İsa nı baltaladılar...
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail ordusu tərəfindən işğal edilmiş Livanın cənubundakı Deyr Saryan bölgəsində qeydə alınan görüntülər dünyanın diqqətini çəkib.
"Unikal" xəbər verir ki, şəhəri ələ keçirən İsrail əsgərləri İsa peyğəmbərin heykəlini balta ilə dağıdıblar. Hadisəni əks etdirən görüntü tezliklə yayılıb və beynəlxalq ictimaiyyətdə ajiotaj yaradıb.
İsrail Ordusunun sözçüsü Nadav Şoşani məsələ ilə bağlı verdiyi açıqlamada videonun araşdırıldığını bildirib. Şoşani əlavə edib ki, hadisə hərtərəfli və ətraflı araşdırılacaq.
Xatırladaq ki, İsrail ordusu 2 martda Livana qarşı intensiv hava hücumları həyata keçirib və ölkənin cənubundakı bir neçə şəhəri işğal edib. Livan və İsrail arasında 10 günlük müvəqqəti atəşkəs 17 apreldə qüvvəyə minib. Lakin İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsə baxmayaraq, cənubdakı işğal olunmuş ərazilərdə qalacaqlarını bildirib.
Baxış sayı:110
Bu xəbər 20 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















