Şuşa deyəndə yada İsa bulağı, İsa bulağı deyəndə Şuşa düşür
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şuşa deyəndə yada İsa bulağı, İsa bulağı deyəndə Şuşa düşür.
Şuşaya ayaq basan hər kəs bu bulağın suyundan içməmiş geri dönmək istəmir.
Azərbaycanın təbiət incisi və Qarabağın ən məşhur istirahət yerlərindən biri
olan İsa bulağı Şuşa şəhərindən təxminən 2-4 km məsafədə, dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə, qalın meşələr qoynunda yerləşir.
Yerli əhalinin verdiyi məlumatlara görə, bulağın adı XVIII əsrdə bu ərazini və gizli su mənbəyini ilk dəfə aşkar edən İsa adlı əkinçinin adı ilə bağlıdır.
Zamanında yüz minlərlə insan bu bulaqdan su içməyə, bu yerlərin gözəlliklərindən zövq almağa gəlirdilər.
Məşhur xanəndələr bura toplaşarmış, Xan Şuşinskini də öz dəstəsi ilə burada görmək olurdu. Bülbül, Qurban Pirimov, Habil Əliyev, Cabbar Qaryağdıoğlu bulaqda məclis qurarlarmış.
Xalq artisti Gülağa Məmmədov “İsa bulağı” mahnısını bu gözəlliyə həsr edib.
Bulağa gələnlər xanəndə Mürsəl Hacıyevi daha çox görərmiş, uzunömürlü sənətkarın zənguləsinə qulaq kəsilərmişlər.
Onun taleyi elə bulağın taleyi kimi olub, 1988-ci ildə ermənilər 110 yaşlı Mürsəl kişinin qətlə yetiriblər və bulaq da 30 ilə yaxın həyat mənbəyini itirib.
İşğal illərində ermənilər İsa bulağını istirahət mərkəzinə çevirmiş, onu “İsaak bulağı” adlandırmışdı.
Şuşa azad edildikdən sonra, İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, İsa bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Bu mövzuda digər xəbərlər:İsa bulağı nın qarşısında Şuşanın dağları oxudular
25 Avqust 2025 14:45
İsa bulağında çəkilən kadr: Komandirin Şuşa döyüşündə son FOTOSU
07 İyul 2026 09:03
Azərbaycan deyəndə qələbələrin yaşandığı dövlət yada düşür TƏHLİL
19 May 2025 12:48
Türkər Qasımzadə: Ali Baş Komandan Şuşa, sən azadsan deyəndə məndən sevincli bir haray qopdu...
21 İyun 2025 12:04
Enək İsa bulağına...
14 Avqust 2025 11:38
Baxış sayı:182
Bu xəbər 15 İyul 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















