmaqdır. Üstəlik, işəgötürənlər üçün hibrid və ya çevik iş saatları mümkün olan sahələrdə bundan müvəqqəti olaraq istifadə etmək olar. Məsələn, metro təmiri başa çatanadək həftədə 1–2 gün məsafədən iş imkanı belə pik yükü müəyyən qədər azalda bilər".

Ekspert əlavə edib ki, iş saatlarını dəyişməklə ümumi gündəlik sərnişin sayını yox, pik yükü azaltmaq mümkündür:

"İş vaxtlarının dəyişdirilməsi ciddi çarə ola bilərmi? Bəli, amma təkbaşına yox. Məsələn, 08:00-da 100 min insanın nəqliyyata çıxması ilə onların 07:30–09:00 arasında daha geniş intervala yayılması eyni şey deyil.

İkinci halda avtobus, metro və yol infrastrukturundan daha səmərəli istifadə olunur. Amma bunun bir limiti var: insanlar işə və ya dərsə getməlidir. Ona görə iş saatlarını dəyişməklə ümumi gündəlik sərnişin sayını yox, pik yükü azaltmaq mümkündür. Hazırkı vəziyyətdə bu xüsusilə əhəmiyyətlidir, çünki metroda aparılan layihənin məqsədlərindən biri də məhz xətlərin müstəqil fəaliyyətini təmin etməklə stansiyalarda və qatarların hərəkətində sıxlığı azaltmaqdır. Pik saatlarda hansı tədbirlər görülməlidir? Məncə, ən vacib məsələ metrodan avtobusa sadəcə sərnişin köçürmək deyil, avtobus sisteminin pik yükü daşıya biləcək şəkildə yenidən qurulmasıdır".

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Sentyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri