Icma.az
close
up
RU
İsa Məsihin möcüzələrindən birinin elmi izahı verildi

İsa Məsihin möcüzələrindən birinin elmi izahı verildi

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin Kineret Limnologiya Laboratoriyası və Volkani İnstitutundan olan bir qrup alim İsa Məsihin İncildə təsvir edilən möcüzələrindən birinin elmi izahını təklif edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə tədqiqat "Water Resources Research" elmi jurnalında dərc edilib.

Əhdi-Cədidə görə, İsa Məsih möcüzəvi şəkildə bir neçə balığı çoxaldaraq, böyük bir icmanı yedizdirmişdi. Bu hadisə Luka və Yəhya İncilində qeyd olunub.

Alimlərdən ibarət komanda hadisənin baş verdiyi Tiberiya gölü və ya Qaliley dənizi (İncildə belə adlanır) kimi də tanınan Kineret gölünün dərinliklərini araşdırıb.

Tədqiqatçılar gölün dərinliklərinə temperatur sensorları və suda oksigen səviyyəsini ölçən cihazlar yerləşdirib, həmçinin küləyin sürəti və istiqamətini yoxlayıblar. Məlum olub ki, vaxtaşırı güclü küləklər Kineretin dərinliklərindən oksigeni çəkir, bu da balıqların kütləvi şəkildə məhv olmasına və böyük miqdarda suyun səthinə çıxmasına səbəb olur.

Kineret gölü təbii stratifikasiyaya malikdir - aşağı oksigen tərkibli soyuq alt səviyyə və oksigenlə zəngin olduğu üçün balıqların yaşadığı daha isti üst təbəqə. Vaxtaşırı termal stratifikasiya baş verir, bu zaman iki səviyyənin suları qarışır və göldə balıqların yaşaması üçün oksigen kifayət etmir.

"Biz aşkar etdik ki, kütləvi ölüm zamanı göldə ən çox rast gəlinən balıq növləri adətən sahil boyunca olur və ac əhali tərəfindən asanlıqla toplanıla bilər", - deyə alimlər qeyd ediblər.

Onların fikrincə, oxşar hadisələr İsa Məsihin dövründə də göldə baş verə bilərdi və bu da İncil mətnlərində öz əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Noyabr 2024 07:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri